Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmpressionizm
İmpressionizm (fr. impressionisme, impression — təəssürat) — XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq metoduna malik yazıçıları birləşdirən üslub, məhdud mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində dekadentliyə meyl göstərən cərəyandır. Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi impressionist üslubun səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, o, özünün "dolayı" həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi parlaqlıq verir. Cərəyanın K.Hamsun, M.Prust, O.Vayld, G.Bar kimi görkəmli nümayəndələri var. Ədəbiyyatda impressionizm metodu XX əsrin ortalarında aradan çıxmışdır.
Nocturnal Depression
Nocturnal Depression — 2004-cü ildə Qrenoblda yaradılan Fransa metal musiqi qrupu. == Haqqında == Melanxoliyanın duyğularıyla doldurulan depressiv və intihar xüsusiyyətli black metaldır. Bir çox intihara səbəb olduğu deyilir. Üzvlərdən Herr Suizid qrupun bir hissəsi olsa da canlı çıxışlarda iştirak etmir. Nocturnal depression bir-birinin ardınca çıxardığı demolardan sonra ilk studiya albomu "Nostalgia - fragments of a Broken Past" ı 2006-ci ildə "Whispering Night Productions" etiketi ilə satışa çıxararaq, musiqilərindəki qaranlıq atmosfer və mahnılarında işlədikləri ümidsizlik, təbiət, intihar, kədər, ölüm kimi mövzularla depressive black metal aləmində özündən söz etdirmişdir. Qrup daha sonra "Sun & Moon Records" şirkəti ilə razılaşdı və müvafiq olaraq "Soundtrack for a Suicide - Opus II - 2007" və "Reflections of a Sad Soul - 2008" albomlarını satışa qoydu. Nocturnal depression Burzum, Forgotten Tomb, Xasthur və bir çox black metal qruplarından təsirlənmişdir.
İnqression sahil
İnqression sahil(rus. ингрессионный берег, ing. ingression coast)-inqressiya nəticəsində yaranan girintili-çıxıntılı dəniz sahili. Qurunun enməsi nəticəsində əmələ gələn İ.s. parçalanma tipinə görə müxtəlif olur: fiord, şxer /qlyasial mənşəli/, rias, körfəz /flyü-vial/, aral /eol/, dalmasiya /struk-tur-denudasion/ və b.
Kompression-distraksion üsulu
Kompression-distraksion üsulu — Sümüklərin sınığı qədim zamanlardan çox zəhmət tələb edən, çox vaxt müvəffəqiyyətsizliklə nəticələnən xəsarətlərdən sayılır. Keçmiş zamanlarda sınıqları müalicə etmək üçün yumurta, saqqız sarğılarından, adi taxta parçalarından, palma yarpağından istifadə edilmişdir. Bu əməliyyatı sadə sınıqçılar və yaxud xalq həkimləri yerinə yetirirdilər. Naşı adamların müalicə etdiyi xəstələrin çoxu ya axsayır, ya da onlarda başqa fəsadlar baş verirdi. Açıq sınıqların müalicəsi daha çətin olurdu. Çox hallarda yaralar irinləyir, irin sümüyə keçir və tibbi dilində desək, “osteomielit” xəstəliyi əmələ gəlir. İlk dəfə məşhur rus cərrahı, müasir cərrahiyyənin atası Nikolay Piroqov sümük sınıqlarında gips sarğılarından istifadə etmişdi. Bu üsul cərrahiyyədə bir inqilab olub, hələ indi də istifadə edilir. Sonra fransız alimləri daimi dartma üsulunu tətbiq etməyə başladılar ki, bu, bir çox üstün cəhətlərə malikdir. Xəstə bir qədər hərəkətli olur və bir çox fəsadların qarşısı alınır.
Vena kava kompression sindrom
Vena kava kompression sindrom və ya Hamiləlikdə hipotoniya sindromu hamiləlik zamanı dölün eyni zamanda uşaqlığın böyüyərək aşağı boş venanı sıxaraq, qanın ürəyə axınına maneə törətməsindən meydana çıxan hamiləlik fəsadı olan şok vəziyyəti. Bu halı qarın boşluğunda sürətlə inkişaf edən irihəcmli şiş toxuması da yarada bilər. Bu hal əsasən hamiləliyin sonuna yaxın özünü büruzə verir. Bu zaman hamilə qadınlar arxası ustə uzana bilmirlər. Ürəkdöyünmə, tənginəfəslik, ürəkbulanma, qan təzyiqinin kəskin düşməsi, dəri və selikli qişaların avazıması və göyərməsi, soyuq tərbasma, huşun qaralması bu sindromun əsas simptomları sayılır. Sol yanıustə çevrildikdə və bir qədər şok vəziyyəti aldıqda (baş aşağı ayaqlar yuxarı) bu simptomlar tezliklə aradan qalxmış olur. == Mənbə == Stauber, Weyerstahl (Hrsg.): Gynäkologie und Geburtshilfe. Thieme, Stuttgart; 2. Auflage 2005. ISBN 978-3131253422 Peter Sefrin, Rainer Schua Hexal Notfall Manual, 5., aktualisierte u.