ARAŞTIRMAK
ARI
OBASTAN VİKİ
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Rəhim Arazi
Rəhim Arazi (tam adı: Nəcəfov Rəhim Cəfər oğlu; 1928, Alışar, Naxçıvan MSSR – 19 avqust 1982, Alışar, İliç rayonu) — Dissident şair. Nəcəfov Rəhim Cəfər oğlu (Arazi) 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi (anası, qardaşı və bacıları) ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir. 1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir. Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır. Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi "Ulus" və "Hürriyyət" qəzetlərində işıq üzü görmüşdür. Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi (əslində xalqı ilə birlikdə) faciəli bir ömür yaşamışdır.