İMPRESSİONİ́ZM

[ fr. ] XIX əsrin ikinci yarısında burjua incəsənətində meydana gəlmiş cərəyan (bu cərəyan tərəfdarları realizmi rədd edir, ictimai məsələlərdən qaçır, əsərlərində şəxsi əhval-ruhiyyə və təəssüratlarını verməyə çalışır və məzmunun zərərinə olaraq formaya həddindən artıq fikir verirdilər).
İMPRESSİONİ́ST
İMPROVİZÁSİYA
OBASTAN VİKİ
İmpressionizm
İmpressionizm (fr. impressionisme, impression — təəssürat) — XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq metoduna malik yazıçıları birləşdirən üslub, məhdud mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində dekadentliyə meyl göstərən cərəyandır. Azərbaycnada impressionizmin banisi Səttar Bəhlulzadədir. Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi impressionist üslubun səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, o, özünün "dolayı" həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi parlaqlıq verir. Cərəyanın K.Hamsun, M.Prust, O.Vayld, G.Bar kimi görkəmli nümayəndələri var. Ədəbiyyatda impressionizm metodu XX əsrin ortalarında aradan çıxmışdır.

Digər lüğətlərdə