Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnzibati-ərazi bölgüsü
İnzibati-ərazi bölgüsü — unitar dövlətin ərazisinin təbii, siyasi, iqtisadi, etnik, milli və digər amillərə görə yerli hakimiyyət orqanları sisteminin qurulduğu hissələrə, yəni inzibati-ərazi vahidlərinə bölünməsi. İnzibati-ərazi bölgüsü federal dövlətlərin subyektlərinə də xasdır, çünki sonuncular, bir qayda olaraq, unitar qurumlardır. Unitar dövlətlərdən fərqli olaraq federasiyaların ərazi quruluşu federativ quruluşla xarakterizə olunur. İnzibati-ərazi bölgüsü dövlət ərazisinin vilayətlərə, rayonlara, distriktlərə, əyalətlərə, idarələrə və s. bölünməsini təmin edir.
İnzibati-ərazi vahidi
İnzibati-ərazi vahidi — dövlət müstəqilliyi olmayan dövlətin inzibati-ərazi bölgüsünün struktur elementi. Fərqli dövlətlərdə fərqli dövrlərdə müxtəlif inzibati-ərazi vahidi adları mövcud idi. Mövcud olan sosial- iqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati ərazi bölgüsünü yaratmışdır. == Tarixdə == Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində bir çox xırda xanlıqlar və sultanlıqlar digərləri ilə birləşmişdi. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda aparılan rəqabət nəticəsində 1801-1828-ci illər ərzində Azərbaycan bir sıra imperiyaların təcavüzlərinə məruz qalmışdır.1801-1804-cü illərdə Gəncə, Qarabağ, Şəki və Şirvan xanlıqları, habelə Borçalı, Qazax, Şəmsəddil və Tabasaran sultanlıqları və Car-Balakən camaatlığı Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. 1805-1806-cı illərdə Azərbaycanın Dərbənd, Qarabağ və Quba xanlıqları Rusiyaya ilhaq edildi.1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsi əsasında Azərbaycan İran ilə Rusiya arasında bölünərək İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Araz çayından şimal hissəsində yerləşən Azərbaycan torpaqları Rusiyanın tərkibinə verildi. 1827-ci ildə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə daxil edildi.
Departament (inzibati-ərazi vahidi)
Departament (fr. département, isp. departamento) — bir sıra ölkələrdə inzibati-ərazi vahidi 1, 2 və ya 3 dərəcələrindədir. İlk dəfə Böyük Fransa inqilabı dövründə Fransanın departamentlərə bölünməsi ilə başlandı. Bu müddəanın inzibati vahidləri təyin etmək üçün əsasən əvvəlcədən Fransanın və ya İspaniyanın, eləcə də rəsmi dilin fransız və ya ispan olduğu ölkələrdə istifadə edilir.
Finlandiyanın inzibati-ərazi bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri. == Ştatların təsnifatlaşdırılması == Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır. A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir. B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir. C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur. == Ştatların səlahiyyətləri == Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.
Kommuna (inzibati-ərazi vahidi)
Kommuna — bəzi ölkələrdə inzibati-ərazi vahidinin adı. Aşağıdakı ölkələrdə inzibati-ərazi vahidi kimi mövcuddur: İtaliya Fransa İsveçrə Belçika Niderland Rumıniya Moldova Norveç Finlandiya == Həmçinin bax == Kommuna (icma) — insanların mülkiyyətin ümumiləşdirilməsi və ümumi əməyi əsasında qurulan birgə yaşayışı. Kommunal hərəkatı — özü-özünü idarə edən orta əsr şəhər-respublikaları. Bakı kommunası — 1918-ci il aprel-may aylarında Bakı quberniyasının bir hissəsində mövcud olan hökumətin adı. Paris Kommunası — 1871-ci ildə Parisin inqilabi hökuməti.
Çexiyanın inzibati-ərazi bölgüsü
Çexiya inzibati-ərazi bölgüsü baxımından 14 inzibati vahiddən: 13 diyardan və 1 diyar statuslu şəhərdən ibarətdir.
Böyük Britaniyanın inzibati-ərazi bölgüsü
Böyük Britaniya 4 inzibati-siyasi ərazidən ibarətdir (tarixi vilayətlərdən): İngiltərə (39 qraflıq, 6 metropolit qraflıqları və Böyük London), Uels (9 qraflıq, 3 şəhər, və 10 şəhər-qraflıq), Şotlandiya (32 vilayət), Şimali İrlandiya (26 rayon).
Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Rusiya Federasiyasının inzibati-ərazi bölgüsü
Rusiya inzibati cəhətdən onun tərkibinə 21 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir. Ümumiyyətlə Rusiya federativ respublikadır. Burada həmçinin 85-dən çox qoruq, 25 milli park vardır. Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 22 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-Peterburq və Sevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.
Səfəvilər dövründə inzibati-ərazi vahidləri
Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Məsqət ərazi
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Tarixi ərazi
Tarixi ərazi və ya miras bölgəsi, tarixi və ya memarlıq səbəbiylə dəyərli sayılan köhnə tikililərin olduğu şəhərin bir hissəsidir. Tarixi rayonlar şəhərin mərkəzi ola da bilər, olmaya da bilər. Tarixi ərazilər ticarət rayonları, inzibati rayon və ya sənət rayonları ilə əlaqəli ola bilər və ya bunların hamısından ayrı ola bilərlər. == Kanada == Kanadada bu cür rayonlara "miras qoruma bölgələri" və ya "miras qorunma bölgələri" deyilir və əyalət qanunvericiliyi ilə tənzimlənir. == Amerika Birləşmiş Ştatları == Amerika Birləşmiş Ştatlarının bir çox yurisdiksiyasında təyin edilmiş tarixi rayonları müəyyən edən və qoruyan xüsusi qanunvericilik var. == Birləşmiş Krallıq == "Tarixi rayon" termini Birləşmiş Krallıqda istifadə edilmir. Ekvivalent şəhər əraziləri Qoruma Sahələri kimi tanınır. == İran == İran İrs və Turizm Təşkilatı dəyərli tarixi abidələri və ərazilərinə görə bir neçə şəhər seçmişdir. Baft-e Tarixi (fars dilində: بافت تاریخی və ya tarixi toxuması) bu bölgələrin adlandırıldığı bir addır. Nayin, İsfahan və Yəzd tarixi rayonları olan İran şəhərlərinə nümunədir.
Urbanizasiyalaşmış ərazi
Urbanizasiyalaşmış ərazi, urbanizasiyalaşmış sahə, urbanizasiyalaşmış region, şəhər sahəsi, şəhər aqlomerasiyası, şəhər regionu, şəhər bölgəsi, urbanizasiyalaşmış şəhər regionu, kütləvi yaşayış sahəsi, kütləvi yaşayış məntəqəsi və ya metropoliya ərazisi əhalinin yüksək sıxlığı və strukturlaşdırılmış infrastrukturu olan bir yaşayış yeridir. Şəhər əraziləri urbanizasiya yolu ilə yaradılır və şəhər morfologiyası ilə şəhərlər, qəsəbələr, konurbanizasiya və ya şəhərətrafı zonalar kimi təsnif edilir.
Xələfbəyli (ərazi)
Xələfbəyli qışlağı — Qaradağ vilayətinin Kərmədüz mahalının ərazisində yerləşir. == Tarixi == İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur.
Şott (ərazi)
Şimal-qərbi Afrikada, dibində duz qatı olan qapalı çökəklik. Şott gur yağışlarda şor gölə çevrilir. Ən geniş Şottlar Böyük səhranın şimal-qərb sərhədi boyunda və Atlas dağlarındadır.
Ştiriya (ərazi)
Ştiriya — Avstriyanın federal əyaləti. Ştiriyanın inzibati mərkəzi Qrasdır. Ştiriya Avstriyanın Sloveniya ilə həmsərhəd olan federal əyalətidir və o, orta əsr qalalarının çoxluğuna və "Göllər şəhəri"Zaltskammerguta görə məşhurdur.Antik qalalar və monastrlar əyalətin ərazisi boyu səpələnmişdir.Burada got kilsəsi ilə ən böyük barokko qəsri Rigersburg, cəngavər zalı və orta əsr silahlarının kolleksiyası , Renesans dövrü qalası Herbershtajn (XIII-XVII əsrlər) Siah-yaraq müzeyi və ailə portretləri zalı;ziyarət kilsəsi Mariatsell(1157) ,gümüş mehrablı kiçik kilsə (1727) və XIII əsrin möcüzəvi heykəli Nojburg-an-der-Mjurtsdakı keçmiş Sistersian abbatlığı ,Foreydəki Avqust monastrı (11630) Reyndə ən qədim Avstriya Sisterian monastrı (1129), və ya Gessdəki Benedikt monastrı (1000) və digər tarixi və memarlıq abidələri vardır.
Ərazi bütövlüyü
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır. == Tarixi == Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar.
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. == Ümumi == Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Ərazi mübahisəsi
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. == Ümumi == Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
İnzibati akt
İnzibati akt - İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər.
İnzibati hüquq
İnzibati hüquq idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir.İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir.İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir.Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.