Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arnold Böklin
Arnold Böklin (alm. Arnold Böcklin‎; 16 oktyabr 1827[…], Bazel[…] – 16 yanvar 1901[…], Fyezole, Toskana) – İsveçrə boyakarı. Düsseldorfda, Cenevrədə rəssamlıq akademiyalarında oxumuşdur. 1850–1857 illərdə İtaliyada işləmiş, neoidealizm istiqamətində əsərlər yaradan alman romalıları dərnəyinin üzvü olmuşdur. Tarixçi Burkhardtla dostluq etmişdir. Tarixi-mifoloji reminissensiyalar ilə zəngin peyzaj Böklin rəsmlərində daimi fon və çox vaxt yaradıcılığının əsas mövzusu olmuşdur . Böklin əsərlərində antik allahların obrazları əhəmiyyətli yer tutur.