Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. == Mənbə == Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.
CAD
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — "O olmasın, bu olsun" komediyasında Əliağa Ağayev tərəfindən canlandırılan obrazdır. == Haqqında == Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir.
Nicad Bədəlov
Nicad Mehman oğlu Bədəlov ( Qazax rayonunda anadan olub) —Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nicad Bədəlov 1987-ci il dekabrın 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İPad 3
Üçüncü nəsil İPad planşeti Apple şirkəti tərəfindən istehsal edilir. == Xüsusiyyətlər == Ekranlar "QXGA — 2048×1536" piksel kəskinliyinə malikdirlər. Yeni paneldə düym üzrə nöqtələrin say göstəricisi 280 ppi-yə bərabərdir.
İbad Abbasov
İbad Musa oğlu Abbasov (1953, Ağcabədi rayonu) — İqtisad elmləri doktoru, professor, Bakı Biznes Universitetinin təsisçisi və rektoru. == Həyatı == İbad Musa oğlu Abbasov 1953-cü ilde Ağcabədi rayonunda anadan olub. 1970-ci ildə Ağcabədi rayon 1 saylı orta məktəbini bitirmişdir. 1974–1978-ci illərdə D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Ümumi iqtisadiyyat" fakültəsində tam ali təhsil almışdır. 1979–1990-cı illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyində baş mütəxəssis, 1990–1992-ci illərdə "İqtisadçı" EİM-nin direktoru, Azərbaycan İcarədarlar və Sahibkarlar İttifaqının vitse-prezidenti vəzifələrində çalışmışdır. 1988-ci ildə Sankt-Peterburqda "Rabitə müəssisələrində nəzarət-təftiş işinin təkmilləşdirilməsi" mövzusunda namizədlik və 2001-ci ildə Kazan şəhərində "Auditdə maliyyə təhlili" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə elmdə və təhsildə əldə etdiyi nailiyyətlərinə görə professor elmi adına layiq görülmüşdür. === Ailəsi === Evlidir, 2 övladı var. == Elmi fəaliyyəti == İbad Abbasov 125-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 monoqrafıya, 5 dərs vəsaiti, 2 metodik vəsaitin, bir çox fənn proqramlarının və elmi məqalələrin müəllifıdir. Onun elmi əsərləri Almaniya, Türkiyə və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir.
İbad Abdullayev
İbad Baba oğlu Abdullayev — kolxozçu. == Həyatı == 1937-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1962-ci ildən Sov.İKP üzvüdür, natamam orta təhsili var. 1955-ci ildən kolxozda traktorçu, mexankiləşdirmiş kompleks briqadanın briqadiri olmuş, Sovet Ordusunda xidmət etmişdir. 1974-cü ildən Xaçmaz rayonundakı "Şəfəq" sovxozu traktor briqadasının başçısıdır. Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvüdür. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Çarxı seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
İbad Hüseynov
İbad Mövsüm oğlu Hüseynov (18 oktyabr 1970, Muğanlı) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == İbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Hüseynov Rusiyanın Amur vilayətində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən bir neçə nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir. İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Ermənilər terror qrupları yaradırlar. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
İbad Mirzəyev
İbad Mansur oğlu Mirzəyev (25 aprel 1999; Ağsu rayonu, Azərbaycan — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbad Mirzəyev 1999-cu il aprelin 25-də Ağsu rayonunun Kəndoba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İbad Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbad Mirzəyev oktyabrın 19-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbad Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbad Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İmad Faraj
İmad Faraj (11 fevral 1999-cu ildə ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Faraj Lill akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lill klubu ilə 20 avqust 2017-ci ildə etmişdir. Həmin görüşdə Lill Liqa 1 görüşündə Kann klubuna 2-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Faraj Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. O, bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir.
İmad Kirmani
İmad Kirmani (?-1372) — İran şairi. == Həyatı == İmad Fəqih Kirmani (vəf.1372) XIV əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur.Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir. Lirik əsərlərlə (qəzəl,qəsidə,qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki,bunlar içərisində 1355-ci ildə yazılmış «Təriqətnamə» poeması xüsusilə diqqəti cəlb edir.Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir. Əsərin yazılma səbəbi barədə müəllif bu məsələyə həsr olunmuş xüsusi fəsildə məlumat verir. Məlum olur ki,şair uzun müddət «təsəvvüfə dair qısa və aydın bir kitab » yaratmaq üzərində düşünmüş və nəhayət, bu ideyasını həyata keçirməyə qərar vermişdir. Bu da təsadüfi deyil, çünki İmad məşhur sufi təriqətlərindən birinin – sührəvərdiyyənin davamçılarından idi və Kermanda onun xanəgahı vardı.Təbii ki, poemanı yazarkən o, ilk növbədə mənsub olduğu təriqətin banisi Şəhabəddin Əbu Həfs Ömər Sührəvərdinin (1145-1235) «Əvarif əl-məarif» əsərinə və bu əsərin İzzəddin Mahmud Kaşani (vəf.1335) tərəfindən həyata keçirilmiş «Misbah əl-hidayə» adlı farsca tərcüməsinə müraciət etmişdir. «Təriqətnamə»nin digər mənbələri sırasında Əbubəkr əl-Kəlabadinin (vəf.995) «ət-Təərrüf li məzhəb ət-təsəvvüf» əsərini və dahi müsəlman mütəfəkkiri Əbu Hamid Məhəmməd əl-Qəzzalinin (1058-1111) «İhya ülum əd-din» kitabını göstər¬mək lazımdır. Sonuncunun təsiri, fikrimizcə, xüsusən etika məsələlərində özünü açıq-aşkar büruzə verir.
İmad Muğniyə
İmad Fayez Muğniyə (ərəb. عماد فايز مغنية‎; Soyadı müxtəlif cür yazılır Muğniye, Murniye, Muğniyah; 7 dekabr 1962, Tayr-Debba[d], Əl-Cənub mühafəzəsi[d] – 12 fevral 2008) — Hizbullahın fəalı, gizli xidmətin rəisi. == Həyatı == İmad Muğniyə 1962-ci ildə Livanın Cənubunda Sur şəhəri yaxınlığında yerləşən Təyr kəndində dünyaya göz açmışdır. Çox imanlı və təqvalı ailənin tərbiyəsi ilə tərbiyələnmişdir. Dini təriqətlər, müxtəlif dini cərəyanlarla qarışıq olan Livanda Əhli-beyt (ə) sevgisi ilə yetişdirildi İmad Muğniyə. Ədalət və haqq tərəfdarı olan İmad ölkəsində və onun hüdudlarında baş qaldıran ədalətsizlik, haqsızlıq acılarında daim narahatlıq keçirər, dünyada yalanççı insan haqları, ədalətin gözlənilməsi kimi gözdən pərdə asan BMT, ATƏT kimi təşkilatların Fələstində baş verən qanlı olaylarında nümayiş etdirdiyi ikili oyunu pisləmişdir. Buna nifrət hissini tez-tez ölkəsində keçirilən etiraz yığıncaqlarında hələ azyaşlı olmasına baxmayaraq bildirməyi bir vicdani vəzifə bildi özünə. Gənc yaşlarına qədəm qoyma ərəfəsində (hələ 15 yaşı tamam olmamış) Fələstinin Livandakı Əl-Fəth təşkilatına üzv olur. Lakin bir müddət keçdikdən sonra təşkilatın Qərb yönlü fəaliyyətindən narahat olan İmad təşkilat sıralarından xaric olur. Bu zaman artıq fəaliyəti Livanın bütün bucaqlarında hiss olunan İmam Musa Sədrin başçılıq etdiyi "Əməl" təşkilatına üzv olur.
İmad Xəmis
Imad Xəmis (ərəb. عماد محمد ديب خميس‎; 1 avqust 1961, Dəməşq) — Suriyanın 67-ci baş naziri və siyasətçisi. == Erkən yaşları və Təhsil == Xəmis 1961-ci il 1 avqust tarixində Səqba şəhərində anadan olub.1981-ci ildə Dəməşq Universitetinin mühəndislik kursuna daxil olub. == Şəxsi həyatı == İmad Xəmis evlidir və 3 övladı var.
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
Cad çörəyi
Cad çörəyi — darı unundan bişirilən çörək.Azərbaycanın bəzi bölgələrində cad çörəyini qarğıdalı unundan da hazırlayırlar. Cad çörəyi A və B2 vitaminləri ilə zülal, kalsium, fosfor və dəmir mineralları baxımından zəngindir. Bu çörəyin bişirilməsində qabardıcı tozlardan və əlavə qatqılardan istifadə edilmədiyi üçün dietik çörək də adlanır. Cad çörəyinin üstünlüklərindən biri də uzun müddət saxlanıldıqda xarab olmamasıdır. Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, "cod" olduğuna görə verilib.
Mir İmad Qəzvini
Mir İmad Qəzvini (1554, Qəzvin – 15 avqust 1615, İsfahan) — mənşəcə azərbaycanlı olan xəttat. Onun yaratdığı, bu gün nəfis sənət nümunələri sayılan əsərlər hazırda dünyanın bir çox muzeylərində nümayiş etdirilir. == Həyatı == XVII əsrin ən yaxşı xəttatlarından biri "İmad ül-mülk" ("Dövlətin dayağı") adlandırılan və buna görə də xalq arasında Mir İmad deyə çağırılan Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Mir İmad 1553-1554-cü ildə Qəzvində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Təbrizdə keçirərək, nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən xəttatlıq dərsini öyrənmişdir. Mir İmad onun ən sevimli şagirdlərindən idi. Ölümünə az qalmış ustadı Mir İmaddan xahiş edir ki, onun qələmin mədhinə həsr edilmiş şerlərini təlimat şəklində tərtib etsin: Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunduqdan sonra Mir İmad imperiyaya daxil olan bir çox ölkələrə səyahətə çıxır və Məkkəyə gedir. Vətənə qayıtdıqdan sonra Fərhad xanın yanında qulluğa qəbul olunur. Onun ölümündən (1599) sonra Gilana, oradan da Qəzvinə gedir və xəttatlıq dərsi keçir. Az sonra Mir İmad Səfəvilər dövlətinin paytaxtı İsfahana gəlir və I Şah Abbasın dəftərxanasında işə başlayır.
İPad (üçüncü nəsil)
Üçüncü nəsil İPad planşeti Apple şirkəti tərəfindən istehsal edilir. == Xüsusiyyətlər == Ekranlar "QXGA — 2048×1536" piksel kəskinliyinə malikdirlər. Yeni paneldə düym üzrə nöqtələrin say göstəricisi 280 ppi-yə bərabərdir.
Məşədi İbad (film)
Məşədi İbad (fars. مشهدی عباد‎) — Azərbaycan əsilli İran rejissoru Səməd Sabahi tərəfindən 1953-cü ildə çəkilmiş musiqili komediya filmi. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" adlı operettası əsasında çəkilmişdir. == Süjet == Filmin adını daşıyan baş qəhrəman Məşədi İbad qoca kişidir. O, müflisləşmiş tacir Rüstəm bəyin qızı Gülnara aşiq olub. Rüstəm bəy borclarını ödəməyə bir yol axtarır və buna görə də onların evliliyinə razı olur, ancaq Gülnar Sərvər adlı gənc oğlanı sevir. Məşədi İbad Gülnar ilə evlənməyə hazırlaşır. Evlilik günündə qarışıqlıq baş verir və Sərvər Məşədi İbadı həm biabır edir, həm də ki Rüstəm bəyin borclarını ödəməsinə vadar edir. == Həmçinin bax == O olmasın, bu olsun (film, 1956) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === İssari, Məhəmməd Əli. Cinema in Iran, 1900-1979 (ingilis).
Məşədi İbad 94
Məşədi İbad 94 — Üzeyir Hacıbəyovun 120 illik yubiliyinə həsr olunmuş və onun "O olmasın, bu olsun" komediyasının remeyk filmi. == Məzmun == Film bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilsə də müasirləşdirilmişdir. Bakı. 1994-cü il. Rüstəm bəy (Elçin Həmidov) müxalifətçidir və köhnə vəzifəsini əldə etmək üçün biznesmen İbka (Rafael İsgəndərov) ilə qohum olmaq istəyir və hadisələr eynilə cərəyan edir. Filmdə obrazlar da təhrif olunmuşdur. == Film haqqında == Film Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunur. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Baş məsləhətçi: Siyavuş Kərimi Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Üzeyir Hacıbəyov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə Sinxron səsləndirmə: Əliqulu Səmədov Musiqi tərtibatı və aranjman: Vüqar Camalzadə, Ənvər Sadıqov, Mahir İbrahimov, Saleh Məmmədov Geyim rəssamı: P.P.B.S. Qrim ustası: Vəfa Yunusova, Aybəniz Yunusova Rejissor assistenti: Nemət Cəfərov Operator: Asif Şirəliyev, Elmir Süleymanov Montaj edən: Mahir Rəhimov, Gülməmməd Məmmədov Kompüter qrafikası: PPB-Dizayn Rəqslərin quruluşu: Nailə Məmmədzadə Oriyental rəqs: Nailə Dadaşova (II) Çəkiliş arabasının texnikləri: Faiq Abdullayev (II), Elməddin Qəhrəmanov İşıq ustası: Tahir Bağırov İşıqçı: Gülbala Məmmədov, Xəqani Abdullayev Ofis: Nizami Həsənov Sürücü: Coşqun Həsənov Tar: Elçin Həşimov Kamança: Elnur Əhmədov Gitara: İlham Ələsgərov (III) Nağara: Fuad Mehdiyev, Kamran Kərimov Nəfəsli alətlər: Şirzad Fətəliyev Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov, Əhməd Cəfərov, İsa Əsədov, Vüsal Mehrəliyev Pirotexnik: Əlibala Məmmədov Kadrarxası mətn: İlham Qasımov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Zaur Mollaquliyev, Çinarə Hüseynova İcraçı prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev Prodüser: Tahir İmanov Musiqilərindən istifadə edilən bəstəkar: Dmitri Şostakoviç, Karl Orff, Deni Elfman ("Missiya mümkün deyil" filmindən) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, "Mezdeke" qrupu, "Modo" qrupu === Rollarda === Rafael İsgəndərov — Məşədi İbad — İbka Elçin Həmidov — Rüstəm bəy Coşqun Rəhimov — Qoçuyev Əsgər Aygün Kazımova — Sənəm Tahir İmanov — Avtoş Sərvər Elnarə Xəlilova (Elnarə kimi) — Gülnaz Məbud Məhərrəmov — Rza bəy Telman Adıgözəlov — Həsən bəy Ələsgər Məmmədoğlu — hambal Ramiz Sərkərov — Həsənqulu bəy Arzu Rzayev — İbkanın cangüdəni Samir Ələsgərov Kübra Əliyeva — hamamçı Hacı İsmayılov — ətir satan Elariz Məmmədoğlu — loto qarışdıran Lalə Qasımova — Nara Nailə Məmmədzadə İlqar Nəbiyev — Sərvərin dostu Fatma Mahmudova Nazim Pişyari Cabir İmanov — Qoçu Yaşar Nuri — Həkim Firəngiz Mütəllimova Vüqar Əbdülov Ağamirzə O. Bağırov E. Seyfullayev R. Əliyev H. Hüseynzadə Y. İsmayılov K. Rəşidov S. Nəcəfova S. Hüseynova S. Ömərova C. Qafarova Z. Səidi V. Nəzərova L. Səlimova S. Əliyeva R. Qarayeva G. Məmmədova A. Levkina Mehriban Abdullayeva X. Əlizadə N. Nağıyeva Aida Hüseynova F. Həsənova F. Şəfiyev Ə. Muradov A. Quliyev R. Əfqanlı C. Sadıxov Musa Məhərrəmov S. Mehdiyev == Çəkilişə köməklik edən qurumlar == Heydər Əliyev Sarayı "Şeron" qrupu Yasamal Rayonu 27-ci Polis Bölməsi "Yevro Stayl" — gəlin paltarları Bakı "Çinar" Soyuduculari ASC Zavodu Bakı Dəmiryol Xəstəxanası "Uniforma" dükanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Lunapark" əyləncə mərkəzi "Half Vey İnn" restoranı "Badi Səba" şadlıq sarayı "Muğam" teatrı "Ulu Klub" restoranı "Akva Sport" mağazalar şəbəkəsi "Vahid" Poeziya Evi Salon "N" Art-Studio "Merinos Halı" şirkəti Ekspo Treyd İndastrial Kompani "Erko" firması Şahin Optik == Çəkilişə kömək edənlər == Fuad Mirzəyev Fərhad Babayev Fəxri Abbasov Oqtay Əliyev Eyyub Yaqubov Akif Nəbiyev (Polkovnik-leytenant) Rafiq Əliyev Rasim Əsədov Cuma Əhmədzadə Arif Qazıyev == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məşədi İbad filmi Kommersiya — komediya filmləri.
ICAO
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
Məşədi İbad (film, 1953)
Məşədi İbad (fars. مشهدی عباد‎) — Azərbaycan əsilli İran rejissoru Səməd Sabahi tərəfindən 1953-cü ildə çəkilmiş musiqili komediya filmi. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" adlı operettası əsasında çəkilmişdir. == Süjet == Filmin adını daşıyan baş qəhrəman Məşədi İbad qoca kişidir. O, müflisləşmiş tacir Rüstəm bəyin qızı Gülnara aşiq olub. Rüstəm bəy borclarını ödəməyə bir yol axtarır və buna görə də onların evliliyinə razı olur, ancaq Gülnar Sərvər adlı gənc oğlanı sevir. Məşədi İbad Gülnar ilə evlənməyə hazırlaşır. Evlilik günündə qarışıqlıq baş verir və Sərvər Məşədi İbadı həm biabır edir, həm də ki Rüstəm bəyin borclarını ödəməsinə vadar edir. == Həmçinin bax == O olmasın, bu olsun (film, 1956) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === İssari, Məhəmməd Əli. Cinema in Iran, 1900-1979 (ingilis).
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Məşədi İbad-94 (film, 2005)
Məşədi İbad 94 — Üzeyir Hacıbəyovun 120 illik yubiliyinə həsr olunmuş və onun "O olmasın, bu olsun" komediyasının remeyk filmi. == Məzmun == Film bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilsə də müasirləşdirilmişdir. Bakı. 1994-cü il. Rüstəm bəy (Elçin Həmidov) müxalifətçidir və köhnə vəzifəsini əldə etmək üçün biznesmen İbka (Rafael İsgəndərov) ilə qohum olmaq istəyir və hadisələr eynilə cərəyan edir. Filmdə obrazlar da təhrif olunmuşdur. == Film haqqında == Film Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunur. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Baş məsləhətçi: Siyavuş Kərimi Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Üzeyir Hacıbəyov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə Sinxron səsləndirmə: Əliqulu Səmədov Musiqi tərtibatı və aranjman: Vüqar Camalzadə, Ənvər Sadıqov, Mahir İbrahimov, Saleh Məmmədov Geyim rəssamı: P.P.B.S. Qrim ustası: Vəfa Yunusova, Aybəniz Yunusova Rejissor assistenti: Nemət Cəfərov Operator: Asif Şirəliyev, Elmir Süleymanov Montaj edən: Mahir Rəhimov, Gülməmməd Məmmədov Kompüter qrafikası: PPB-Dizayn Rəqslərin quruluşu: Nailə Məmmədzadə Oriyental rəqs: Nailə Dadaşova (II) Çəkiliş arabasının texnikləri: Faiq Abdullayev (II), Elməddin Qəhrəmanov İşıq ustası: Tahir Bağırov İşıqçı: Gülbala Məmmədov, Xəqani Abdullayev Ofis: Nizami Həsənov Sürücü: Coşqun Həsənov Tar: Elçin Həşimov Kamança: Elnur Əhmədov Gitara: İlham Ələsgərov (III) Nağara: Fuad Mehdiyev, Kamran Kərimov Nəfəsli alətlər: Şirzad Fətəliyev Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov, Əhməd Cəfərov, İsa Əsədov, Vüsal Mehrəliyev Pirotexnik: Əlibala Məmmədov Kadrarxası mətn: İlham Qasımov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Zaur Mollaquliyev, Çinarə Hüseynova İcraçı prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev Prodüser: Tahir İmanov Musiqilərindən istifadə edilən bəstəkar: Dmitri Şostakoviç, Karl Orff, Deni Elfman ("Missiya mümkün deyil" filmindən) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, "Mezdeke" qrupu, "Modo" qrupu === Rollarda === Rafael İsgəndərov — Məşədi İbad — İbka Elçin Həmidov — Rüstəm bəy Coşqun Rəhimov — Qoçuyev Əsgər Aygün Kazımova — Sənəm Tahir İmanov — Avtoş Sərvər Elnarə Xəlilova (Elnarə kimi) — Gülnaz Məbud Məhərrəmov — Rza bəy Telman Adıgözəlov — Həsən bəy Ələsgər Məmmədoğlu — hambal Ramiz Sərkərov — Həsənqulu bəy Arzu Rzayev — İbkanın cangüdəni Samir Ələsgərov Kübra Əliyeva — hamamçı Hacı İsmayılov — ətir satan Elariz Məmmədoğlu — loto qarışdıran Lalə Qasımova — Nara Nailə Məmmədzadə İlqar Nəbiyev — Sərvərin dostu Fatma Mahmudova Nazim Pişyari Cabir İmanov — Qoçu Yaşar Nuri — Həkim Firəngiz Mütəllimova Vüqar Əbdülov Ağamirzə O. Bağırov E. Seyfullayev R. Əliyev H. Hüseynzadə Y. İsmayılov K. Rəşidov S. Nəcəfova S. Hüseynova S. Ömərova C. Qafarova Z. Səidi V. Nəzərova L. Səlimova S. Əliyeva R. Qarayeva G. Məmmədova A. Levkina Mehriban Abdullayeva X. Əlizadə N. Nağıyeva Aida Hüseynova F. Həsənova F. Şəfiyev Ə. Muradov A. Quliyev R. Əfqanlı C. Sadıxov Musa Məhərrəmov S. Mehdiyev == Çəkilişə köməklik edən qurumlar == Heydər Əliyev Sarayı "Şeron" qrupu Yasamal Rayonu 27-ci Polis Bölməsi "Yevro Stayl" — gəlin paltarları Bakı "Çinar" Soyuduculari ASC Zavodu Bakı Dəmiryol Xəstəxanası "Uniforma" dükanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Lunapark" əyləncə mərkəzi "Half Vey İnn" restoranı "Badi Səba" şadlıq sarayı "Muğam" teatrı "Ulu Klub" restoranı "Akva Sport" mağazalar şəbəkəsi "Vahid" Poeziya Evi Salon "N" Art-Studio "Merinos Halı" şirkəti Ekspo Treyd İndastrial Kompani "Erko" firması Şahin Optik == Çəkilişə kömək edənlər == Fuad Mirzəyev Fərhad Babayev Fəxri Abbasov Oqtay Əliyev Eyyub Yaqubov Akif Nəbiyev (Polkovnik-leytenant) Rafiq Əliyev Rasim Əsədov Cuma Əhmədzadə Arif Qazıyev == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məşədi İbad filmi Kommersiya — komediya filmləri.
Məşədi İbad 94 (film, 2005)

Xüsusi təyinatlı İbad (film, 2016)
Xüsusi Təyinatlı İbad — NN Film kinostudiya şirkəti tərəfindən çəkilmiş, Natiq Novruzovun rejissorluq etdiyi tammetrajlı bədii film == Film haqqında == Film İbad Hüseynovun keçdiyi döyüş həyatından bəhs olunub. == Məzmun == Film Türk dünyasının qəhrəman oğlu,Qarabağ veteranı, "Azərbaycan Bayrağı" Ordeni kavaleri, Azərbaycanın Milli Qəhrəmanı, kəşfiyyat dəstəsinin komandiri İbad Hüseynovun döyüş yolundan bəhs edilir.
IPad Air
iPad Air — "Apple"in 2013-cü il oktyabr ayında tanıtdığı yeni nəsil planşet. == Özəllikləri == Bu İPad-lərin ölçülərinə görə indiyə kimi tanıdılmış ən incə iPaddir. Belə ki, Tabletin qalınlığı 7.5 mm ağırlığı 453 qr-dır. Texniki cəhətdən bu IPad 64 bit arxitekturalı olan iPad A7 Prosessoruna, 5 Meqapiksel və 1080p HD video çəkmə bacarığına sahib İSight kameraya və Facetime ön kamerasına malikdir. Ümumiyyətlə əvvəlki İPad-lərlə müqayisədə 28% daha yüngül, 20% nazik və 24% daha səssizdir.
Türk Dünyası Kahramanı İbad Hüseynli Medalı
== Təsviri == "Türk Dünyası Kahramanı İbad Hüseynli" Medalı 2018-ci ildə Türkiyə Cumhuriyyəti Prezidenti Baş Danışmanı Yalçın Topçu tərəfindən "Milli Qəhrəman" və "Azərbaycan Bayrağı" ordenli , kəşfiyyatçı-döyüşçü, kəşfiyyat komandiri olmuş İbad Hüseynova təqdim edilmişdir.
Çad Anderson
Çad Anderson (ing. Chad Anderson; 20 iyun 1980) — ABŞ sahibkarı. Anderson "Space Angels" investisiya şirkətinin baş icraçı direktorudur. == Təhsili == Anderson Oksford Universitetini MBA dərəcəsi ilə, Sietl Universitetini isə maliyyə və iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib. == Karyerası == Anderson Tom İnqersoll ilə birlikdə "Space Angels" investisiya şirkəti təsis etmişdir. 2012-ci ildən etibarən şirkətin baş icraçı direktorudur. Daha əvvəl isə JPMorgan Chase-də biznes meneceri olub və burada 50 milyard ABŞ dolları dəyəində əmlak portfelini idarə edib.
Çad Stahelski
Çad Stahelski (20 sentyabr 1968) — amerikalı kaskadyor və rejissor. John Wickin ilk filmində rejissor köməkçisi və ikinci davam filmində rejissoru kimi iştirak etmişdir. Ölümcül qəzadan sonra Brandon Leenin The Crow filminin çəkiliş yerində də iştirak etmişdir. Çad Stahelski bir neçə filmdə kaskadyor koordinatoru və ikinci bölmə meneceri vəzifələrində işləmişdir. == Karyerası == Stahelski, Inosanto Akademiyasından Brandon Leenin bir dostu idi. Brandon Lee 31 Mart 1993-cü ildə The Crow filminin çəkiliş meydanında öldükdən sonra Leenin nişanlısı Eliza Hutton və anası filmin rejissoru Alex Proyası filmi tamamlamağa razı saldı. Lee öldükdə, filmin çəkilişlərinin başa çatmasına səkkiz gün qalmışdı. Lee ilə əlaqəli olan səhnələrin çəkilişlərinin əksəriyyəti filmdə tamamlanmışdı və yalnız bir neçə səhnə qalmışdı. Filmi tamamlamaq üçün filmin hekayəsi yenidən yazıldı və Stahelski Leeyi əvəzləyərkən Leenin üzünü vermək üçün xüsusi effektdən istifadə edilmişdir. Filmin çox hissəsi Lee ilə çəkilmişdi və yalnız bir neçə səhnənin çəkilməsi lazım idi.
Çad Truyillo
Çad Truyillo (ing. Chadwick A. Trujillo; 22 noyabr 1973, Ouk-Park[d], İllinoys) —— Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom.Çad Truyillo kompüter proqramlaşmasından istifadə edərək bir sıra Neptunxarici cisimlər kəşf etmiş vo onların orbitini hesablamışdır. O, 2003-cü ildə Mayk Braun və David Rabinoviçlə birlikdə Erida, 2005-ci ildə isə Makemakeni kəşf etmişdir. Komanda tərəfindən Disnomiya peykinin kəşfi nəticəsində Eridanın Plutondan daha böyük Neptunxarici cisim olması məlum olmuşdur. == Karyerası == Çad Truyillo İllinoysda yerləşən Oak Park və River Forestdə bakalavr təhsili almışdır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunda təhsil almış, daha sonra 2000-ci ildən etibarən Havay Universitetində təhsilini davam etdirərək burada doktorluq dərəcəsinə yiyələnmişdir. 2000-2003-cü illərdə o Kaliforniya Texnologiya İnstitutunda tədqiqatçı olaraq fəaliyyət göstərdikdən sonra Havayda yerləşən Gemini Rəsədxanasında işə başlamışdır. 2013-cü ildən rəsədxananın Adaptiv Optik Bölməsinin rəhbəri olaraq fəaliyyətə başlamış və 2016-cı ildən etibarən öz işinə Şimali Arizona Universitetində köməkçi dosent olaraq davam etmişdir. O, Koyper qurşağında yerləşən obyektləri öyrənir. == Kəşfləri == Çad Truyillo 1996-2013-cü illərdə Koyper qurşağına aid 54 cırtdan planeti kəşf etdiyi üçün Cırtdan Planet Mərkəzi tərəfindən mükafatlandırılmışdır.
Çad bayrağı
Çad bayrağı — Çadın rəsmi Dövlət bayrağı Çad bayrağı, hal-hazırkı halı ilə ilk dəfə 1959-cu ildə Fransadan asılı olarkən istifadə edilməyə başlanmışdır. Çad 1960-cı ildə müstəqilliyini qazandıqdan sonra bayraq dəyişilmədən yeni ölkənin rəsmi bayrağı olaraq qəbul olunmuşdur. Bayrağı əmələ gətirən Fransa bayrağı və Pan-Afrika rəngləri əsas götürülmüş və hər iki bayrağı xatırladacaq rənglər Çadın bayrağında istifadə edilmişdir. Bayraq şaquli olaraq bölünmüş üç bərabər zolaqdan (sıra ilə mavi, sarı və qırmızı) ibarətdir. Bayraqdakı mavi rəng aydın göyüzünü, ümidi və ölkənin cənub bölgələrini təmsil edərkən, sarı rəng günəşi və ölkənin şimal bölgələrində yerləşən səhra və çölləri təmsil edir. Bayraqdakı qırmızı rəng isə tərəqqiyi, birliyi və Çad xalqının vətəni üçün ölümə hazır olduğu ifadə etməkdədir. Çad bayrağı, 1989-cu ildə çevriliş nəticəsində sosialist dövlət gerbini bayrağından çıxatdıqdan sonra yaranan Rumıniya bayrağı ilə demək olar ki, eynidir. Rənglərin sırası, tərəflərinin nisbəti bərabər olan hər iki ölkə bayrağını fərqləndirən tək və ilk baxışda görülməyəcək fərq isə mavi rəngin tonudur. Beləki, Çad bayrağındakı mavi ton, Rumıniya bayrağındakı mavi tona görə bir az daha tünddür. Rumıniya bayrağından başqa Moldovanın və Andorranın bayraqları da Çadınkı ilə eyni rənglərdədir, ancaq həmin ölkələrin bayraqlarında dövlət gerbləri də əks olunmuşdur.
Çad gerbi
Çad gerbi — Afrika ölkəsi Çad tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerb ölkənin müstəqilliyindən on il sonra, yəni 1970-ci ildə istifadə edilməyə başlanmışdır. Ölkədə, gerbi ilk istifadə edən o dönəmki dövlət başçısı François Tombalbaye olmuşdur. Gerbin mərkəzində yerləşən qalxanda Çad gölünü təmsil edən ziqzaq formalı göy rəngli 4 cizgi var. Qalxanın yuxarısına üfüqdən doğan 14 şüalı qırmızı günəş şəkli yerləşdirilib, bu 14 şüa ölkənin müstəqilliyində rol oynayan 14 bölgəni, günəş isə müstəqillikdən sonra yeni bir başlanğıcı tərənnüm edir. Qalxanın sol tərəfində ölkənin şimalındakı çöllük əraziləri təmsil edən keçi, sağ tərəfində isə ölkənin cənubundakı tropikal əraziləri təmsil edən qırmızı dili olan aslan şəkli var. Onların hər ikisi qalxanı tuturlar. Qalxanın aşağısında dövlətin ən yüksək nişanı var. Gerbin ən aşağı hissəsinə üzərinə ölkənin fransızca milli şüarı "Birlik, Çalışmaq, İnkişaf" (UNITE TRAVAIL PROGRES) yazılmış lent yerləşdirilib. Bununla yanaşı həm lentdəki sözlərin yanında həm də qalxanı tutan keçi ilə aslanın gövdəsində ucu yuxarı baxan qırmızı ox işarələri var, bu ox işarələri də eynən günəş kimi müstəqillikdən sonra ölkə üçün gələcəyə ümidlə baxılan, siyasi və iqtisadi cəhətdən yeni başlanğıcı ifadə edir.
Çad gölü
Çad — Afrikada göl. Çad gölü son 10 ildə quraqlıq, iqlim dəyişikliyi, su resurslarından qeyri-səmərəli istifadə nəticəsində qurumaqdadır. Mərkəzi Afrikada yerləşən Çad gölünün sahəsi 90 faiz azalıb. Bu barədə BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatı FAO-nun açıqladığı hesabatda bildirilir. Əgər beynəlxalq birliyin köməyilə sahilyanı ölkələr qəti addımlar atmasa, Mərkəzi Afrikada Kamerun, Çad, Nigeriya və Nigerin 30 milyon sakininin həyatının asılı olduğu bu göl 20 ildən sonra tamamilə quruyacaq və dünya xəritəsindən silinəcək.
Çad himni
La Tchadienne — Çad dövlət himni. == Himnin sözləri == === Fransız dilində === Peuple Tchadien, debout et à l'ouvrage ! Tu as conquis la terre et ton droit ; Ta liberté naîtra de ton courage. Lève les yeux, l'avenir est à Toi. Ô mon Pays, que Dieu te prenne en garde, Que tes voisins admirent tes enfants. Joyeux, pacifique, avance en chantant, Fidèle à tes anciens qui te regardent. Peuple Tchadien, debout et à l'ouvrage ! Tu as conquis la terre et ton droit ; Ta liberté naîtra de ton courage. Lève les yeux, l'avenir est à Toi. === Ərəb dilində === شعب تشاد قم إلي العمل إسترديت أرضاك وحقاك وحرياتك تولودك من شجاعتك إرفع عينيك فالمستقبل لك يابلادي فليحفظك الله فليحفظ جيرانك وأبنائك أيه المحيط الساري تقدم وأنت تنشد وافيا لأسلافك الذين ينظرون إليك شعب تشاد قم إلي العمل إسترديت أرضاك وحقاك وحرياتك تولودك من شجاعتك إرفع عينيك فالمستقبل لك === Ərəbcə sözlərinin transliterasiyası === `shyb tshad qm i'li alyml i'strdit a'rdak uxhqak uxhriatk tuludk mn shgaytk i'rfy yinik falmstqbl lk ya bilaadi flixhfz'k allah flixhfz' girank ua'bnaj'k a'ix' almxhit' alsari tqdm ua'nt tnshd wafia la'slafk aldhin inz'run i'lik `shyb tshad qm i'li alyml i'strdit a'rdak uxhqak uxhriatk tuludk mn shgaytk i'rfy yinik falmstqbl lk === Azərbaycanca tərcüməsi === Çad xalqı, dimdik və işinin başında!
Azad Veys-i Sülfa (Bicar)
Azad Veys-i Sülfa (fars. آزاد ويس سفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Azad Veys-i Ülya (Bicar)
Azad Veys-i Ülya (fars. آزاد ويس عليا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 281 nəfər yaşayır (52 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
ABAD
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir."ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir. Məhsullar ilkin olaraq Masallı və Balakən rayonlarında təsərrüfatçılara təhvil verilmiş xüsusi monoblok-konteynerlərdə istehsal olunurdu.
Arad
Arad (judets)
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Bicar
Bicar şəhəri (az.-əbcəd بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.