Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Listera
Listera (lat. Listera) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Listera fugongensis X.H.Jin == Həmçinin bax == Listera caurina Listera convallarioides Listera ovata == İstinadlar == Listera:The Plant List saytında takson barədə məlumat.
Stefan
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
İstehza
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Estela Navaskues
Estela Navaskues (3 fevral 1981) — İspaniyalı marafonçu. Estela Navaskues İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Estela Navaskues birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Estela Ximenez
Estela Ximenez (29 mart 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Estela Ximenez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
I Stefan
I Stefam (gürc. სტეფანოზ I, Step'anoz I; VI əsr – 627) — I Quaramın böyük oğlu idi. Atasının yerinə keçib Sasanilərin marağını müdafiə edən siyasətə yönəlmişdi. Bu bizanslıları əsəbləşdirmiş, I İrakli tərəfindən yandırılaraq edam edilmişdi. Tonq Yabqu xaqan tərəfindən yerinə qohumu I Adarnes təyin olunmuşdu.
Listera caurina
Listera caurina (lat. Listera caurina) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera convallarioides
Listera convallarioides (lat. Listera convallarioides) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera cordata
Listera cordata (lat. Listera cordata) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera ovata
Listera ovata (lat. Listera ovata) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Mahder Assefa
Mahder Assefa (d. 5 oktyabr 1987, Əddis-Əbəbə) — aktrisası.
Qloriya Estefan
Qloriya Estefan (isp. Gloria María Milagrosa Fajardo García de Estefan; 1 sentyabr 1957[…], Havana) — Kuba əsilli ABŞ müğənnisi, mahnı müəllifi və aktrisası. Karyerası ərzində 130 milyondan artıq mahnısı satılmış və 5 Qremmi mükafatına layiq görülmüşdür. Qloriya Havanada dünyaya gəlmiş, lakin Kuba inqilabından dərhal sonra, 16 aylığında ailəsi ilə Mayamiyə köçmüşdür. 1975-ci ildə "Miami Sound Machine" qrupunda solist kimi çıxış etməyə başlamış və 1976-cı ildə qrupun rəhbəri Emilio Estefanla ailə qurmuşdur. 1984-cü ildən ABŞ-də və Latın Amerikası ölkələrində solo konsertlərlə çıxış etməyə başlamışdır. 1980-ci illərdə onun mahnıları çartlarda yüksək yerlərə qalxmış, bir neçə mahnısı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur. 20 mart 1990-cı ildə, onun içində olduğu avtobusun yük maşını ilə toqquşması nəticəsində, Qloriyanın onurğa sütunu ciddi zədələnmiş və cərrahiyyə əməliyyatı keçirmişdir. 1991-ci ildə isə avtobioqrafik "Coming Out of the Dark" albomu ilə yenidən hit-paradların zirvəsinə qayıtmışdır. 1994-cü ildə Atlantada XXVI Yay Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış etmişdir.
Stefan (dəqiqləşdirmə)
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
Stefan Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Stefan Batori
Stefan Batori (mac. Báthory István, pol. Stefan Batory; 27 sentyabr 1533 – 12 dekabr 1586, Qrodno, Böyük Litva knyazlığı) — Reç Pospolita kralı (1576-1586-cı illərdə), Transilvaniya voevodası IV İştvanın oğlu. == Həyatı == Transilvaniyada şahzadə IV İştvan Batori və Macarıstan vəliəhdi Stefan Teleqdinin qızı Katerina Teleqdinin ailəsində anadan olub. Padua Universitetində oxuyub. 1571-ci ildə qısa bir vətəndaş müharibəsi nəticəsində Transilvaniya şahzadəsi oldu. 1574-cü ildə Valua kralı Henrinin qaçmasından sonra Polşa-Litva Birliyində kralsızlıq dövrü başladı. Pravoslav Qərbi Rus əyanları (aralarında Kşiştof Qrayevski də seçilirdi) Moskva krallığı ilə ittifaq bağlamaq və türklərə və Krım tatarlarına qarşı birgə mübarizə aparmaq üçün çar IV İvanı Polşa tacına namizədlər kimi irəli sürdü. Daha sonra namizəd olaraq, Osmanlı ilə mübarizə kursundan da sadiq qalan və Moskva tərəfindən dəstəklənən, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilian və Maksimiliyanın oğlu, Avstriya arxduke Ernst irəli sürülüb. Osmanlı sultanı II Səlim ağalara məktub göndərərək, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilyanı kral seçməməyi tələb etmiş və Osmanlı İmperiyasının vassalı Transilvaniya şahzadəsi Stefan Batory də iddiaçılardan biri kimi göstərilmişdir.
Stefan Brankoviç
Stefan Brankoviç (1417, təq. 1425 və ya təq. 1426, Belqrad, Serbiya despotluğu – 9 oktyabr 1476 və ya 1476, Udine) — Brankoviç ailəsinin Serbiya tarixindəki üçüncü hökmdarı. == Mənbə == Cawley, Charles (15 March 2012), Medieval Lands-A prosopography of medieval European noble and royal families Fine, John Van Antwerp Jr. (1994) [1987].
Stefan Czarniecki
Stefan Çarnetski (pol. Stefan Czarniecki; 1599[…] – 16 fevral 1665) — Polşa zadəganı, general və hərbi komandir. Çarnetski 1648-ci ildə Hmelnitski üsyanında Reç Pospolita tərəfində II. Jan Kazimierz Wazanın yanında tatarlar və kazaklarla mübarizə aparmışdı. 1664-cü ildə Kiyevə ataman təyin edilmişdir. 16 fevral 1665-ci ildə Sokołówkada ölən Stefan Çarnetski həmçinin Odla və qılınclada da təsvir edilmişdir. Çarnetski sülaləsindəndir.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. == Həyatı == Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədi ilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Kalaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. == Həyatı == Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədi ilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Lambez
Stefan Lambese (fr. Stéphane Lambese; 10 noyabr 1995[…], Nojan-sür-Marn) — Pari Sen-Jermen B klubunda müdafiəçi kimi çıxış edən Haiti futbolçusu. == Karyerası == Lambese öz karyerasına 2004-cü ildə Olimpik de Sevranda başlamışdır. 2009-ci ilin yay ayında isə Pari Sen-Jermen FK klubunun gənclərdən ibarət yığmasına qoşulmuşdur. 2012-ci ilin yayında PSJ-in ehtiyat komandasından gənclər yığmasına keçmişdir. Öz debütünü isə 20 aprel 2013-cü ildə Çampionat de Frans Amateur liqasında Nansi klubunun ikinci heyəti ilə qarşılaşmada etmişdir. == Milli karyerası == Lambese 2010-cu ildə Fransa U-16 yığmasında 4 oyunda iştirak etmiş və 1 qol vurmuşdur. 2014-cü ildən etibarən Haiti milli futbol komandasını təmsil edir və Haiti U-20 yığmasının bir üzvüdür. Lambese 7 mart 2014-cü ildə Kosovo milli futbol komandasına qarşı qeyri-rəsmi yoldaşlıq oyununda iştirak etmişdir.
Stefan Malarme
Stefan Malarme (fr. Stéphane Mallarmé; 18 mart 1842[…], Paris – 9 sentyabr 1898[…]) — Fransa yazıçısı və şairi.
Stefan Nemaniç
II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir – 24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanı və Nemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217—1228). O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və Macarıstan və Bizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi. Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.
Stefan Nemanya
I Stefan Nemanya (təq. 1113 və ya 1114 – 13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi. Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, Zahumye və Neretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi. Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə Studenitsa və Hilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi. 1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.
İstəhr
İstəhr (fars استخر‎), ilk adı Stəhr — İrandaƏhəmənilərin paytaxtı Persepolisdən Pasargada gedən yolun 5 kilometrində qədim şəhər. Fars ostanının Mərvdəşt şəhristanına daxildir. == Tarixi == İstəhr zərdüştiliyin mərkəzlərindən biri olub. Makedoniyalı İskəndər tərəfindən onun İrana yürüşü vaxtı yandırılıb. Xeyli sonra, Ərdəşirin dövründə Sasanilər dövlətinin paytaxtı olur, lakin sonra paytaxt Bişapura və Mədainə köçürülür. Ərəb istilaları vaxtı İstəhr ərəblərə ən inadlı müqavimət göstərən İran şəhərlərindən biri idi, və ancaq şiddətli mühasirədən və döyüşdən sonra yenildi. Şəhərin alınmasından sonra o öz əhəmiyətini itirir. Ticarətin mərkəzi isə Şiraza köçür. == Arxeoloji qazıntılar == Hal hazırda - İstəhr arxeoloji qazıntılar mərkəzidir. Yerin səthi o qədər də zəngin deyil.
İstəxr
İstəhr (fars استخر‎), ilk adı Stəhr — İrandaƏhəmənilərin paytaxtı Persepolisdən Pasargada gedən yolun 5 kilometrində qədim şəhər. Fars ostanının Mərvdəşt şəhristanına daxildir. == Tarixi == İstəhr zərdüştiliyin mərkəzlərindən biri olub. Makedoniyalı İskəndər tərəfindən onun İrana yürüşü vaxtı yandırılıb. Xeyli sonra, Ərdəşirin dövründə Sasanilər dövlətinin paytaxtı olur, lakin sonra paytaxt Bişapura və Mədainə köçürülür. Ərəb istilaları vaxtı İstəhr ərəblərə ən inadlı müqavimət göstərən İran şəhərlərindən biri idi, və ancaq şiddətli mühasirədən və döyüşdən sonra yenildi. Şəhərin alınmasından sonra o öz əhəmiyətini itirir. Ticarətin mərkəzi isə Şiraza köçür. == Arxeoloji qazıntılar == Hal hazırda - İstəhr arxeoloji qazıntılar mərkəzidir. Yerin səthi o qədər də zəngin deyil.
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.