Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir. Artıq nəzarət səthləri üzərində hakimiyyət zəiflədiyinə görə, saxlanma qabiliyyəti belə bir vəziyyətdə qəzaya səbəb ola bilər.
Küpəotu bitkisi
Nepentes küpəotu bitkisi daha maraqlı bitkilərdəndir. Bu bitkidə yarpağın yuxarı hissəsi qapaqlı küpəyə oxşayır və tutucu aparat funksiyasını daşıyır. Küpə ilə yarpaq ayasının arasında olan sapşəkilli daralmış hissənin köməyilə bitki özünü dayağa bərkidərək küpələri asır. Bu küpələr çiçəyə oxşayır. Küpənin kənarlarından və qapağindan damcı şəklində şirin maye ifraz olunur. Bu həşəratı cəlb etmək üçündür. Küpənin kənarları hamar və süruşkəndir. Həşərat küpənin kənarlarına qonan kimi sürüşüb küpənin içinə düşur və orada həzm olunur. Küpəli bitkilərə Asiyanin tropik meşələrində təsadüf olunur. Bunlar hündürlüyü 35 sm gövdəsinin diametri 8 mm olan bitkilərdir.
Çay bitkisi
Çay (lat. Camellia sinensis) — Çaykimilər fəsiləsinin kamelliya cinsinə aid növ. Bu bitkinin yarpaqları geniş istehlak olunan içkinin, çayın istehsalında istifadə olunur. Ağ çay, sarı çay, yaşıl çay, qara çay və s. kimi çay növlərinin hamısı eyni bitkinin bu gün yetişdirilən iki əsas çeşidindən: C. sinensis var. sinensis və C. s. var. assamica çeşidlərindən birindən əldə edilsə də, müxtəlif oksidləşmə səviyyələrinə çatmaq üçün fərqli şəkildə emal edilirlər. Qara çay bunların arasında ən çox oksidləşmə səviyyəsinə malik olan, yaşıl çay isə, ən az oksidləşmiş olandır. Kukicha adlı çay da C. sinensis məhsuludur, ancaq yarpaq yerinə budaqcıqlar istifadə olunur.
Bizon içkisi
Bizon içkisi — sərinləşdirici içki. Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır. == Haqqında == Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir. Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidrat və kofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.
Enerji içkisi
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir == Variantları == ==== "Enerji atəşi" ==== "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Sıt içkisi
Sıt (сыть, bəzən канун)-Bal qatılmış sudur. == Haqqında == Bişmiş balı ilə qarışdırılır. Bundan çox vaxt slavyan xalqlarının milli şirniyyatlarını hazırlayan zaman istifadə edirlər.Sıta batırılmış bulkuları kanun adlandırırdılar. == Ənənəsi == Qədim Rusiyada sıt çox məşhur içki idi, hansı ki, onu yeməkdən sonra qəbul edirdilər. Sıt sözündən tox oluncaya qədər yemək, və ya başqa cür toxuq artıq şirin sıtın vaxtıdır.Sıtın hazırlanmasının bir resepti kimi qaynayan suya balı qataraq,boçkanın içərisinə qoymaqdan ibarətdir. Balın suda həll olmasından sonra soyumasını gözləmək lazımdır.Bəzən onları hazırlayan zaman 30°C-yə qədər qaynadılmış su balın üzərinə düşür.Bəzən ocaqda hazırlanan sıta dada görə bir çox otlar əlavə edilirdi.
Tej içkisi
Tej-alkoqollu içkidir. == Haqqında == Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
İkimiz (albom)
İkimiz – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Hacı Nazim, Abbas Bağırov, Ceyhun İsmayılov, Emin Sabitoğlu, Nailə Mirməmmədli, Zeynəb Xanlarova, Sevda Məmmədli, Nizami Rəmzinin bəstələri daxildir.
David Attenboroug bitkisi
Nepenthes attenboroughii (lat. Nepenthes attenboroughii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinin nepentes cinsinə aid bitki növü. Yalnız Filippinin Palavan adasında, Viktoriya dağının zirvəsində bitən və 2007-ci ildə tapılan ətyeyən bitkiyə botanik və kinorejissor David Attenboroughun adı verilib. Bu bitki çanağına düşən kiçik gəmiriciləri (siçan və s.) və böcəkləri tutur, sorucu boruları vasitəsi ilə onları tədricən həzm edir. Botanik və kinorejissor David Attenborough 50 ildir ki, ət yeyən bitkilərlə bağlı sənədli filmlər hazırlayır.
Çəkisiz/çəkili indekslər
Bizon (enerji içkisi)
Bizon içkisi — sərinləşdirici içki. Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır. == Haqqında == Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir. Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidrat və kofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.
Eqq-noq içkisi
Eqq-noq (ing. eggnog, egg-nog)-Şirin içkidir. == Haqqında == Kənd yumurtasının süd ilə qarışığından alınır. ABŞ, Kanada, Cənubi,Mərkəzi Amerika və Avropa ölkələrində geniş yayılıb. Milli bayram içkisi sayılır. Eqq-noqun vətəni Şotlandiya<nowi4767y0ki/>dı. == Tərkibi == Eqq-noqun sadə tərkibi: yumurta şəkər tozu süd və ya qaymaq alkoqol (rom, visnki, brendi bu ancaq alkoqollu növünə əlavə edilir) ədviyyatlar (darçın, hind qozu və s)Rusiyada bu içkinin oxşarı qoqul-moqoldur. == Həmçinin bax == Qoqul-moqol Alkoqollu içkilər == İstinadlar == Andrew F. Smith, The Oxford Encyclopedia of Food and Drink in America, Oxford University Press, 2.
Hell (enerji içkisi)
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Qeyri-Münbit Torpaqlarda Pambıq Bitkisi (1972)
== Məzmun == Kinolentdə respublikamızın ərazisində mövcud olan qeyri-münbit torpaqlardan pambığın əkilib becərilməsi üçün istifadə olunması tədbirlərindən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Qeyri-münbit torpaqlarda pambıq bitkisi (film, 1972)
== Məzmun == Kinolentdə respublikamızın ərazisində mövcud olan qeyri-münbit torpaqlardan pambığın əkilib becərilməsi üçün istifadə olunması tədbirlərindən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.