Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İramin İsayev
İramin İsayev (İramin Namaz oğlu İsayev; d. yeri və tarixi 1.12.1942, Daş Salahlı, Qazax) — professor, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri. Azərbaycan məktəbi və pedaqoji fikir tarixinə dair tədqiqatlar aparmış, A.Səhhətin təlim, tərbiyə haqqında fikirləri ilə əlaqədar ilk tədqiqatın müəllifidir. Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair ilk proqram və dərs vəsaitlərinin müəllifidir. İctimai əsaslarla apardığı vəzifələr: Azərbaycan Dövlət Pedaqoji Universiteti, FD 02.061 Müdafiə Şurası, Pedaqoji elmlər üzrə şuranın elmi katibi olmuşdur. Hazırda həmin ixtisas üzrə müdafiə şurasının üzvüdür. 1942-ci il 1 dekabr Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1959-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1959-1963-cü illərdə ADPU-nun Pedaqoji fakültəsini bitirmişdir. 1963-cü ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunda pedaqoji fəaliyyətə başlamış; 1965-1968-ci illərdə Sumqayıt şəhər 8 saylı məktəbdə müəllim işləmiş; 1968-ci ildən ADPU-nun İbtidai təhsilin pedaqogika və metodikası kafedrasında baş laborant; 1969-1972-ci illərdə aspirant; 1972-ci ildən Ümumi pedaqogika kafedrasında müəllim; 1975-ci ildən baş müəllim, 1984-cü ildən dosent, 2009-cu ildən professor, 2014-cü ildən Ümumi Pedaqogika kafedrasının müdiridir Qızıl qələm mükafatı Azərbaycan bayrağı döş nişanı Qabaqcıl maarif işçisi döş nişanı “Avropa nəşr mətbuat evi”nin qızıl medalı İlin alimi (Ali mediya mükafatı) 2018-ci ildə “Elm fədaisi” diplomu.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor. Ramin Musayev — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.
Tiramin (Azərşəhr)
Tiramin (fars. تيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2 nəfər yaşayır (1 ailə).
Şiramin (Azərşəhr)
Şiramin (fars. شيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,280 nəfər yaşayır (909 ailə).
Ramin Cavadi
Ramin Cavadi (fars. رامین جوادی‎; 19 iyul 1974, Duysburq, Şimali Reyn-Vestfaliya) — İran-Alman əsilli bəstəkar. Marvel filmi Dəmir-Adam və HBO kanalında yayımlanan Taxt-tac oyunları serialına bəstələdiyi musiqilər ilə tanınır. Həmçinin o Titanların Müharibəsi, Sakit Okean Döyüşü, Varkraft, Zamanın fırlanması, Əbədilər, filminin, Həbsxanadan qaçış, Person of Interest, Cek Rayan, Qərb Dünyası seriallarının, Medal of Honor, Gears of War 4 və Gears 5 oyununun bəstəkarlığını etmişdir. 2018-ci ildə Taxt-tac oyunlarının "Əjdaha və Canavar", 2019-cu ildə isə "Uzun Gecə" epizodlarına görə ardıcıl Emmi Mükafatına layiq görülmüşdür.
Ramin Cavadov
Ramin Hacılı
Ramin Rasim oğlu Hacılı (2 sentyabr 1983, Arayatılı, Füzuli rayonu) — siyasi aktivist; "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti (2012 – indi) Ramin Rasim oğlu Hacılı 2 sentyabr 1983-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-də liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb. 2002–2004-cü illərdə "Rəsulzadə — Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb. 2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri; 2007–2008-ci illərdə isə Dalğa Gənclər Hərəkatının təsis etdiyi "Demokratiya Məktəbi"nin direktoru olub. Hazırda "Demokratiya Məktəbi"nin təlimçisi, "Demokratiya Akademiyası"nın prezidentidir. 2006–2007-ci illərdə ABŞ-nin Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib.
Ramin Hacıyev
Ramin Hacıyev (29 dekabr 1976, Kirovabad) — Azərbaycan rejissoru, ssenari müəllifi, aktyor. Ramin Hacıyev 1976-cı ildə Gəncədə anadan olmuşdur. 1983–1994-cü illərdə 18 saylı orta məktəbi, 1995–2000-ci illərdə Qafqaz Universitetinin "Biznes üzrə menecer" fakültəsini, 1999–2000-ci illərdə Türkiyənin İstanbul Kültür Universitesinin "Cinema Academy"nin Kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejssoru və müəllifidir. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Toy (film, 2005) — Cabbar Ailəm (film, 2006) Qonşular (film, 2006) — Əfsələddin Milçək (film, 2006) — Qədeş Koma 0,1 saniyədə (film, 2007) Bacanaqlar (teleserial, 2009) — Məhəbbət Qız atası (teleserial, 2014) Səfərin ailəsi (teleserial, 2014) — Baloğlan Qardaşlar (teleserial, 2015) Kişi sözü (teleserial, 2015) Ailəcanlı (teleserial, 2017) Xalxın evi (teleserial, 2017) Ay yay yay (teleserial, 2018) Mən kiməm?
Ramin Hüseynov
Ramin Həsənov
Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri. Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994—1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998—2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir. Evlidir, iki övladı var. Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999—2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır.
Ramin Kərimli
Ramin Mahmudzadə
Ramin Əlinazim oğlu Mahmudzadə (31 avqust 1935, Bakı – 9 avqust 2022) — fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985–1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999–2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002–2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, əməkdar müəllim, 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan alim kimi tanınır. XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafında onun böyük rolu olmuşdur. Bu baxımdan o, həm də Azərbaycanın ilk proqramçısı sayılırdı. Ramin Mahmudzadə Əlinazim oğlu 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir. 1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir.
Ramin Musayev
Ramin Musayev (26 aprel 1963, İncəoğlu, Bolnisi rayonu) — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2008—2022). Musayev Ramin Namaz oğlu 1963-cü il 26 aprel tarixində Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun müddət Azərbaycanın hüquq-mühafizə sistemində calışıb, sonradan Neftçinin vitse-prezidenti işləyib. 2008-ci ildən Peşəkar Futbol Liqasının prezidentidir. O, 29 iyul 2022-ci il tarixində səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa vermişdir.
Ramin Məmmədli
Ramin Məmmədov
Ramin Məmmədov (siyasətçi)
Ramin Nurəhmədov
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Ramin Qasımov
Ramil Famil oğlu Qasımov (1981) — azərbaycanlı cüdoçu. Ramil Adıgözəl oğlu Qasımov (1984) — azərbaycanlı opera müğənnisi.
Ramin Quliyev
Ramin Quliyev (futbolçu) — azərbaycanlı futbolçu. Ramin Quliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
Ramin Quluzadə
Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021). 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. 1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərmişdir. 2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
Ramin Qurbanov
Ramin Qurbanov (Qaraqurbanlı) (tam adı: Ramin Afad oğlu Qurbanov, 10 may 1974, Bakı) — Azərbaycan alimi, hüquqşünas, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti. Bakı Apelyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü. Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun "Beynəlxalq hüquq" şöbəsinin müdiri (2018-ci ildən), hüquq elmləri doktoru, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin mülki-hüquq fənləri kafedrasının professorudur. Ramin Qurbanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Avropa dövlətlərinin məhkəmə sistemlərinin təşkili və qiymətləndirilməsinə dair beynəlxalq tədqiqat layihələrinin ekspertidir, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə apardığı məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələrin koordinatoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvüdür. Ramin Qurbanov 10 may 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası akademik Afad Qurbanov — görkəmli Azərbaycan dilçi-alimi, müasir Azərbaycan əlifbasının müəllifi və anası Zöhrəxanım Qurbanova tibb elmləri namizədidir. Ramin Qurbanovun, həmçinin, iki qardaşı və iki bacısı vardır: Rəşad Qurbanov — hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası; Fuad Qurbanov — tibb elmləri doktoru; Fərəh Qurbanova — tibb elmləri doktoru, dosent; Fidan Qurbanova — filologiya elmləri doktoru, professor. Evlidir, 3 övladı var 1990-cı ildə Ramin Qurbanov Bakı şəhərinin 134 nömrəli orta məktəbini medalla bitirmişdir. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən 1998-ci ilədək Bakı Dövlət Universitetində aspiranturada oxumuşdur.
Ramin Rzayev
Ramin Rza oğlu Rzayev (19 sentyabr 1961) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi. Rzayev Ramin Rza oğlu, 19 sentyabr 1961-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri 11 saylı orta məktəbini 1978-ci ildə bitirmişdir. 1979-cu – 1984-cü illərdə Bakı Dövlət Universitetinin "Mexanika-Riyaziyyat" fakültəsinin əyani şöbəsində oxumuşdur. İxtisası: Riyaziyyatçı. Riyaziyyat müəllimi. 1990-cı – 1994-cü illərdə Bakı Dövlət Universitetinin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının dissertantı. Riyaziyyat üzrə Fəlsəfə Doktoru (fizika-riyaziyyat elmlər namizədi) elmi dərəcəsini: 1994-cü ildə Bakı Dövlət Universitetinin nəzdində Д. 054.03.02 ixtisaslaşdırılmış şurada 01.01.01 – "Riyazi analiz" ixtisası üzrə Bakı Dövlət Universitetinin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının professoru, f.-r.e.d., C. İ. Məmmədhanovun rəhbərliyi ilə "Полиномиальная аппроксимация функций на континумах комплексной плоскости" ("Kompleks müstəvisinin kontinumlarında funksiyaların polinomial approksimasiyası") adlı namizədlik dissertasiya işini müdafiə etmişdir. Texnika Elmləri Doktoru elmi dərəcəsi: 2011-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D01.121 Dissertasiya şurasında 3338.01 (05.13.01) – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə "Методы и средства поддержки принятия адаптированных решений в условиях неопределенности (в исследовании экономических процессов и событий)" ("Qeyri-müəyyənlik şəraitində adapdiv qərarların qəbuledilməsinə dəstək verən üsullar və vasitələr (iqtisadi proseslərin və hadisələrin tədqiqində") adlı doktorluq dissertasiya işini müdafiə etmişdir. Məşğul olduğu elmi sahə: Elmi maraq sferasına informasiyanın, eləcə də strukturllaşmamış və zəif strukturlaşmış verilənlərin (məlumatların) təhlili və işlənməsinin intellektual üsullarının tətbiqi (Data Mining) aspektləri daxildir.
Ramin Zeynalov
Ramin İbrahimov
Ramin İbrahim oğlu İbrahimov (2 iyul 1978; İcevan, Ermənistan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarında qalibi olub. Ramin İbrahimov 1978-ci il iyulun 2-də İcevan şəhərində anadan olub. Ramin İbrahimov 2006-cı ildə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2007-ci ildə isə Ramin İbrahimov, həm Avropa Çempionatının, həm də Ümumdünya Oyunlarının qalibi oldu. Ramin İbrahimov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Ukrayna nümayəndəsi İqor Zasyadhoviçi ipponla, 1/4 final mərhələsində Rusiya nümayəndəsi Səid Şahanova da ipponla qalib gələn Ramin İbrahimov, 1/2 final mərhələsində Əlcəzair nümayəndəsi Mövlud Nuraya məğlub oldu və Paralimpiada da mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Ben Kulter oldu. Həmin görüşdə rəqibini ipponla məğlub edən Ramin İbrahimov, XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu. 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qızıl medalına sahib olan Ramin İbrahimov, 2010-cu ildə Dünya Çempionatını, 2011-ci ildə isə Ümumüünya Oyunlarını bürünc medallarla başa vurdu.
Ramin Şıxəliyev
Ramin Tofiq oğlu Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Məktəb illərində 5 il icəsənət məktəbində təsil alıb. 1997-ci ildə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət univeristetinə Dram Kino aktyoru ixtisası üzrə qəbul olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakültəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmin il universitetin Sənətşünaslıq fakültəsinin Teatrşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur. 2003-cü ildə Maqistraturanı bitirmişdir (1998–2003) "İlham" Miniatür Teatrına dəvət almış və o teatrda aktyor vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2011-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Bir çox dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib.
İranın iqlimi
İranın əksər hissələrinin iqlimi subtropik-kontinental, Xəzər dənizi sahilində rütubətlidir. İran və Oman körfəzilərinin sahil boyunda isə tropikdir İqlimin əsas xüsusiyyətləri təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də, relyefin müxtəlifliyi, ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən edilir. İqlimin əsas xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay yemperaturu deyil, deləcə də çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallığıdır. Qış fəslində İranın bir sıra rayonlarının iqlimi eyni enliklərdə yerləşən diğər yerlərin iqlimindən çox soyuqdur. ( Xəzərsahili zona istisna olunmaqla) . Bu isə ölkədə çoxillik subtropik bitkilərin yetişdirilməsini və il ərzində bir ərzində bir sahədən iki dəfə məhsul götürülməsini məhdudlaşdırır. Qışda temperaturun kəskin surətdə aşağı düşməsinə Asiya materikinin daxili rayonlarından gələn soyuq kontinental hava kütləsi təsir göstərir, belə ki, bu hava kütləsinin qarşısını şimal istiqamətdə kəsə biləcək qüvvətli oroqrafikik sədd yoxdur. Nəticədə ölkədə ovalıqlar və yaylalar üçün mövsümü fərqlər nəzərə çarpır. Belə ki, qış və orta yay temperatur ampilidudası 20-25 dərcə təşkil edir. Yüksək yerlərdə və həmçinin dağlarla əhatələnən çəkəkliklərdə yağıntı əsasən qar şəklində düşür və dağlardan qidalanan İran çaylarının rejimini müəyyən edir.
İranın ostanları
İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır. İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi. Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü. Ostan — (fars. استان‎) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var. Şəhristan — (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var.
İranın Şəhristanları
İranın Şəhristanları:
İraqın suverenliyi
İraqın suverenliyi — beynəlxalq münasibətlərdə məsələ. Ölkənin suverenliyi 2003-cü ildə İraqa müdaxilə zamanı Səddam Hüseyni devirən çoxmillətli qüvvələr tərəfindən pozulmuşdur. 8 iyun 2004-cü ildə BMT Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsi yekdilliklə qəbul edilmiş, bu qətnamədə "30 iyun 2004-cü ilə qədər işğala son qoymağa və İraqın tam suveren və müstəqil Müvəqqəti Hökumətinin tam məsuliyyət və səlahiyyəti öz üzərinə götürməsi"nə çağırış edilmişdir. Suverenliyin verilməsi faktiki olaraq vaxtından bir-iki gün əvvəl baş vermişdir. Bu, İraqın rəhbərlik etdiyi hakim qüvvələrə suverenliyin qanuni şəkildə qaytarılması və işğalın formal olaraq sona çatması ilə nəticələnsə də, praktiki məsuliyyətlər hələ də İraqdakı çoxmillətli qüvvələrə həvalə edilir. İraqda müharibənin tərəfdarları İraqın 2003-cü ilin iyununda öz suverenliyini bərpa etməsi və bununla da işğala son qoyulması fikri ilə razılaşırlar. Bu tərəfdarlar qiyamçıları İraq hakimiyyətinə qarşı üsyançılar kimi görürlər. Müharibənin bəzi əleyhdarları çoxmillətli qüvvələrin İraqda fəaliyyətinə davam etməsini işğal hesab edirlər. Müvafiq olaraq, onlar qiyamçıları əsas məqsədi xarici qüvvələri qovmaq olan "müqavimət" döyüşçüləri kimi müsbət müstəvidə xarakterizə edirlər. Tənqidçilər Fransadakı Vişi rejimini və 1980-ci illərdə SSRİ tərəfindən işğal olunmuş Əfqanıstanda Kremlin dəstəklədiyi rejimlə müqayisə edirlər.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. Bu, adətən sink filizi əmələgəlmələrinin üstündəki oksidləşmiş və ya aşınmış zonada baş verən mineraldır. Təmiz adamit rəngsizdir, lakin adətən Fe birləşmələrinin qatqısına görə sarı rəngə malikdir. Yaşıl rənglər də yaranır və mineral quruluşda mis əvəzlənməsi ilə bağlıdır. Olivenit adamitlə izostruktur olan mis arsenatdır və sink və mis arasında əhəmiyyətli dərəcədə əvəzetmə var, nəticədə kuproadamit adlı ara məhsul yaranır. Zinkolivenit CuZn(AsO4)(OH) formuluna malik ara mineral olan bu yaxınlarda kəşf edilmiş mineraldır. Quruluşda manqan, kobalt və nikel də əvəz olunur. Analoji sink fosfat, tarbuttit məlumdur. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik.
Aramid
Aramid — lif istiyə davamlı və güclü sintetik lifdir. Kosmik tədqiqat və hərbi məqsədlər üçün güllə keçirməyən geyimlərdə və ballistik kompozisiyalarda velosiped təkərlərindəki asbestin əvəzedicisi kimi istifadə edilə bilər. Aramid adı "aromatik poliamid" sözlərinin birləşməsindən yaranır. == Tarixi == Aromatik poliamid əvvəlcə DuPont tərəfindən 1960-cı illərin əvvəllərində HT-1, sonra isə Nomex kommersiya məqsədilə istifadə edilmişdir. 1973-cü ildə Kevlar adlandırıldı.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Karmin
Karmin (qida qatqısı)
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Tiamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Tiyamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
İrimis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
İzatin
İzatin -Tribulin kimi də tanınan izatin, C8H5NO2 kiimyəvi formullu indoldan əldə edilən üzvi birləşmədir. Bu birləşmə ilk dəfə 1840-cı ildə Otto Linné Erdman[1] və August Laurent[2] tərəfindən indiqo boyasının nitrat və xrom turşuları ilə oksidləşməsi nəticəsində əldə edilmişdir. İzatin, Couroupita guianensis[3][4] cinsindən İzatis cinsinin bitkilərində, həmçinin insanlarda adrenalinin metabolik törəməsi kimi tapılan təbii məhsuldur.[5] Qırmızı-narıncı toz kimi görünür və o, adətən antitumorallar,[6] virus əleyhinə,[7] anti-HİV[8] və vərəm əleyhinə maddələr daxil olmaqla, geniş çeşidli bioloji aktiv birləşmələrin sintezi üçün tikinti bloku kimi istifadə olunur.[ 9] İzatin nüvəsi həmçinin “Maya mavisi” və “Maya sarısı” boyalarına rəng vermək üçün istifadə olunur.[10] Mündəricat Sandmeyer metodologiyası izatinin sintezi üçün ən qədim və sadə üsuldur.[11] Metod, α-izonitrozoasetanilidinin sintezi üçün tətbiq olunur. Reaksiya natrium sulfatda hidroksilamin və xlorid turşusunun iştirakı ilə xloral hidrat və ilkin arilamin (məsələn, anilin) arasında qarşılıqlı təsirlə gedir. Güclü turşuların (məsələn, sulfat turşusu) təsir etdiyi bu reaksiya nəticəsində >75% çıxımla izatin sintez olunur. Stolle proseduru həm əvəzlənmiş, həm də əvəz olunmamış izatinlərin sintezində Sandmeyer metodologiyasına ən yaxşı alternativ hesab olunur.[12] Bu halda birincili və ya ikincili arilaminlər oksalil xlorid ilə kondensasiyasından xlorooksalilanilid aralıq məhsulu əmələ gəlir, sonra Lyuis turşusunun (məsələn, alüminium trixlorid, titan tetraxlorid, bor trifluorid və s.) iştirakı ilə tsiklləşə bilər. N-əvəz edilmiş izatinlərin sintezinə daha yeni yanaşmalar kommersiyada mövcud olan əvəz edilmiş indolların və ya oksiindolların müxtəlif oksidləşdirici maddələrlə birbaşa oksidləşməsini nəzərdə tutur. Aromatik halqanın, keton və γ-laktam hissəsinin olması izatinə həm elektrofil, həm də nukleofil kimi istifadə olunması üçün nadir potensial verir. Həqiqətən də o, N-əvəzetmələri, elektrofilik reaksiyalar kimi çoxlu sayda reaksiyalara məruz qalır: fenil həlqəsinin C-5 və C-7 mövqelərində aromatik əvəzetmə, C-3 karbonil qrupuna nukleofil əlavə, oksidləşmə, üzüklərin genişlənməsi. Bu unikal reaktivliyə görə izatin üzvi sintezdə ən qiymətli tikinti bloklarından biri hesab olunur.
Gramen
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.