Cəfəri-Sadiq
Cəfər Sadiq (ərəb. أَبُوعَبْدِاللَّهِ جَعْفَرُ بْنُ مُحَمَّدٍ الصَّادِقُ; 20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı.
Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır.
== Həyatı ==
Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı.
== İmamın Elmi Mübahisələri ==
Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən:
"Bir zındıq İmam Sadiqin yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?"
İmam Sadiq buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..."
Digər bir hədisdə:
Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?"
İmam Sadiq buyurdu: Xeyr.
Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə səcdə etməyi əmr etdi?"
İmam Sadiq buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi".