Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstəmi xaqan
İstəmi xaqan (bilinmir və ya VI əsr – 576 və ya VI əsr, Göytürk xaqanlığı) — Aşina sülaləsindən de-fakto Göytürk xaqanı. == Həyatı == İstəmi yabqu, de-fakto müstəqil amma rəsmi olaraq xaqan olmayan yabqu idi. Bizans imperiyası və Sasanilərlə diplomatik əlaqələri gücləndirmişdir. Özü haqqında Bizans arxivlərində geniş məlumat tapmaq olar. Bizanslılar tərəfindən Stembis Dizaboulos olaraq bilinirdi. Bumın xaqanın qardaşı idi. Göytürk Xaqanlığının qısa zamanda güclənməsində böyük rol oynamışdır. Çinə səfərlər təşkil etmiş, Ağ Hunların əlindəki İpək Yolunu ələ keçərmək üçün Sasanilərlə müttəfiqlik etmişdir. Bu ittifaq nəticəsində Ağ Hunların dövləti son verilmişdir. Ancaq bir müddət sonra Sasanilərin İpək Yoluna göz dikməsinə reaksiya olaraq Bizansla ittifaq etmiş və Sasaniləri çətin vəziyyətdə qoymuşdur.
İstəkli (film, 1998)
Minyon (ing. The Minion) – 1998-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. == Məzmun == 1999-cu il Yeni il gecəsində Nyu-York metrosunda təqribən 800 il yaşı olan qılınclı İnsan skeleti və yanında sirli açar tapırlar. Karen adlı cavan arxeoloq qız Skeleti Tarix muzeyinə aparmamışdan əvvəl yoxlamaq istəyirdi. Metroda Skeletin tapılması haqqında məlumat Kilsəyə çatır. Bu səbəbdən onlar qorxmaz döyüşçü Lukası bura göndərirlər. Bu müddətdə iblisin istəklisi olan ölməz Lütsifer Nyu-Yorku Armageddona çevirəcək... == Xarici keçidlər == Minyon — Internet Movie Database saytında.
Sistemli analiz
Sistemli analiz — mürəkkəb problem situasiyalarında qərar qəbul etmək üçün xüsusi metodikadır. Sistemli analiz mütləq analizin tamlığına, qərar qəbul etmə modelinin formalaşdırılmasına və öyrənilən obyektin və ya prosesin adekvat araşdırılmasına əsaslanmalıdır. Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir. == Sistemli analizin tərifi == O zaman istifadə edilir ki, burada riyaziyyat ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Düşülmüş belə qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır. Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir. Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
Sistemli kataloq
Sistemli kataloq - biblioqrafik yazıların bilik sahələri üzrə sənədlərin müəyyən təsnifat sisteminə uyğun olaraq yerləşdiyi kitabxana kataloqudur. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi (ƏPG) sistemli kataloq yardımçı aparat–sistemli kataloqda əks edilmiş sənədlərin məzmununu açıqlayan predmet rubrikalarının əlifba siyahısı və müvafiq təsnifat indeksləridir. ƏPG-nin hər bir sözü ayrıca kartlara yazılır. Bu kartlar sistemli kataloqun məxsusi ayrılmış qutusunda əlifba sırası ilə düzülür. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi sistemli kataloq üçün bir növ “açar” rolunu oynayır. O, sizə lazım olan kitabı harada, hansı bölmədə və hansı indeks altında axtarmaq lazım olduğunu göstərir. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
Neoseiulella steeli
Neoseiulella steeli (lat. Neoseiulella steeli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulella cinsinə aid heyvan növü.