Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İndira Hacıyeva
İndira Hacıyeva (tam adı: İndira Niyazi qızı Hacıyeva; 15 iyul 1960, Bakı) — 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub. 1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub. 1982-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, 1984-1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Komsomol komitəsi katibinin müavini, 1986-1988-ci illərdə 26 Baki Komissarı adına rayon komsomol komitəsində təlimatçı, katib və I katib vəzifələrində, 1988-1989-cu illərdə Ümumittifaq komsomolunun Mərkəzi Komitəsində (Moskva) təlimatçı, 1989-1991-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb. 1992-1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993-1995 və 1998-1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999-2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000-2001) vəzifələrində işləmişdir. Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001-2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006-2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008-2021) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
İndira Qandi
İndira Priyadarşini Qandi (Hind dili: इंदिरा प्रियदर्शिनी गांधी, d. 19 noyabr 1917 – ö. 31 oktyabr 1984) — Hindistanın məşhur siyasi xadimi. Hindistanda 2 dəfə (1966-77, 1980-84) baş nazir olmuş siyasətçi. Hindistan tarixindəki tək qadın baş nazir olan Qandi, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olmuşdur. == Həyatı == İndira Qandi Hindistanın ilk baş naziridir. Dünyada isə ikinci xanım baş nazir hesab olunur. İndira Qandi ölkənin müstəqilliyi yolunda mübarizə aparan qəhrəmanı Cəvahirləl Nehrunun ailəsində anadan olmuşdu. O, siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı vermişdi.
İndira Radiç
İndira Radiç (serb. Индира Радић 14 iyun 1966, Doboy) — Serb pop xalq müğənnisi. Serbiyalı Şakira olaraq anılır. == Bioqrafiyası == İndira Subotiç Bosniyanın Doboy şəhərinin yaxınlığındakı Draqalovtsi kəndində Bosniya serblərinin ailəsində anadan olmuşdur. Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Kiçik yaşlarından valideynləri onun müğənni istedadını fərq etdilər, buna görə də çox kiçik yaşlarından İndira bir çox musiqi yarışmasında iştirak edir. Məktəbi bitirdikdən sonra doğma məmləkətindəki tibb kollecinə daxil olur. Üç il Zaqrebdəki Stoyanoviç Mladen xəstəxanasında tibb bacısı kimi çalışır və 90-cı illərin əvvəllərində Serbiyaya köçür. 2011-ci ilin dekabr ayında İndira Şərq, şimal, cənub və qərb adlı on beşinci yubiley albomunu buraxdı. Albomda İndira həmkarı Stanko Marinkoviç ilə duetdə fransızca səsləndirdiyi Mariya da daxil olmaqla 17 yeni mahnı daxil idi.
İndira Varma
İndira Varma (ing. İndira Varma) — məşhur Hind əsilli B.Britaniya aktrisası . == Həyatı == İndira Varma Hind əsilli ata ilə İsveçrəli İtalyan əsilli ananın övladıdır .
İndira burnu
İndira burnu, Piqlamion (hind इंदिरा पाइंट) — Böyük Nikobar adasının cənubunda yerləşən burun. Hindistanın ən cənub nöqtəsidir. Burun Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Buna qədər isə Piqlamion adlandırılırdı. Sumatra adasından şimal-qərbdə yerləşir. Burunun sahilində 35 metrlik mayak inşa edilmişdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsi zamanı burunun sahili okean dibinə gömülmüş və mayak yarıya qədər suytun altında qalmışdır. Bəzi mütəxəsislər oean sahilinin bərpa olunacağını iddia edirlər.
İndira Qandi Beynəlxalq Hava Limanı
İndira Qandi Beynəlxalq Hava Limanı (IATA: DEL, ICAO: VIDP) — Hindistanın ən böyük hava limanlarından biridir. Dehli şəhərindən 16 km aralıda yerləşir. 2009-cu ildən ölkənin ən işlək və ən çox beynəlxalq sərinişin daşıması olan hava limanıdır. Yük daşımalarına görə isə ölkədə ikinci yeri tutur. == Hava yolları və istiqamətlər == == Qəzalar == 25 yanvar 1970-ci ildə Nepal Hava Yollarına məxsus Fokker F27-200 tipli təyyarə Nepalın Katmandu şəhərindən hərəkətə başlamış, lakin əlverişsiz hava səbəbi ilə Palam Hava Limanına enməli olmuşdu. Eniş vaxtı pilot idarəetməni itirmiş və nəticədə qəza olmuşdu. Qəza nəticəsində 5 ekipaj və 18 sərnişindən yalnız bir nəfər xəsarət almış, ölən olmamışdı. 14 iyun 1972-ci ildə Yaponiya Hava Yollarına məxsus təyyarə 471 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanına eniş vaxtı qəzaya uğramışdır. Nəticədə 76 sərnişindən 72-si, 11 ekipaj üzvündən 10-u həmçinin 3 nəfər də yerdə ölmüşdü. 31 may 1973-cü ildə Hindistan Hava Yollarına məxsus təyyarə 440 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanı eniş vaxtı qəzaya uğramışdır.
Amblyseius indirae
Amblyseius indirae (lat. Amblyseius indirae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius indirae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İndila
Adila Sedraia (fr. Adila Sedraïa) və ya İndila (fr. Indila) (26 iyun 1984-cü il, Paris, Fransa) — Fransa müğənnisi və mahnı müəllifi. 24 fevral 2014-cü ildə yayımlanan Mini World albomundakı "Dernière Danse" mahnısı ilə Fransada ən yaxşı on sinql siyahısında ikinci sırada yer alır. == Həyatı == İndila 26 iyun 1984-cü il-də Parisdə anadan olub. Musiqi karyerasına başlamamışdan əvvəl İndila, bir qəsəbədə turist rəhbəri olaraq fəaliyyət göstərmişdir. Məhz o zamanlardan musiqini çox sevdiyini, lakin buna vaxt ayıra bilmədiyini söyləmişdir. "Le Parisien" qəzetinə verdiyi müsahibədə İndila adının hind əsilli bir ad olduğunu söyləmişdir. Hind, əlcəzairli, kambocalı və misirli qanının daşıyıcısıdır.
Eleusine indica subsp. indica
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Acalypha indica
Acalypha indica (lat. Acalypha indica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü. Növ nəmli və kölgəli yerlərə üstünlük verir və dəniz səviyyəsindən 1350 m yüksəkliyə qədər müşahidə edilir. == Tibbdə == Hindistanın xalq təbabətində Acalypha indica-nın yarpaqlarından sarılığın müalicəsində istifadə olunur.
Aloe indica
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Amberboa indica
Goniocaulon (lat. Goniocaulon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Goniocaulon indicum (Klein ex Willd.) Benth ex C.B.ClarkeSinonim Amberboa indica (Klein ex Willd.) DC. Athanasia indica Roxb. Goniocaulon glabrum Cass. Serratula indica Klein ex Willd.
Aristolochia indica
Aristolochia indica (lat. Aristolochia indica) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Artemisia indica
Artemisia indica (lat. Artemisia indica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Athanasia indica
Goniocaulon (lat. Goniocaulon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Goniocaulon indicum (Klein ex Willd.) Benth ex C.B.ClarkeSinonim Amberboa indica (Klein ex Willd.) DC. Athanasia indica Roxb. Goniocaulon glabrum Cass. Serratula indica Klein ex Willd.
Cannabis indica
Hindistan çətənəsi (lat. Cannabis indica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü.
Cocos indica
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Cylindraspis indica
Reyunyon nəhəng tısbağası (lat. Cylindraspis indica) — nəhəng quru tısbağalarına daxil olan, nəsli kəsilmiş növ. Hind okeanında yerləşən Reyunyon adasının (Maskaren adaları) endemik canlısı olmuşdur. Balalarının və yumurtalarının ev donuzu və ev pişikləri tərəfindən yeyilməsi ilə nəsli tükənmişdir. Avropalılara 1611-ci ildə məlum olmuşdur. Artıq yüz ildən sonra isə nadir növə çevrilir. 1728-ci ildə onlara ancaq adanın qərb sahillərində rast gəlinirdi. Artıq 1773-cü ildən onları aşkarlayan olmur. Bundan sonra adaya digər növlərdən olan tısbağalar gətirilir.
Drosera indica
Hindistan şehçiçəyi (lat. Drosera indica) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Eleusine indica
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Eragrostis indica
Tükcüklü şəkərqamışı (lat. Eragrostis pilosa) — şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Catabrosa verticillata (Cav.) P.Beauv. Eragrostis afghanica Gand. Eragrostis amurensis Prob. Eragrostis bagdadensis Boiss. Eragrostis baguirmiensis A.Chev. Eragrostis bicolor Boiss. [Invalid] Eragrostis bithynica Griseb. [Invalid] Eragrostis collocarpa K.Schum.
Eugenia indica
Eugenia indica (lat. Eugenia indica) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Eulabeia indica
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.
Ficus indica
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Garcinia indica
Hindistan qarsiniyası (lat. Garcinia indica) – kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Indri indr
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.