Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cleland
Con Burton Klilənd (ing. John Burton Cleland; 22 iyun 1878 – 11 avqust 1971, Adelaida) — Avstraliya botaniki, mikoloqu, ornitoloqu, mikrobioloqu. == Elmi fəaliyyəti == Con Burton Klilənd bitkiləri, göbələklər, quşları təsnifləndirmişdir. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Clelandia J.M.Black 1932 (=Hybanthus Jacq. 1760, Violaceae) Clelandia Trappe 1979 (=Mycoclelandia Trappe & G.W.Beaton 1984, Pezizaceae) Amanita clelandii E.-J.Gilbert 1941 (Amanitaceae) Austrogautieria clelandii E.L. Stewart & Trappe 1985 (Gallaceaceae) Cortinarius clelandii A.H.Sm. 1944 (Cortinariaceae) Fomes clelandii Lloyd 1915 (=Perenniporia clelandii (Lloyd) Ryvarden 1972, Polyporaceae) Hohenbuehelia clelandii Grgur. 1997 (Pleurotaceae) Hydnangium clelandii Rodway 1924 (=Horakiella clelandii (Rodway) Castellano & Trappe 1992, Sclerodermataceae) Lachnella clelandii Hansf. 1954 (=Torrendiella clelandii (Hansf.) Spooner 1987, Sclerotiniaceae) Lactarius clelandii Grgur. 1997 (Russulaceae) Lenzites clelandii Lloyd 1919 (=Gloeophyllum trabeum (Pers.) Murrill 1908, Gloeophyllaceae) Leucopogon clelandi Cheel 1915 (Epacridaceae) Macrolepiota clelandii Grgur. 1997 (Agaricaceae) Melanoleuca clelandii Grgur.
İcevan
İcevan, Karvansara — Ermənistanda Tavuş regionunun İcevan rayonu ərazisində, İrəvan-Tiflis şose yolunun üstündə Ağstafa çayı sahilində yerləşən şəhər. İcevan rayonunun mərkəzi. == Tarixi == Ermənistan hakimiyyət orqanları tərəfindən şəhərin adı dəyişdirilərək İcevan adlandırılıb. 1961-ci ildən respublika tabeli şəhərdir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, «Təhsil», 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Avqust İffland
Avqust Vilhelm İffland (alm. August Wilhelm Iffland‎; 19 aprel 1759[…], Hannover – 22 sentyabr 1814[…], Berlin) — dövrünün ən böyük alman aktyoru, dramaturqu, rejissoru. İffland üzüyünün ilk sahibi. == Haqqında == Pastorun oğlu, atasının istəyi ilə dini təhsil aldı, lakin aktyorluq karyerasına üstünlük verdi. 1777-ci ildə Konrad Ekhofun rəhbərliyi altında teatrda aktyor kimi işə götürərək Qotaya köçdü. Ekhofun ölümündən sonra 1779-cu ildə Mannheim Teatrının dəvətini qəbul edir və burada məşhur aktyor olur və daha sonra qastrol səfərlərində Almaniya şəhərlərinə getməyə başlayır. 1792-ci ildə teatrın baş rejissoru oldu. 1796-cı ildə Hötenin dəvəti ilə Berlinə səfər etdi, 1798-ci ildə Berlin Kral Milli Teatrının direktoru, 1811-ci ildən isə bütün teatr saray tamaşalarının baş rejissoru oldu. O, ən məşhurları "Die Jäger", "Dienstpflicht", "Die Advokaten", "Die Mundel" və "Die Hagstolzen" pyesləri, həmçinin "Almanach für Theater" və "Theaterfreunde" jurnallarında tənqidi məqalələr yazıb. 1798-1802-ci illərdə onun tərcümeyi-halı da daxil olmaqla 16 cildlik "Dramatişen Werke" adlı yazılar toplusu nəşr olundu.
Qustav Vigeland
Adolf Qustav Vigelann (norv. Adolf Gustav Vigeland; 11 aprel 1869, Mandal — 12 mart 1943, Oslo) — Norveç heykəltaraşı, Norveçin ən məhsuldar heykəltaraşı, Oslodakı Vigelann heykəl parkının yaradıcısı, Nobel Sülh mükafatı medalının eskizinin müəllifi. == İlk illəri == Qustav Vigelann 1869-cu ilin 11 aprel tarixində Norveçin cənub sahillərində yerləşən Mandal şəhərində anadan olmuşdur. O, uşaqlıqdan incəsənətə, rəssamlığa, heykəltaraşlığa böyük maraq göstərirdi. Atası Elizeus Opshus Torsen xarrat idi. O, ailəsini taxta üzərində müxtəlif oyma naxışlar salmaqla dolandırırdı. Elizeus şəhərdə kifayət qədər tanınmış hörmətli usta idi. Anası Anna Vigelann isə evdar qadın idi. O, Mandalın Vigelann kəndindən idi. Qustav öz soyadını buradan götürmüşdür.
Temmi Kleland
Temmi Kleland (25 may 1968) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Temmi Kleland Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Temmi Kleland Olimpiadanın qalibi olub.
İcevan rayonu
İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir. İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
İrland dili
İrland dili - İrlandiyada və Şimali İrlandiyada danışılan dil. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.
İrland dənizi
İrland dənizi (ing. Irish Sea,vall Môr Iwerddon,irl. Muir Éireann,) — Atlantik okeanın ucqar dənizi. Şərqdə Böyük Britaniya və qərbdə İrlandiya adalarının arasında yerləşmişdir (51° 40' — 54° 30' ş.e ; 3° — 6° q.u). Şimalda Şotlandiyanın qərb sahillərini — İrlandiya Respublikasını və Şimali İrlandiyanı əhatə edir. Dənizdən cənuba Uels krallığı yerləşmişdir. Cənub-qərbdə Müqəddəs George boğazı, şimalda — Şimal boğazı ilə və Kelt dənizi vasitəsilə okeanla birləşir. Sahəsi təxminən 100 min km², ən böyük dərinliyi 175 metrdir.Antik dövrlərdə İrlandiya dənizi İberiya okeanı adlandırılırdı. (lat. Oceanus Hibernicus).
İsland dili
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
İrland viskisi
İrland viskisi (irl. Fuisce və ya uisce beatha) — İrlandiya adasında hazırlanmış viski. "Viski" sözü irlandca uisce beatha sözündən gəlir, həyat suyu deməkdir. İrlandiya viskisi bir vaxtlar dünyanın ən məşhur içkisi idi, lakin 19-cu əsrin sonlarından etibarən uzun müddət davam edən tənəzzül sənayeyə elə təsir etdi ki, İrlandiyada 1890-cı illərdə ən azı 28 içki zavodu olsa da, 1966-cı ilə qədər bu rəqəm cəmi ikiyə düşdü və 1972-ci ilə qədər qalan içki zavodları, Bushmills Distillery və Old Midleton Distillery (New Midleton Distillery ilə əvəz olundu) yalnız bir şirkətə, Irish Distillers-ə məxsus idi.Monopoliya vəziyyəti akademik olaraq düşünülmüş Cooley Distillery adlı yeni distillə zavodunun işə salınması başa çatdı. 1990-cı illərdən etibarən İrlandiya viskisi yenidən populyarlıq qazandı və 1990-cı ildən bu yana hər il dünyada ən sürətlə böyüyən içkilərdəndir. Mövcud içki zavodları genişləndirildi və bir sıra yeni içki zavodları tikildi, ixrac isə ildə 15%-dən çox artdı. 2019-cu ilin dekabr ayına olan məlumata görə, İrlandiyada 32 içki zavodu fəaliyyət göstərir, daha çoxu planlaşdırılır və inkişaf etdirilir.
Ağqaya (dağ, İcevan)
== Toponim == Ağqaya -İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı. XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır. == Həmçinin bax == İcevan rayonu Zəngəzur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Ağqaya dağı (İcevan)
== Toponim == Ağqaya -İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı. XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır. == Həmçinin bax == İcevan rayonu Zəngəzur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Qədim İrland dili
Qədim İrland dili (Goídelc) İrland dili və digər Qal dillərinin VI-X əsrlər arasındakı formasıdır. X əsrdə Orta İrland dilinə çevrilmişdir. Qədim İrland dili müasir İrland dili, Men dili və Şotland dilinin əcdadıdır.
Maykl Kollins (irland lider)
Maykl Kolins (irl. Míceál Ó Coileáin; 16 oktyabr 1890 – 22 avqust 1922[…]) — XX əsrdəki İrlandiya İstiqlal müharibəsinin önəmli siması olmuş İrlandiyalı inqilabçı, əsgər, siyasətçi. İrlandiyanın Kork əyalətində doğulan Maykl ibtidai təhsilini tamamladıqdan sonra Londona yollanaraq burada poçtalyon, katib kimi peşələrə yiyələnir. Londonda olarkən İrlandiyanın müstəqilliyi üçün çalışan dərnək və təşkilatlara qoşulur. 1916-da İrlandiyaya qayıdan Kollins Şinn Feyn (İrlandiya Milliyətçiləri) hərəkatının aktiv bir üzvünə çevrildi. Eyni ildə baş verən Pasxa üsyanında həbs edilsə də, çox keçmədən sərbəst qaldı və İrlandiyaya qayıdaraq hərəkatda önəmli yer tutmağa başladı. 1918 dekabrında ümumi seçkilərdə böyük nailiyyət əldə edən Respublikaçılar İrlandiya Məclisini (Deyl Eyran) təsis edirlər. Mayklın Kork şəhərindən üzv olduğu məclis 1 ay sonra İrlandiyanın müstəqilliyini elan edir. O, burada Maliyə naziri, Müvəqqəti hökumətin sədri, Daxili İşlər naziri olaraq vəzifə tutur. İrlandiyanın müstəqilliyinə qarşı göndərilən İngiltərə ordusu, İRO (İrlandiya Respublikaçı Ordusu) nun müqaviməti ilə qarşılaşır.
Co, gözəl irland qadını (Kurbe)
Co, özəl irland qadını (fr. Jo, femme d'Irlande) — Qüstav Kurbenin 1868-ci ildə yağlı boya texnikası ilə portret janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsərin əsli Stokholmda, İsveç Milli Muzeyində, nüsxəsi isə Nyu Yorkun Metropoliten muzeyində sərgilənməkdədir. 1865 ci ildə Normandiya sahillərindəki Truvilldə rəssam Ceyms Uilster sonralar Qüstav Kurbenin rəsm əsərlərinin əcac modelinə çevrilən Coanna Hiffernanı Qüstav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe “Co gözəl irland qadını” tablosunu və Conun portret eskizini çəkir.
1981-ci il irland aclıq aksiyası
1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir.İkinci aclıq aksiyası 1981-ci ildə başladı.
Dead Island
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Stone Island
Stone İsland — İtalyan şirkəti, yüksək-səviyyəli geyim istehsalçısı. == Şirkətin tarixçəsi == 1982-ci ildə Stone İsland geyim markası C.P.Company adını daşıyan şirkətin məhsulu kimi yaranıb. Onun işi nəticəsində Stone İsland markası altında həm materialın keyfiyyətinə, emal texnologiyalarına, həm də ekstremal dizayna görə nadir əşyaların sırasına peyda olmağa başladı.Stone İsland məhsullarının istehsalı zamanı istifadə edilən texnoloji prosedurların kökləri tez-tez qeyri-standart geyim istehsal etməyə imkan verən müxtəlif sənaye sahələrinə gedir.Yuxarıda sadalanan texnoloji gedişlərin tətbiqi nəticəsində şirkət Avropada populyarlıq qazanmağa başlayıb. Stone Island geyimləri tekstil brendlərinin A (lüks) seqmentinə daxildir. == Marka nişanı == Stone İsland paltarının əsas və ən vacib detallarından biri, kompas şəklində bir şirkət emblemi ilə bir yamaq tikmədir. Adətən o sol qolda iki düymə (bəzi modellərdə — çiyində) bərkidilir. 1980-ci illərin ortalarında, əsasən, bu dizayner tapıntısı sayəsində Stone Island markası altında olan geyim eyni İngilis futbol azarkeşləri arasında populyarlaşdı.Stone İsland geyimlərinin vəziyyətində bu yamaq elementi, hətta paltardan belə vacib detala çevrildi. Marka emblemi ilə kiçik ölçülü parça bu parçanı fərqli bir xüsusiyyətə çevrildi.
Treasure Island
Takarajima (yap. 宝島 , azərb. Dəfinələr adası‎) — Osamu Dezaki tərəfindən yaradılmış yapon anime serialı. == İstinadlar == == Xarici keçidlər == Treasure Island — Internet Movie Database saytında.
Irelande Douze Pointe
"Irelande Douze Pointe" — İrlandiyalı qrup Hind Dustin tərəfindən səsləndirilən mahnı. Mahnı 2008 Eurovision Mahnı Müsabiqəsi üçün İrlandiyanın nümayəndəsi və mahnısını təyin edəcək olan Milli Finalda yarışmağa haqq qazanmışdır. 2008-ci ilin May ayında mahnı Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilmiş 2008 Eurovision Mahnı Yarışmasında İrlandiyanı təmsil etmişdir və yarışmada yarıfinalda 22 balla On beşinci olaraq finala yüksələ bilməmişdir.
Dead Island: Riptide
Dead Island: Riptide — Dead Island adlı oyunun davamıdır. Techland'ın hazırladığı oyun Deep Silver tərəfindən 2013-cü ilin aprelində nəşr olunmuşdur. == Hekayə == Dead Islandda oyunun sonunda adadan xilas olduqlarını düşünən qəhrəmanlar (Reqbi oyunçusu Logan, Repçi Sam B, Hong Kong polisi Xian Mei və Avstraliyalı cangüdən Purna), gözlənilməz bir şəkildə təkrar adaya düşərlər. Məqsədləri bəlkə də insanlığın tükənmiş olduğu bir adada həyatda qalmaqdır.
Granville Island Hotel
Granville Island Hotel — Kanadanın Vankuver şəhərində yerləşən oteldir. Otel Qrannvill adasında yerləşir və "Vankuverin ən yaxşı saxlanılan sirlərindən biri" kimi göstərilir.
Total Drama Island
Total Drama — Cennifer Perç(en) və Tom Makqillis(en) tərəfindən yaradılmış Kanada cizgi serialı. Kanadada 8 iyul 2007-ci ildə Teletoon telekanalında yayımlanmışdır. Serial Survivor(en) realiti şousunu parodiya edir.Hər mövsüm bir qrup gənc qalib olmaq uğrunda mübarizə aparır. Mükafat və toxunulmazlıq qazanmaq üçün həm komanda şəklində həm də tək başına müsabiqələrdə iştirak edirlər. Təxminən yarışın ortalarında komandalar parçalanır və üzvləri bir-birləri ilə rəqabət aparmağa məcbur edilirlər. Müsabiqənin iştirakçıları bir-birlərinə dəstək olsalar onlar dərhal oyundan kənarlaşdılırlar. Serialın birinci mövsümündə müsabiqənin finalında qalib gələn iştirakçıya 100,000 Kanada dolları ödənilib. Serial altı mövsümdən ibarətdir: Island, Action, World Tour, Revenge of the Island və Total Drama Island.
Scooby-Doo on Zombie Island
Skubi-Du zombilər adasında (ing. Scooby-Doo on Zombie Island) - 1998-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Skubi-Du və onun dostları bu dəfə Kabusdan xilas olmalıdırlar. Kabus köhnə evdə heç kəsə rahatlıq vermir. Onun haqqında ilk məlumatları Skubi-Dunun rəfiqəsi almışdır. Skubi-Du və dostları qədim evə gəlirlər və burada XVII əsrdə yaşamış Kabusla rastlaşırlar. Onlar qədim evdə müxtəlif macəralarla qarşılaşıcaqlar... == Həmçinin bax == Skubi-Du (film, 2002) == Xarici keçidlər == Skubi-Du zombilər adasında — Internet Movie Database saytında.