Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbadilik
İbadilik — Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar. == Tarixi == Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqh və təfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər.