Sistemli analiz
Sistemli analiz — mürəkkəb problem situasiyalarında qərar qəbul etmək üçün xüsusi metodikadır. Sistemli analiz mütləq analizin tamlığına, qərar qəbul etmə modelinin formalaşdırılmasına və öyrənilən obyektin və ya prosesin adekvat araşdırılmasına əsaslanmalıdır.
Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir.
== Sistemli analizin tərifi ==
O zaman istifadə edilir ki, burada riyaziyyat ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Düşülmüş belə qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır.
Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir.
Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.