Cəfərqulu Xan Naxçıvanski
Cəfərqulu xan Naxçıvanski (5 fevral 1859, Naxçıvan – ən tezi 1929, Naxçıvan) — görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası.
== Fəaliyyəti ==
II Kalbalı xanın digər oğlu Cəfərqulu xan Naxçıvanski 1860-cı il fevralın
17-də Naxçıvanda anadan olmuşdur. İlk təhsilini çarın Paj korpusunda
almışdır. Hərbi xidməti dövründə 1877-ci il iyunun 10-dan ulan alayının
leyb-qvardiyasında kornet, sonra isə 15-ci Tver alayında poruçik rütbəsində
qulluq etmişdir. O, Mərkəzi Asiya, Ərzurum və Ahaltəkədə hərbi əməliyyatlarda
yaxından iştirak etdiyinə görə 1881-ci ildə ştabs-kapitan rütbəsi almışdır.
Hərbi xidmətlərinə görə III dərəcəli "Müqəddəs Stanislav", IV dərə-
cəli "Müqəddəs Vladimir", III dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Mü-
qəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir
Cəfərqulu Xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur.
Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Osmanlı qoşunlarının getməsindən sonra ermənilərin bölgə üçün təhlükə yaratmasından və mahalın Azərbaycan Xalq Cümhuriyyətindən aralı düşməsindən ciddi narahatlıq, diyarın ana torpaqla – Azərbaycanla birləşə bilməsi üçün şəraitin təmin olunması istəyi ifadə olunmuşdur.