Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnqridiyentlər
İnqridiyentlər — Bitki qruplaşmasında həmişə iştirak edən, ancaq dominantlıq etməyən komponentlər. Dominantların yaratdığı mühitə uyğunlaşan birillik bitkilərdir. İnqridiyentlər əlverişsiz illərdə bəzən inkişaf etməyərək torpaqda sağlam toxum halında qalır. Tipik inqriyentlər çöl, yarımsəhra və digər arid regionların fitosenozlarına xasdır. Optimal rütubətliyə malik olan rayonlarda inqridiyent. birillik bitkilər olub meşə qırma yerlərində v ə yanğına məruz qalan sahələrdə inkişaf edir. İnqridiyent bitki qruplaşmalarında böyük rol oynaya və mühüm praktiki əhəmiyyətə malik ola bilər. İnqridiyent termini Polşa botaniki Y. Paçovski (1917) tərəfindən irəli sürülmüşdür.