İSTEHZA

is. [ ər. ]
1. Ələ salma, rişxənd etmə, masqaraya qoyma; masqara.
Tövsiyənin son cümləsində qürurdan çox incə bir istehza duyulurdu. M.Hüseyn.
Tahirzadənin üzündə istehzanı andıran bir təbəssüm oynadı. Mir Cəlal.
Qoca sanki öz acı istehzasından özü kövrələrək yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı.

□ İstehza etmək – ələ salmaq, masqara, rişxənd etmək.
Ona elə gəldi ki, məktəbə götürmək əvəzinə bu adamlar ona və onun anasına istehza edirlər. S.Rəhman.

İstehzaya qoymaq – bax istehza etmək.
Tahir … briqadanı bir həftədən çox işsiz gəzməyə məcbur eləyənləri istehzaya qoyurdu. M.Hüseyn.

İstehzaya salmaq – istehza üçün hədəf etmək.
Rzaqulu xan Böyükxanıma acıqlanıb deyirdi: – Məni bu firəng uşaqlarının istehzasına salma. M.S.Ordubadi.

2. “ilə” qoşması ilə – ələ salaraq, rişxəndlə, masqara ilə. İstehza ilə gülmək. İstehza ilə cavab vermək.
[Rəşid:] Mən istehza ilə danışmaq fikrində deyiləm. H.Nəzərli.
[Zabit] kibrit sönən kimi balıqçı paltarında olan adamları bir də istehza ilə süzərək əli ilə işarə etdi. Q.İlkin.
Sultan acığını güclə boğaraq istehza ilə qımışdı. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSTEHZA masqara — kinayə — lağ
  • İSTEHZA istehza bax masqara
İSTEHSALÇI
İSTEHZAEDİCİ
OBASTAN VİKİ
İstehza
İroniya (q.yun. εἰρωνεία "bəhanə") — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Kamallı-ağıllısan…" Burada müsbət fikirlər mənfi məna daşıyır.
İstehzalı proseslər nəzəriyyəsi
İstehzalı proseslər nəzəriyyəsi (ing. Ironic process theory) və ya ağ ayı effekti (ing. white bear effect) – düşüncə və istəyi azaltmaq cəhdi zamanı qadağa olunmuş düşüncənin daha güclə şüurumuza gəlməsi. Effekt müxtəlif psixoloji problemlərə şərait yaradır. İlk dəfə 1987-ci ildə Daniel Veqner tərəfindən verilmişdir. Veqnerə görə istehzalı effekt insanlar gərgin və sıxılmış vəziyyətdə olduqda özünü daha güclü göstərir. Harvard Universitetinin psixologiya üzrə professor Daniel Veqner tələbələri yığmış və onları 2 qrupa ayırmışdır. Düşüncə predmeti kimi o ağ ayını seçdi. I qrup tələbələrə ağ ayı haqqında düşünmək tələb olunan zaman II qrup tələbələrə bu haqqda düşünməmək tapşırığı verildi. Hər dəfə eksperiment iştirakçıları ağ ayı haqqda düşündüyü zaman zəngli düyməyə basmalı idilər.

Digər lüğətlərdə