MƏRYƏM
MƏRZİYƏ
OBASTAN VİKİ
Mərzə
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == İstifadəsi == Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Gül Mərzənik (Bükan)
Gül Mərzənik (fars. گل مرزنيك‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 434 nəfər yaşayır (79 ailə).
Mərzənabad
Mərzənabad — İranın Mazandaran ostanının Çalus şəhristanının Kelardəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,078 nəfər və 1,335 ailədən ibarət idi.
Mərzəndiyə
Mərzəndiyə – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Mərzəndiyə kəndi Sabir qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mərzəndiyə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == XIX əsr mənbələrində Bakı quberniyasının Şamaxı qəzasının Qobustan sahəsi Çuxanlı icmasına daxil olan Mərzəndigə kəndi (63 ailə, 427 nəfər) qeyd edilmişdir. Bu köçəri elatın uzun müddət cənubi-şərqi Şirvan düzündə İran adlı dağın ətəyindən qış otlağı kimi istifadə etməsi məlumdur. Mərəzəli elatından çıxması ehtimal olunan ailələr yerləşdiyi yerə uyğun adlanmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Pirsaat çayının sol tərəfində, Acıdərə yaylasında yerləşir. == Əhalisi == Kənd əhalisi 1093 nəfərdir ki, onun da 545 nəfəri kişi, 548 nəfəri isə qadınlar təşkil edir. === Şəhidləri === Əsgərov Fariz Telman oğlu Rəsulov Rüstəm Aprel oğlu == İqtisadiyyatı == Kənddə 169 təsərrüfat var.
Mərzəkit
Mərzqat, Mərzəğat və ya Mərzəkit — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 12–14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığında yerləşirdi. == Etimologiyası == Toponim fars dilində "tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd" mənasında işlənən "mərz" sözü ilə türk dilində "yaşayış məntəqəsi, ev, kənd, şəhər, qala" mənasında işlənən "kat" (qat) sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897-ci ildə 281 nəfər, 1904-cü ildə 766 nəfər, 1914-cü ildə 751 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1923–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı kəndin sakinləri Aldərə kəndinə köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Mərzəğat

Digər lüğətlərdə

голи́к куку́шкин мафио́зный наше́сть па́лубление пири́тный разре́вновствоваться скругля́ться трагифа́рс электрифици́роваться интервьюи́ровать bio-contamination blastogenic fixed satellite last trump Lieder orogenesis postdate stop on баритональный нашармачка растерянный уживаться умеряться частнокапиталистический