Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cenerik
Cenerik (ing. generic drug ) tərkibində kimyəvi maddə olan dərman - dərmanı ilkin olaraq işləyib hazırlayan şirkət tərəfindən patentləşdirilmiş ilə eyni olan əczaçılıq inqridienti. Cenerik dərmanlar patentin müddəti bitdikdən sonra və müvafiq olaraq patent sahibinin inhisarında digər istehsalçılar tərəfindən beynəlxalq qeyri-patent adı altında və ya dərman preparatını tərtib edənin əmtəə nişanından fərqlənən ad altında istehsal edilir və satılır.Kimyəvi dərmanlardan fərqli olaraq, bioloji dərmanlar orijinal olanlarla tamamilə eyni deyil və biosimilar və ya bioanaloqlar adlanır. == Terminin istifadəsi == "Cenerik" sözünün transliterasiyası ing. generic, yəni “ümumi, daha ümumi” , bu sözün əks mənası specific isə “xüsusi, konkret” deməkdir. Deməli söhbət qeyri-spesifik, yəni ümumi kimyəvi adlardan gedir ki, bu dərmanların satıldığı firmaya xas olan orijinal ticarət adlarından fərqli olaraq dərman maddəsinin ilkin tərkibindən gedir. Misal üçün - məşhur spazmolitik dərmanın markası " No-Spa " (Spazmaya yox və ya Yox-Spazm), onun ümumi analoqu isə əsas aktiv maddə "drotaverin hidroxlorid"in kimyəvi adı altında istehsal olunması. == Ceneriklərin istehsal təcrübəsi == İnnovativ dərman üçün patent mühafizəsi hər hansı bir ölkənin patent qanunvericiliyindən asılı olaraq dəyişir.(məsələn, ABŞ-da 12 il , Rusiyada 25 ilə qədər ). Patentin və ya digər müstəsna hüquqların müddəti bitdikdə, dərman vasitəsinin satışına qoyulan qanuni məhdudiyyətlər qüvvədən düşür. Bu andan etibarən, dərman istehsal texnologiyasını mənimsəmək imkanı olan hər hansı bir firma (istehsal metodunun patent şəffahlığını qorumaq şərti ilə) preparatı bazara çıxarmaq imkanı əldə edir.
Endrik
Endrik (21 iyul 2006) — Braziliya klubu olan Palmeyrasın Braziliyalı futbolçusu.
Ceserik Pinto
Ceserik Pinto (d. 21 mart 1990) — Venesuelalı üzgüçü. Ceserik Pinto Venesuelanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ceserik Pinto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.50 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Genetik alqoritmlər
Genetik Alqoritmlər — kompüter elmlərinin təbiət elmlərindən öyrəndiyi və öz problemlərini həll etmək üçün istifadə etdiyi üsuld. Genetik alqoritmlərin fundamental qanunları ilk dəfə Miçiqan Universitetində John Holland tərəfindən ortaya atılmışdır. Genetik alqoritmlər aşağıdakı kompanentlərdən ibarətdir: Baxılan problemin həlli. Xromosomların ilkin populyasiyası Əvvəlki populyasiyalardan istifadə etməklə yeni həll yollarının generasiyası üçün operatorların toplanması Həllin uyğunluğunu yoxlayan (fitness) hədəf funksiyası. Bu alqoritmdə genetikada istifadə edilən 3 əsas əməliyyat istifadə olunur. Çarpazlama (Crossover) Mutasiya (Genetik alqoritm) (Mutation) Uğurlu gen seçimi (Selection)Yuxarıdakı ilk iki əməliyyat əslində bir genin dəyişməsində rol oynayan iki təməl əməliyyatdır. Bu iki təməl əməliyyatla (çarprazlama və mutasiya) dəyişən genlər arasından seçim edilməsi (selection) isə genetik alqoritmlərdə istifadə edilən və müvəffəqiyyət əldə etməyi təmin edən üsuldur. Seçmə əməliyyatı üçün turnir seçkisi (tournament selection) və ya təsadüfi dəyəri ehtiva edən rulet seçkisi (roulette wheel selection) üsulları istifadə edilə bilər.
Genetik epidemiologiya
Genetik epidemiologiya — Genetik epidemiologiya, ailələrdə və populyasiyalarda sağlamlıq və xəstəliyin təyin edilməsində genetik faktorların rolunu və bu kimi genetik faktorların ətraf mühit faktorları ilə qarşılıqlı əlaqəsini öyrənir. Genetik epidemiologiya genetikanın böyük qruplarda necə işlədiyinə dair statistik və kəmiyyət təhlili aparmağa çalışır. == Tərif == Genetik epidemiologiya termininin istifadəsi 1980 -ci illərin ortalarında yeni bir elmi sahə olaraq ortaya çıxdı. Rəsmi dildə desək, genetik epidemiologiya, sahənin qabaqcıllarından olan Nevton Morton tərəfindən qohum qruplarında xəstəliyin etiologiyasi, yayılması və idarə edilməsi və populyasiyalarda xəstəliyin irsi səbəbləri ilə məşğul olan bir elm olaraq təyin edilmişdir. Həm molekulyar epidemiologiya, həm də statistik genetika ilə yaxından əlaqəlidir, lakin bu üst -üstə düşən sahələrin hər birinin fərqli vurğuları, cəmiyyətləri və jurnalları var . Sahənin bir tərifi, genetik epidemiologiyanı hər hansı bir genetik əsası anlamaq üçün xüsusiyyətlərin ailəvi paylanmasının təhlili ilə məşğul olan elmi bir intizam olaraq təyin edən davranış genetikası ilə yaxından əlaqədardır. Genetik və ətraf mühit faktorları və insanlarda müxtəlif xəstəliklər və xüsusiyyətlər meydana gətirmək üçün necə qarşılıqlı əlaqədə olduqları tərif qəbul edir: "Genetik epidemiologiya, qohum qruplarında xəstəliyin və populyasiyalarda xəstəliyin irsi səbəblərinin etiologiyası, yayılması və nəzarətinin öyrənilməsidir." == Tarix == Eramızdan əvvəl IV əsrdə Hippokrat "Havalarda, Sularda və Yerlərdə" adlı yazısında davranış və ətraf mühit kimi faktorların xəstəliklərdə rol oynaya biləcəyini irəli sürmüşdü. Epidemiologiya, 1662 -ci ildə ölüm nisbətlərində rol oynadığını düşündüyü müxtəlif faktorları cədvəlləşdirərək statistik bir yanaşma istifadə edərək Londonda ölümü ölçməyə çalışan John Qrauntun işi ilə daha sistemli bir mərhələyə qədəm qoydu . John Snov epidemiologiyanın atası hesab olunur və xəstəliyin səbəbini, xüsusən də 1854 -cü ildə Londonda vəba epidemiyalarını aşkar etmək və hədəf almaq üçün statistikadan istifadə edən ilk adamdır. Xolera hadisələrini araşdırdı və çirklənmiş su quyuları olduğu vəba xəstəliyinin ən çox ehtimal olunan səbəbini müəyyən edən bir xəritəyə qoydu .
Genetik kod
Genetik kod DNT və ya RNT molekullarındaki informasiyanın yəni triplet ardıcıllığının amin turşu ardıcıllılğına yəni zülal istehsalına keçirilməsi proseslərində istifadə olunan qaydalar məcmusudur. Genetik kodun vacib xüsusiyyətlərindən biri onun kolinearlığıdır, yəni nuklein turşuları kodlarının ardıcılıqları ilə polipeptid zəncirində aminturşularının ardıcıllıqlarının müvafiq olması. DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Lakin bu zəncirin həlqələri eyni deyil – 4 cürdür. Daha doğrusu bu polimer 4 cür nukleotidin birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir. Zülal molekulları DNT-dən RNT vasitəsilə göndərilən informasiya əsasında qurulur.
Genetik mühəndisliyi
Genetik mühəndisliyi — genetik maddənin qurulşunda və funksiyasında, həmçinin onların əldə edilməsində və hüceyrələrə, yaxud nuklein turşuları molekullarına köçürülmə üsullarını bilməklə onların üzərində müxtəlif manipulyasiyalar aparmaq. Genetik mühəndisliyinin əsasında ayrı ayrı nukleotid ardıcıllıqlarına parçaladıqdan sonra DNT-nin bakteriya plazmidləri və faqların genomu vasitəsilə prokariot və eukariot hüceyrələrə köçürülməsi durur. Nəticədə əmələ gəlmiş belə hüceyrələr – hibridlər yad gen fraqmentlərinə malik olmaqla köçürülmüş genin ekspressiyasını təmin edir. Gen mühəndisliyi son məqsədlərindən biri müəyyən genin kodlaşdırıldığı məhsulun və ya əlameətin resipient orqanizmdə təmin edilməsindən ibarətdir.Bunun üçün əvvəlcə həmin məhsulu, yaxud əlaməti kodlaşdıran gen seçilir. Göstərilən DNT molekuluna müəyyen orqanizmdən almaq, yaxud onu kimyəvi və ya fermentativ yolla sintez etmək mümkündür. Son dövrdə genetikanın uğurlariından biri də genetik klonun, yəni genetic surətlərin yaradılmasıdır. Genetik klon ilk dəfə keçen əsrin sonlarında Şotland alimləri Yan Velhmut və Ken Kembpell tərəfindən yaradılmısdır. Onlar yetkin qoyunun somatik huceyrəsinin nüvəsini digər qoyun nüvəsiz yumurtahüceyrəsinə köçürməklə somaktik hüceyrə nüvəsinə malik ziqota əldə etmişlər. Bu yolla alınmış ziqotanın üçüncü qoyunun balalığında inkişafını təmin etməklə onlar ilk dəfə olaraq onunla tam indentik genotipə malik olan Dolli adlı qoyun bütün dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Tezlikle genetik klonların yaradılması üçün çoxsaylı tədqiqatlar, muüxtəlif heyvanların, hətta insanın genetik klonlarının yaradılması qadağan edən qərarların qəbul edilməsi tələbləri səslənməyə başlandı.
Genetik psixologiya
Genetik psixologiya — Psixologiyanın xüsusi sahələrindən biri. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir. == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Genetik silahlar
== Genetik silahlar == Genetikanın nailiyyətlərinin hərb sferasına tətbiqindən ibarət vasitələr toplumudur. Son dövrlərə qədər bu sahədə ən perspektivli xətt kimi genetik seleksiya prinsipi aktual idi. İnsanın genetik kodunun (genomun) deşifrəsi, insan embrionlarının klonlaşdırılmasının, canlıların transgen dublikatının yaradıla bilməsinin mümkünlüyü və s. kimi kəşflərlə bu sahədəki bütün digər axtarışlar da, arxa plana keçdi və dərhal da kəşfin hərb sferasında tətbiq yerləri araşdırılmağa başlandı. Ümumi olaraq, bu kəşfin hal-hazırda hərbi sahələrdə tətbiqinin, əsasən aşağıdakı istiqamətləri xüsusi diqqət mərkəzindədir: Rəqib əhali və əsgərlərinin beyninə yad lozunqları, baxışları, ideologiyaları onların genetik kodunun transformasiyası vasitəsilə yeritmək; Fiziki güc, dözümlülük, regenerasiya və çeviklik parametrlərinə görə adi insanı qat-qat üstələyən süni insanlar (biorobotlar, androidlər, kiberlər, transgen mutantlar və s.) və ya digər tip canlılar yaradıb orduları onlardan təşkil etmək, yaxud hansısa formadasa hərbi məqsədlər üçün onlardan istifadə etmək; Təhlükəli profillər (məs., yanğınsöndürmə, minaaxtarma, kamikadzelik və s.) üzrə istifadə etmək üçün infantil (dərrakəsiz) mutantlar (zombilər, manqurtlar...) yetişdirmək; Beyninin adi insanlar üçün passiv olan qatları oyandırılmış bu cür mutantlar yaratmaqla, bir sıra sub- və ekstra- sensor effektlər əldə etmək, o cümlədən: telepatiya, telekinez, teleportasiya və s. kimi qabiliyyətlər. Bunlardansa, müvafiq əməliyyatların (məs., kəşfiyyatın və ya təxribatın) effektini artırmaq məqsədilə istifadə etmək və analoji funksiyaya xidmət edən bir sıra bahalı cihazlara (məs., radarlara, gizli qulaqasma qurğularına...) və ya əməliyyatlara qənaət etmək; Xüsusi profillər üzrə istifadə etmək üçün intellektlərinin fərqli sferası hiperinkişaf etdirilmiş mutantlar yetişdirmək; 4 və 5-ci bəndlərdə izah edilən tipli hiperhissiyyatlı və (ya) hiperintellektli mutantları fərqli formada komplektləşdirərək, fərqli proqram rejimində düşünə bilən «biokompüterlər» şəbəkəsi yaratmaq ki, kompüterlərin belə həll edə bilmədiyi bir sıra problemləri onların qrup təfəkkürü vasitəsilə həll edə bilmək; Liderləri təhlükəli məqamda onların dublikatları arasında it-bata salmaq; Rəqib liderlərinin dublikatı vasitəsilə rəqib cəbhəsinə yalançı əmrlər, göstərişlər vermək; Rəqib cəbhəsində onların liderinin və ya adi adamların dublikatlarını yaymaqla, onların hamısını çaşbaş salmağa, hamının bir-birindən şübhələnməsinə, son olaraq rəqib cəbhəsinin dezoriyentasiya olunaraq, iflic vəziyyətinə düşməsinə nail olmaq; və s.
Genetik xəstəliklər
Genetik xəstəliklər— genetikanın öyrənilməsi, ilk növbədə, tibbi biliklərin inkişafı üçün lazımdır. Genetik pozuntulara görə 15% uşaq hələ doğulmamış, 3% uşaq doğuş zamanı, 3% uşaq böyük yaşa çatmamış tələf olur, 20% insan nikaha daxil olmur və 10% ailə uşaqsız qalırİnsan orqanizmində xromosomlar və onların genlərində baş verən dəyişiklikləri xəstəliklərin yaranmasına səbəb olur.Genetik qüsurların səbəb olduğu minlərlə xəstəliklər mövcuddur. Lakin onların hamısı hələ də tam öyrənilməmişdir Belə xəstəliklərə həm xromosomlarda, həm də genlərdə baş verən dəyişikliklər nəticəsində yaranan mutasiyalar səbəb ola bilər. Bu mutasiyalar həm autosom, həm də cinsi xromosomlarda baş verə bilir. Əlamətin dominantlığı və resessivliyinin, həmçinin onun autosom və ya cinsiyyət xromosomu ilə ilişikliyinin Xromosom və ya genom mutasiyaları Hormon və fermentlərin sintezinin çatışmazlığı ilə bağlı gen mutasiyalarının Ətraf mühit şəraitindən asılı olaraq genotipin yaranmasının == Genom mutasiyalar == Bu səbəbdən belə xəstəliklərin irsiyyətin autosom-dominant tipli, məsələn, Marfan sindromu, polidaktiliya və autosom-resessiv tipli, məsələn, albinizm, fenilketonuriya kimi növləri mövcuddur. Cinsiyyətlə ilişikli idarə olunan insan xəstəlikləri haqqında əvvəlki mövzuda artıq danışılmışdır. Xromosom mutasiyaları xromosomun strukturunda baş verən dəyişikliklərlə bağlı ola bilər. Məsələn, beşinci xromosomun hissəsinin itkisi zamanı insanda Lejen sindromu və ya “pişik çığırtısı”, xromosomun hissəsinin köçürülməsi və ya xromosomun sahəsinin 180 dərəcə çevrilməsi zamanı leykozun müəyyən formaları özünü göstərir. Genom mutasiyalarının kariotipdə xromosomların sayının dəyişməsi ilə bağlılığı məlumdur. Bilirsiniz ki, Daun sindromu 21-ci cüt xromosomun, Patau sindromu 13-cü cüt xromosomun, Edvards sindromu isə 18-ci cüt xromosomun artıqlığı ilə bağlıdır.
Hendrik Adamson
Hendrik Adamson- (6 oktyabr 1891- 7 mart 1946) Estoniya şairi və pedaqoqudur. == Bioqrafiya == Hendrik Adamson 6 oktyabr 1891-ci ildə Metsakuru kəndində, Patsidə, dərzi ailəsində anadan olmuşdur. Həmin ərazi Karstna regionun (hal-hazırda Veisjarve kəndi və Tarvastu) Vilyandimaa vilayətində yerləşir. 1911-ci ildən Vötikvere Torma məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1919-cu ildən 1927-ci ilə qədər Estoniyanın Karstna kəndinin ibtidai məktəbinin müdiri olmuşdur. Nəticədə, Hendrik Adamson peşəkar yazıçı oldu. Estoniya Yazıçılar Birliyinin üzvü seçildi. Hendrik Adamson bir müddət Valqamaal Lovel (1940) və Karstnasda (1944) müəllim kimi fəaliyyət göstərmişdir. Adamson 1929-cu ilin sonunda esperanto dilini öyrəndi. 1930-cu ildə isə bu dildə orijinal şeirlər yazmağa başladı.
Hendrik Averkamp
Hendrik Averkamp (27 yanvar 1585, Amsterdam, Hollandiya qraflığı – 15 may 1634) — əsasən yağlıboya qış mənzərəsi rəsm əsərləri və suluboya eskizləri ilə tanınmış holland rəssamı. == Həyatı == Hendrik Averkamp 27 yanvar 1585-ci ildə Amsterdamda, Nieuwe Kerkə (Yeni kilsə) yaxın yerdə anadan oldu, amma Oude Kerkdə (Qədim kilsə) xaş suyuna salındı. Ailəsi növbəti il Kampen şəhərinə yerləşdi. Atası bu şəhərdə əczaçı idi. Ana tərəfi elm adamları idi. Qardaşlarından biri həkim, biri isə həkim oldu. Avekamp lal idi və buna görə onu "Kampen lalı" adlandırırdılar. Averkamp Amsterdamda çox əhatəli "manerist" stildə tarixi hadisələrin rəsmlərini, portretlərini və eskizləri hazırlayan danimarka əsilli rəssam Pieter İsaksın (1569–1625) yanında işlədi, amm onun stilini əsərlərinə tədbiq etmədi. Holland rəsssam David Vinkbunsun (1576–1632) da yanında işləmişdir. XVII əsrlərdə portret çəkmələ məşhurlaşan holland rəssamların ilklərindən biri Hendrik Averkamp idi.
Hendrik Lorens
Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, 18 iyul 1853[…] – 4 fevral 1928[…], Harlem[d]) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. == Fəaliyyəti == 1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir. Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Salvia veneris
Salvia veneris (lat. Salvia veneris) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Genetik geokimya
Genetik geokimya – geokimya elminin inkişafda olan sahəsidir. Yer qabığında mənşəyindən asılı olaraq yayılan kimyəvi elementlərin təbii proseslərdəki geokimyəvi xüsusiyyətlərini öyrənir. Mənşəyinə görə kimyəvi elementlər bir neçə qrupa bölünür: filizəmələgətirən – Pb və Co; fasial – Sr və B; formasion – S və Ni; litogen – K; tektono-maqmatik (tektonik – Mn, maqmatik – Pb); çökmə (autigen – Sr, allotigen – Ba); metamorfogen – P və Li elementlərinin tipomorfluğu ilə səciyyələnən genetik qruplar vardır. Daş kömür, yanar şist yataqlarında – N və P, nadir metal yataqlarında – K və Be, polimetal yataqlarında – Br və Pb, dəmir qrupu elementləri və boksit yataqlarında – Mn və V, duz yataqlarında – Mg və K, uran və manqan yataqlarında – Sr və S, qiymətli daş yataqlarında – Li və Be elementləri indikator kimi iştirak edirlər. Ag mikroelementinin tipomorfluğu səciyyəvidir.
Anna Kendrik
Anna Kuk Kendrik (ing. Anna Cooke Kendrick; 9 avqust 1985, Portlend[d], Men ştatı) — ABŞ aktrisası. 1998-ci ildə rol aldığı "Ali cəmiyyət" Brodvey müzikalına görə "Toni" mükafatına namizəd olub. Komediya filmi "Düşərgə" və "Alatoran" film seriyası ilə tanınmağa başlayıb. "Up in the Air" və "Pitch Perfect" filmlərindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
Emerik Kpeqba
Emerik Kpeqba (29 may 1999) — Toqolu üzgüçü. Emerik Kpeqba Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Emerik Kpeqba birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.67 saniyəlik nəticəsi ilə 80-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Henrik Artstovski
Henrik Artstovski (pol. Henryk Arctowski; 15 iyul 1871, Varşava – 21 fevral 1958, Betesda), ilk adı Henrik Arts olmuşdur — Polşa alimi və qütb ekspedisiyaçısı. İlk Antarktika qışlamasında iştirak etmişdir və dünyaca məşhur meteoroloq olaraq şöhrət qazanmışdır. Bir sıra coğrafi obyektlər, Polşa Antarktika Stansiyası və ABŞ Milli Elmlər Akademiyasının medalı onun şərəfinə adlandırılıb. == Həyatı == 15 iyul 1871-ci ildə Varşavada Vürttemberq kökləri olan bir ailədə anadan olmuşdur. 1888-ci ildə təhsilini Lyej Universitetində başladı, burada riyaziyyat, fizika və astronomiya üzrə təhsil alırdı, daha sonra isə Sarbonnada kimya və geologiya sahələri üzrə oxumuşdur. 1893-cü ildə təhsilini başa vurduqdan sonra Lyejə qayıdır və burada professor Şprinqə məxsus kimyəvi laboratoriyada işləməyə başlayır. 1893-cü ildə Belçika hökumətindən soyadının "Artstovski" olaraq dəyişdirilməsini istədi. 1895-ci ildə Belçika Antarktika ekspedisiyasına qatıldı, hansı ki məcburən olsa da ilk dəfə Cənub Qütb dairəsindən kənarda qışlamalı olur. Sonradan məşhurlaşan Roald Amundsen, Frederik Kuk və Emil Rakovitsa kimi tədqiqatçılar onun ekspedisiya yoldaşları olmuşdular.
Henrik Dam
Henrik Dam (ing. Karl Peter Henrik Dam;21 fevral 1895[…], Kopenhagen – 17 aprel 1976[…], Kopenhagen, Danimarka) — Danimarka boikimyaçısı, Nobel mükafatı laueratı. == Həyatı == Karl Peter Henrik Dam 21 fevral 1895-ci ildə Kopenhagendə anadan olmuşdur. === Vəfatı === 24 aprel 1976-cı ildə Kopenhagendə vəfat edib.
Henrik Kristoffersen
Henrik Kristoffersen (2 iyul 1994) — Norveçli dağ-xizək idmançısı. O, dağ-xizək idmanı üzrə Dünya Kubokunda iştirak etmiş, Olimpiya Oyunlarının mükafatçısı olmuşdur.Kristoffersen Norveçin Okershus dairəsinin Lorenskoq bələdiyyəsində anadan olmuşdur. Kristoffersen slalom və böyük slalom yarışları üzrə ixtisaslaşmışdır. O, Dünya Kubokunda peşəkar debütünü 2012-ci ilin mart ayında Sloveniyanın Kranyska Qora şəhərində etmişdir. İlk dəfə podiuma isə 2013-cü ilin noyabr ayında çıxmışdır. Finlandiyanın Levi şəhərində keçirilən yarışda o, 3-cü yeri tutmuşdur. 2014-cü ildə Soçidə keçirilən 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. Kristoffersen Rosa Xutorda keçirilən yarışda slalom üzrə bürünc medal qazanmışdır. 19 yaşında medal əldə edərək Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə ən gənc medal qazanan idmançı kimi tarixə düşmüşdür.Kristoffersen ilk dəfə eyni mövsümdə Adelboden, Vengen və Kitzbüheldə keçirilən üç klassik slalom yarışlarında qələbə qazanmışdır; 2016-cı ilin yanvar ayında 21 yaşında bu uğura nail olmuşdur. Bu yürüşlərindən sonra o, Dünya Kubokunun slalom müsabiqələri tarixində ən titullu Norveçli idmançı olub.
Henrik Larsson
Henrik Larsson (20 sentyabr 1971) ― İsveç futbolçusu == Karyerası == === Futbolçu karyerası === Karyerası boyu vətənində "Hyoqabor" klubunda da oynayan Henrik ölkədən kənarda Hollandiyada "Feyenoord", Şotlandiyada "Seltik", İspaniyada "Barselona", İngiltərədə "Mançester Yunayted"də forma geyinib. Karyerası boyu həm çoxsaylı mükafatlar, ölkə çempionluğu, kuboku qazanan Larsson "Qızıl buts"un sahibi, Çempionlar Liqasının qalibi olub. Hətta vətənində bütün dövrlərin ən yaxşı futbolçusu seçilib. Qeyd edək ki, milli komandasının heyətində dünya çempionatının bürünc medalını qazanan, keçirdiyi 106 oyunda 37 qol vuran Larsson Azərbaycan milli futbol komandasının da qapısına yol tapıb. Karyerasını 2009-cu ildə bitirib. Yaşıl meydanda çıxışını 38 yaşında başa vuran hücumçu son oyununu ölkə çempionatında "Helsinqborq"un heyətində "Yurqorden"lə qarşı görüşdə keçirib. O, futboldan komandasında bu ilin yaxşı oyunçusu seçilməsi ilə bağlı aldığı mükafatla yola salınıb. === Məşqçilik karyerası === Larsson İsveç çempionatının ikinci divizionunda çıxış edən "Landskrona Boys" komandası ilə 1 illik məşqçilik müqaviləsi bağlayıb.
Henrik Petersson
Henrik Petersson (6 aprel 1973, Uppsala) — riyaziyyatçı, riyaziyyat müəllimi və İsveç yazıçısı. Petersson Çalmers Texnologiya Universiteti dosentdir və Göteborqdakı Hvitfeldtska Liseyində riyaziyyat dosenti olaraq çalışır. Petersson Hvitfeldtska Liseyində qabaqcıl riyaziyyat üçün riyaziyyat problemi kurslarını və təbiət elmləri sahəsi üçün klassik riyaziyyat kurslarını tədris edir. Hvitfeldtskada tədrisi ilə yanaşı riyaziyyatla maraqlanan lisey tələbələri üçün online platforma da idarə edir. Sayt Solstickan Vəqfi vasitəsi ilə maliyyələşdirilib. == Həyatı == Henrik Petersson 6 aprel 1973-cü ildə İsveçin Uppsala şəhərində anadan olub. 2001-ci ildə riyaziyyat üzrə elmilər doktoru olmuşdur. 2010-cu ildə xüsusi lisey muəllimi kimliyini almışdır.2005–2008 illəri arasında riyaziyyat sahəsinda 12 ədəd müxtəlif elmi tədqiqatlar və məqalələr dərc etmişdir. Tədqiqatı funksiyaların nəzəri tətbiqi ilə xətti dinamika və operativ nəzəriyyəyə yönəldilmişdir.Petersson, ən çox 2013-cü ildə nəşr olunan Problemlösningens grunder adlı kitabı və Hvitfeldtska Liseyindəki riyaziyyat tədrisinə görə tanınmışdır.2019-cu ildə Petersson, Avancera I və Avancera II adlı iki kitab nəşr edəcək. == Müəllim olaraq nailiyyətləri == Hvitfeldtska'daki müəllimliyi sayəsində, çox sayda tələbəsi bir çox ölkədaxili və beynəlxalq riyaziyyat olimpiadalarında iştirak edib.
Henrik Pontoppidan
Henrik Pontoppidan (dan. Henrik Pontoppidan; 24 iyul 1857[…] – 21 avqust 1943[…]) — danimarkalı yazıçı, romançı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917). == Həyatı == Danimarka romançısı Henrik Pontoppidan Yutland yarımadasında, 16 uşaqlı keşiş ailəsinin dördüncü övladı kimi dünyaya gəlmişdi. Atası din adamı olsa da, mütərəqqi baxışları və açıqfikirliliyi ilə tanınırdı. O, lüteran ideyalarını Danimarka milliyyətçiliyi ilə birləşdirmək xəyalında idi. Henrix atasının fikirlərinə hörmətlə yanaşırdı, lakin oxumuş, ziyalı qadın olan anası ilə daha çox ünsiyyət saxlayırdı. Lüteran kilsəsi geniş imkanlara malik olduğundan Pontoppidan ailəsi ehtiyacdan uzaq idi. Buna baxmayaraq Henrik gələcəyini kilsə ilə bağlamaq niyyətində deyildi. Cəmiyyətə fayda gətirmək üçün texniki ziyalı olmağı sərfəli saydığından təhsilini politexnik institutunda davam etdirmək qərarına gəlmişdi. Paytaxta gəldikdən sonra Henrik əyalət mühiti ilə əlaqələrini kəsdi.
Henrik Senkeviç
Henrik Adam Aleksandr Piy Senkeviç (pol. Henryk Sienkiewicz, tam adı pol. Henryk Adam Aleksander Pius Sienkiewicz; 5 may 1846[…] – 15 noyabr 1916[…]) — Polşa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1905). == Həyatı == Polyak yazıçısı Henrix Adam Aleksandr Piy Senkeviç Podlesyedə, Vola-Okeysk adlı kiçik şəhərdə doğulmuşdu. Atası Yozef Senkeviç knyaz Vitovtun zamanında Böyük Litva knyazlığına köçürülən tatar nəsillərindən idi. Bu ailə yalnız XVIII əsrdə xristianlığı qəbul etmişdi. 1775-ci ildə Senkeviçlər şlyaxtiç–Polşa zadəganları silkinə daxil olunmuşdu. Gələcək yazıçının anası Stefaniya Çetsişovska isə belorus şlyaxtiçləri ailəsindən çıxan əsil-nəcabətli və yaxşı təhsil almış qadın idi. Uşaqlar məktəb yaşına çatdıqda Varşavaya köçmək qərara alındı. Burada Henrix təhsilini gimnaziyada davam etdirirdi.
Bənəcik
Bənəcik — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2010-cu il tarixli, 1086-IIIQ saylı Qərarı ilə Ağsu rayonunun Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsi tərkibindəki Nəmirli kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi bu inzibati ərazi dairəsinin tərkibində qalmaqla Binəcik kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bənəcik oykonimi iki hissədən ibarətdir. Birinci komponent "bənə" olub, elat məskəni mənasında işlədilən "binə" sözünün dəyişilmiş formasıdır, -cik isə kiçiklik bildirən leksik şəkilçidir. Bənəcik/Binəcik, kiçik binə, məskən deməkdir.
Gənəşik
Gənəşik — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Cek fənəri
Cek fənəri (ing. Jack-o'-lantern) — Hellouin bayramının əsas simvolu sayılır. Cek fənəri — içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. == Tarixi == Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.
Cib fənəri
Cib fənəri- əllə saxlanılan portativ elektrik işıq mənbəyidir.Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır.Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.