Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar .Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat. dolor — "ağrı", nahiyyədə ağrılarDoplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə lat.
İrtica
İrtica (arb: رُجُع rücu kökündən, de: réaction — az: reaksiya) və ya geriçilik (az: "əvvəlki yerə qayıtmaq"), reaktsionizm əvvəlki vəziyyətə qayıtmağı tələb edən, həddindən artıq mühafizəkar və mütərəqqi olanlara qarşı olan, hər hansı bir ictimai və ya siyasi hərəkat və ya ideologiyadır. == Təsviri == Sosial elmlər doktoru Emre Konqar "insanın tarixi inkişaf prosesinə, istehsal münasibətlərinə, istehlak və bölüşdürmə münasibətlərinə və siyasi rejimlərə görə" reaksionizmi təsnif etmişdir. Bu tərifə görə, bəşəriyyət tarix boyu inkişaf və tərəqqi göstərmişdir. Konqarın tərifinə görə yığıcılıq, ovçuluq, kənd təsərrüfatı, sənaye və informasiya cəmiyyəti kimi mərhələləri geri almaq və ya dayandırmaq mürtəcilikdir. Zamanla istehsal əlaqələri, ibtidai klanlar, köləlik, feodalizm, kapitalizm və sosializm kimi dəyişmişdir. Bu dəyişiklikləri geriyə qaytarmağı müdafiə etmək mürtəcilikdir. Allahın adı ilə cəmiyyəti idarə edən mütləq hüquqi və inzibati səlahiyyətlərə sahib olan hökmdarlar və səltənətlər öz yerlərini konstitusional krallıqlara və respublikalara buraxmışdırlar. Müasir dövlətlərdə fərdi hüquq və azadlıqlar demokratik və dünyəvi qanunlarla təmin olunur. Müasir və demokratik rejimlərdən daha çox, dini qaydaların insanlara qarşı tətbiq olunduğu antidemokratik rejimləri tələb etmək mürtəcilikdir. == Tarixi == Bu termin Qərbdə Böyük Fransa inqilabı dövründə cinayətkar monarxiya rejiminə və ya onun şərtlərinə qayıtmaq istəyən əks-inqilabçıları təsvir etmək üçün istifadə edilmişdir.
İrtidad
Mürtədlik (ərəb. مُرْتَدّ‎‎) və ya irtidad (ərəb. اِرْتِدَاد‎‎ – "dönmə, üz döndərmə") — bir şəxsin rəsmi şəkildə dindən çıxması, onu tərk etməsi və ya dindən imtina etməsi. Bu, həm də daha geniş kontekstdə bir şəxsin əvvəlki dini inanclarına zidd olan fikri qəbul etməsi kimi müəyyən edilə bilər. Dindən dönən şəxs mürtəd kimi tanınır. Mürtəd olmuş şəxslər bu sözün mənfi çalarının olmasına görə özlərini mürtəd adlandırmaqdan çəkinirlər, lakin bu termin sosioloqlar tərəfindən texniki mənada, heç bir alçaldıcı məna daşımadan istifadə olunur. Bəzən bu termin həm də siyasi partiya, ictimai hərəkat və ya idman komandası kimi qeyri-dini inancdan və ya səbəbdən imtina etmək üçün metafor kimi istifadə olunur. Bir çox dini qruplar və bəzi dövlətlər mürtədləri cəzalandırır. Bu, müəyyən bir dini qrupun rəsmi siyasəti yaxud da sadəcə olaraq üzvlərinin könüllü hərəkəti də ola bilər. Bu cür cəzalara aforoz, şifahi təhqir, fiziki zorakılıq və ya hətta edam daxil ola bilər.
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
İriao
İriao (gürc. ირიაო) – David Malazonia tərəfindən idarə olunan bir gürcü caz və folk musiqi qrupu. Onlar 2014-cü ildə Malayziyada keçirilən Borneo Caz Festivalında çıxış etmişdirlər. İriao qrupu "For You" mahnısı ilə Gürcüstanı Portuqaliyanın Lissabon şəhərində keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi təmsil etmişdirlər. Qrup əsasən Gürcü folk musiqisi və caz musiqisini sintez etməsinə görə tanınır.
Cyperus iria
İria topalağı (lat. Cyperus iria) — topalaq cinsinə aid bitki növü.
İria topalağı
İria topalağı (lat. Cyperus iria) — topalaq cinsinə aid bitki növü.
İrtış
İrtış (rus. Иртыш, qaz. Ertis, q.türk Ertiş, çin. 额尔齐斯河 — É'ěrqísī hé)— Çində, Qazaxıstanda və Rusiyada çay, Ob çayının əsas sol qol. İrtış çayının uzunluğu 4248 km təşkil edir (uzunluğuna görə Ob çayından böyükdür). Ob çayı ilə birlikdə İrtış 1643 min km² hövzə genişliyi ilə Rusiyada birinci, Asiyada ikinci, dünyada isə altıncı ən geniş çaydır. == Coğrafiya == İrtış 4,248 metr (13,937 ft) uzunluq ilə dünyada ən uzun çay qoludur (ikinci yerdə Missuri çayı). Çin (525 kilometr), Qazaxıstan (1700 kilometr), Rusiya (2010 kilometr) ərazilərindən axır. İrtış çayı öz mənbəsini Monqolustan və Çinin sərhədində yerləşən Altay dağlarından götürür. Qara İrtış çayı Çindən Zaysan dərəsilə Qazaxıstana keçib, Zaysan axar gölünə tökülür.
İrtış QBK
"İrtış" (qazax dilində:Epтic) — Qazaxıstanın ən nüfuzlu qadın basketbol klubu. Klub 15 dəfə Qazaxıstan çempionu olmuş, 7 mövsümdə Rusiya basketbol çempionatında itirak etmişdir. Rusiya çempionatında ən yüksək nailiyyəti 2000/2001-ci il mövsümündə 6-cı yeri tutmasıdır. == Tarixi == "İrtış" qadın basketbol klubunun əsası 1984-cü ildə təşkil olunmuşdur. Komandanın uğurlu çıxışlarının başlanğıcı XX əsrin 90-cı illərində Pavlodar neft-kimya zavodu bu klubu öz himayəsinə götürməsindən sonra başlanmışdır. Qazaxıstan basketbol çempionatının 2013-2014-cü il mövsümündə "İrtış" komandası 15-ci dəfə ölkə çempionatının qalibi olmuşdur. Komanda eyni zamanda 15 dəfə Qazaxıstanın ən yaxşı milli komandası titulunu qazanmışdır.. Pavlodar basketbol komandası Qazaxıstan basketbol çempionatında iştirak etməklə yanaşı, Rusiya çempionatında da iştirak etmişdir. Rusiya Basketbol Federasiyasının razılığı ilə İrtış komandası 1998-1999-cu il mövsümündə Rusiya birinciliyinin yuxarı liqasında iştirak etmiş və ardıcıl olaraq 2 dəfə turnirin qalibi olmuşdur. 2000-ci ildə klub Rusiyanın super liqasında iştirak etmiş və elə birinci mövsümdə 18 komanda arasında 6-cı yeri tutmuşdur.
İrtış Pavlodar FK
İrtış Pavlodar FK – Qazaxıstanın futbol klubu.
İrtış çayı döyüşü
İrtış cayı döyüşü — 657-ci ildə Tang xanədanlığının generalı olan Su Dinkfankın rəhbərlik etdiyi ordu ilə Qərb Türklərinin xanı olan İl-Kullig İşbara xan arasında baş verən bir döyüşdür. == Tarixi == Döyüş Türk hücumlarından təngə gəlmiş və Çində yaşayan uyğurların dəstəyi ilə ərsəyə gələn Birləşmiş Çin ordusunun həyata keçirtdiyi yürüyüşün bir hissəsidir. Döyüş Altay dağları ətrafında yerləşən İrtış çayı hövzəsində baş vermişdir. İl-Kulliginin 100.000 nəfərlik ordusu, Su tərəfindən pusquya salınmış və beləliklə, Tang ordusunun qəfil hücumu nəticəsində döyüş Çinlilərin qalibiyyəti ilə bitmişdir. Döyüş zamanı Türk ordusunun çox hissəsi öldürülmüş, İl-Kulliga sadiq olan Türk boyları təslim olmuş və Daşkəndə doğru geri çəkilən İl-Kullıg səhəri gün ələ keçirilmişdir. İrtış çayı döyüşü, 657-ci ildə Tang Xanədanlığının generalı olan Su Dingfangın rəhbərlik etdiyi ordu ilə Qərb Türklərinin xanı olan İl-Kullig İşbara xan arasında baş verən bir döyüşdür.müharibə Türk hücumlarından təngə gəlmiş və Çində yaşayan uyğurların dəstəyi ilə ərsəyə gələn Birləşmiş Çin ordusunun həyata keçirtdiyi yürüyüşün bir hissəsidir. Müharibə Altay dağları ətrafında yerləşən İrtış çayı hövzəsində baş vermişdir. İl-Kulliginin 100.000 nəfərlik ordusu, Su tərəfindən pusquya salınmış və beləliklə, Tang ordusunun qəfil hücumu nəticəsində döyüş Çinlilərin qalibiyyəti ilə bitmişdir. Döyüş zamanı Türk ordusunun çox hissəsi öldürülmüş, İl-Kulliga sadiq olan Türk boyları təslim olmuş və Daşkəndə doğru geri çəkilən İl-Kullıg səhəri gün ələ keçirilmişdir.