Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İncəvar
İncəvar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Xalac çayının sol sahilində yerləşirdi. Toponim türk mənşəli qıpçaq tayfasından olan incə etnonimindən və "möhkəmləndirilmiş kənd, bənd, qala" mənasında işlənən var sözündən əmələ gəlmişdir və "incə tayfasına mənsub qala, kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873-cü ildə 66 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 129 nəfər, 1904-cü ildə 140 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1922-ci ildə geri qayıtmış əhali qonşu Xələc kəndində yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin keçmiş sakinləri öz evlərinə dönə bilmişdir.
Keçəvari pavloniya
Keçəvari pavlovniya
Keçəvari pavlovniya (lat. Paulownia tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinin pavlovniya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10–18 m, çətirinin diametri 7–10 m olan, şaxələnmiş budaqlı və enli, sıx çətirli, düz silindrik gövdəli, yarpağı tökülən ağacdır. Yarpaqları üzbəüz düzülüşlü, iri, uzunluğu 30 sm-ə qədər, uzunsaplaqlı, bütöv kənarlı, bəzən üç hissəli və ya dərin dişlidir. İri çiçəkləri zəngvari, bənövşəyi rənglidir, süpürgəvari hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi çoxsaylı, xırda, qanadlı toxumları olan qutucuqdur. Kök zoğları və toxumlarla çoxaldılır. == Ekologiyası == İşıqsevəndir. Zəngin, məhsuldar, drenajlı torpaqlara tələbkardır.