Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmanxan Sultani
İmanxan Sultani — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 183 dəfə baş hakim olmuşdur.
Divanxan
Divanxan — İçərişəhərdə Şirvanşahlar sarayı kompleksinə daxil edilən 15-ci əsrə aid olan memarlıq abidəsidir. Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılır. Səkkizguşəli günbəzlə örtülmüş mərkəzi köşkdən və dördbucaqlı həyəti əhatə edən tağlı formadan ibarətdir. Əhəng daşından tikilmişdir və zərif sütunları, sütun başlıqları daşdan yonulmuşdur. Daş üzərindəki oyma bəzəklər, xüsusən giriş baştağının yuxarı hissəsindəki sənətkarlıqla işlənmiş nəbati ornamentlər incəliyi ilə diqqəti cəlb edir. Divanxanın kompozisiyası 2000-ci ildə Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. == Ədəbiyyat == Dadaşov S., Hüseynov M.Bakının memarlıq abidələri. B., 1955; Bretaniükiy L. Baku. Arxitekturno-xudojestvennıe pamətniki. 2 izd., L.–M., 1970; Fatullayev — Fiqarov Ş.S. Arxitekturnaə gnüiklopediə Baku.
Nanyan
Nanyan (çin. 南阳市) – Çində şəhər.
Nançan
Nançan (çin. 南昌市) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şəhəri, həm Jiangxi bölgəsinin , həm də eyniadlı bələdiyənin mərkəzi. Nançan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin şimalında yerləşmişdir. == Tarixi == Nançan şəhəri b.e.ə. 201-ci ildə bugünkü adı ilə təməli qoyuldu və ətrafı qala divarları ilə çevrildi. Sonra Yuzhanq vilayətinin idatə mərkəzi oldu. Yuzhanq vilayəti 589-ci ildə Honqzhou vilayəti adlandırıldı. 763-cü ildən sonra da Jiangxi vilayətinin idarə mərkəzinə çevrildi və sürətlə inkişaf etməyə başladı. XII əsrdə Çinin ən böyük əhaliyə malik vilayət mərkəzlərindən biri idi. 959-cu ildə İmparator Tangın dövründə üst şəhər (fu) statusu alaraq cənubi Çinin paytaxtı elan olundu.
İsaxan
İsa xan Gürcü — Şəki hakimi (1574-1580)
İnanna
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
Kristapor İvanyan
Kristapor İvanyan (erm. Քրիստափոր Իվանյանի, 20 dekabr 1920, Tiflis, Gürcüstan – 30 avqust 1999, Sankt-Peterburq) — Sovet və Ermənistan hərbi generalı. O, həm İkinci dünya müharibəsində, həm də Qarabağ müharibəsində iştirak etmiş və qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun yaradıcılarından biridir.
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897, Qarayazı rayonu – 1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. == Ümumi məlumat == Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar rayonunda baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
İsaxan (Maku)
İsaxan (fars. عيسي خان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (32 ailə).
İsaxan Aşurov
İsaxan Aşurov (1 avqust 1955, Faxralı, Bolnisi rayonu – 22 iyun 2012, ABŞ) — Azərbaycanlı vəkil. == Həyatı == İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. İsaxan Aşurov müalicə üçün ABŞ-yə getmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2012-ci il iyunun 22-də ABŞ-də vəfat etmişdir. Gürcüstanda dəfn olunmuşdur. === Ailəsi === Ailəli idi. 4 övladı var.
İsaxan Qanıyev
İsaxan İsaman oğlu Qəniyev (11 noyabr 1985; Şamaxı, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İsaxan Qəniyev
İsaxan İsaman oğlu Qəniyev (11 noyabr 1985; Şamaxı, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İsaxan Vəliyev
İsaxan Veysəl oğlu Vəliyev (15 noyabr 1958, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. == Həyatı == İsaxan Vəliyev 1958-ci il noyabr ayının 15-də Şamaxı rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə SSRİ Prokurorluğu yanında rəhbər kadrların ixtisasartırma institutunu bitirdikdən sonra İ.Vəliyev 1986-cı ildə Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət idarəsinin rəisi vəzifəsinə, 1989-cu ildə isə SSRİ Prokurorunun əmri ilə Bakı şəhər prokuroru vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə Respublika Baş prokurorunun müavini vəzifəsinə irəli çəkilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiridir. Baş ədliyyə müşaviri və ədliyyə polkovnikidir. == Elmi fəaliyyəti == Hüquq-mühafizə orqanlarında çalışdığı müddətdə İ.Vəliyev elmi araşdırmalar aparmış və 1992-ci ildə "Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. O, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, göndəriş əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul edilmiş və 2005-ci ildə həmin universitetin elmi şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Diplom Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.
İsaxan İsaxanlı
İsaxanlı İsaxan Abdulla oğlu — Ədəbiyyatşünas, yazıçı, tərcüməçi, təhsil tarixçisi. Xəzər Universitetinin İdarəetmə və Tələbə İşləri üzrə Prorektoru. Filologiya elmləri doktoru, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar kafedrasının professoru. == Həyatı == 1962-ci ildə Gürcüstan SSR-in Qarayazı rayonunun Kosalı kəndində müəllim ailəsində anadan olmuşdur. 1979-cu ildə Kosalı kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1984-cü ildə məzun olmuşdur. "Mars" elmi-tədqiqat İnstitutunda (Rusiya, Ulyanovsk, 29.03.1985 – 01.06.1987) mühəndis-proqramçı, Gürcüstanın Qardabani 1 saylı orta məktəbində riyaziyyat müəllimi (01.03.1988 – 01.08.1994) işləmişdir. 1994-cü ildən Xəzər Universitetində çalışır. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycanda özəl ali təhsilin problemləri" mövzusunda dissertasiya (elmi rəhbər: akademik Hüseyn Əhmədov) müdafiə edərək pedaqoji elmlər namizədi (Pedaqoji elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda "Sergey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində" mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi: akademik İsa Həbibbəyli) müdafiə edərək Filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Qaçaq İsaxanın nəvəsidir.
Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946)
== Məzmun == Filmin ayrı-ayrı epizodları Təbrizdə, Xoyda çəkilmişdir. Kinolentdə Sovet ordusu hissələrinin təntənə ilə İrandan Vətənə yola salınması mərasiminə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: M.Slavinskaya Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov Musiqi Tərtibatı: D.Blok Səs operatoru: D.Ovsyannikov Montaj Rejissoru: M.Slavinskaya == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.