İNANMAQ

1. İNANMAQ [Fərzəli:] Men ki, bu kişiyə lap ürəkdən inanıram (S.Rəhimov); BAVƏR ETMƏK (köhn.) Ağanın xüsusi məvacibxor agentləri hər yeri dolanıb, belə xəbərləri buraxırdılar və avam xalq da bu agentlərin sözlərinə bavər edirdilər (Ə.Haqverdiyev); BAVƏR QILMAQ (köhn.) Məcnun ilə Leyli bərabər; Gər kim deyir isə, qılma bavər (Füzuli); BEL BAĞLAMAQ (fr.v.) Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz (Ə.Haqverdiyev); QAİL OLMAQ İsmayıl bəy: İmama yas saxlayanların, peyğəmbərlərə inananların, Qurana qail olanların hamısı dar ağacından asılacaq (Ə.Vəliyev); QIZMAQ Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı (Mir Cəlal); QIZINMAQ Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər adam tanımıram (M.F.Axundzadə).

2. İNANMAQ Kəsiləcək yer üzündən, inanıram mən; Müsibətin ilan nəfəsi (S.Vurğun); ƏMİN OLMAQ (tamamilə inanmaq) Mina cavab verdi ki, əmin olunuz, əzizim! (İ.Musabəyov); ÜMİD BAĞLAMAQ [Şahmar:] ..gələcəyə ümid bağlamaq özü də pis deyil (B.Bayramov); ÜMİDVAR OLMAQ Qədir ailəsini yalnız Nəsirə ümidvar olub gedə bilərdi (S.Hüseyn).

3. İNANMAQ (din.), ETİQAD ETMƏK, İMAN GƏTİRMƏK

İNAM
İNAYƏT

Digər lüğətlərdə