Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Külvari evkalipt
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Külvari söyüd
== Sinonimləri == Capraea cinerea Opiz Salix aurita var. cinerea (L.) Fiori Salix australis Schleich. ex J.Forbes Salix carinthiaca Host Salix deserticola Goerz ex Pavl. Salix discolor Host Salix geminata J. Forbes Salix incanescens Schleich. ex J.Forbes Salix polymorpha Host == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır.
Küpara mahalı
Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi. Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu. == Mahalın tarixindən == Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb. Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Quşbara
Quşbara - unlu Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Quşqara
Quşqara — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl rayonunun i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Oykonim həmin ərazidən axan Quşqara çayının (indiki Qoşqar çayı) adı ilə əlaqədardır. Qoşqarçayının adı isə qədim türk dillərindəki “qoyun”, “qoç” mənasında işlədilən qoşlar sözü ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1484 nəfər əhali yaşayır.
Duşara
Duşara, Dusares olaraq da tərcümə olunur. İsalamdan öncə ərəblərin ibadət etdiyi tanrı həmçinin Nəbatilərin Petra və Mədain Saleh şəhərlərinin hamisi olan şərab tanrısıdır. == Etimologiya == Duşara, ilk olaraq dwsrʾ şəklində adını yazan epiqrafik Nəbati qaynaqlarından bəllidir , Nəbati yazısı yalnız samitləri ifadə edir. Klassik Yunan qaynaqlarında Δουσάρης ( Dousáres ) və Latın dilində Dusares olaraq qarşımıza çıxır . Əsil mənası mübahisəlidir, ancaq erkən dövr Müsəlman tarixçi İbn əl-Kəlbi , "Bütlər kitabı"ndaki adını Dhūl-Šarā ( ərəb. ذو الشرى‎) şəklində açıqlayır,ehtimal ki, "Şara"dan biri mənasını verir; Şara Ölü dənizin cənub-şərqində dağlıq bir ərazidir. Bu şərh doğrudursa Duşara adına uyğun bir çox müvafiq adlar olmalı idi, ancaq həm adın tam şəkli həm də şərhi mübahisəlidir. == İbadət == Yunanıstan dövründə Zeus ilə əlaqələndirilirdi, çünki həm Nəbati panteonunun baş tanrısı həm də Dionis idi . İtaliyanın qədim liman şəhəri olan Pozzuolidə Duşara üçün kilsə aşkar edilmişdir . Şəhər Yaxın Şərqlə ticarət üçün mühüm bir yerdə yerləşirdi və E.Ə. 1-ci əsrin ortalarında bir Nəbati varlığı olduğu bilinir.
Kuşva
Kuşva — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Kukmara rayonu
Kukmara rayonu (tatar. Кукмара районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir. Rayonun sərhədləri: şimal-qərbdə — Baltaç rayonu, qərbdə — Saba rayonu, cənubda — Teləçe rayonu, Mamadış rayonu, cənub-şərqdə — Kizner rayonu (Udmurtiya), şərqdə — Vyatskopolski rayonu (Kirov vilayəti), şimalda. — Malmıj rayonu (Kirov vilayəti). İnzibati mərkəzi Kukmara şəhəridir. == Coğrafiyası == Rayon Qərbi Kama bölgəsinin şimal-şərq hissəsində yerləşir. Rayonun ərazisi orta və kiçik çayların vadilərinə bölünmüş yüksək düzənlikdir. Vyatkanın çox sayda kiçik qolları vardır: Lubyanka, Burets, Oştorma; Oştormanın qolları: Nurminka və Kiya. Təbii ehtiyatları: əhəng daşı, gil, qum.
Kuşşaro gölü
Kuşşaro gölü (屈斜路湖, Kussharo-ko) – Yaponiyanın Hokkaydo prefekturasının şərqində, Akan Milli Parkında yerləşən kaldera gölü. Hokkaydoda yerləşən bir çox toponim kimi bu gölün də adı Aynu dilindəndir. Səthinin sahəsinə görə Yaponiyanın ən böyük kaldera gölü, ümumilikdə isə 6-cı ən böyük gölüdür. Həmçinin Yaponiyada qışda tamamilə buz bağlayan ən böyük göldür. == Haqqında == Gölün ortasında yerləşən Nakacima adası (Toya gölündə yerləşən eyniadlı ada ilə qarışdırmamalı) qarışıq vulkandır. Vulkan qazları gölün suyunun turşumasına səbəb olur, buna görə də gölə çay tökülən hissələr istisna olmaqla göldə çox az balıq növü yaşayır. Turşuluğa davamlı olan al-əlvan qızılxallı süni şəkildə gölə buraxılıb. 1951-ci ildə göldə nadir sikada növü (Oncotympana maculaticollis) kəşf edilmişdir və hökumət tərəfindən mühafizə olunur. Göl həmçinin harayçı qu quşlarının miqrasiya yolunun üzərində yerləşir. Gölün sahilində bir neçə isti bulaq yerləşir.
Quşqara bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Takayuki Kuvata
Takayuki Kuvata (d. 26 iyun 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 2 qol vurub.
Yayoi Kusama
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur. Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib. Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir. == Həyatı == Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.
Yayoy Kusama
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur. Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib. Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir. == Həyatı == Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.
Tal Kuskarı (Əbyəlil)
Tal Kuskarı (başq. Тал Ҡусҡары) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tal Kuskarı kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Qusev): 22 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 62 km. == Məşhur şəxsləri == Sariya Mirjanova (24 dekabr 1924 — 25 noyabr 2000) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985). == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Mimoza Kusari-Lila
Mimoza Kusari-Lila (alb. Mimoza Kusari-Lila 16 oktyabr 1975) — Kosovo-Albaniya dövlət və siyasi xadimi, Yeni Kosovo İttifaqının və daha sonra Alternativ partiyasının üzvü. == Bioqrafiyası == Mimoza Kusari 16 oktyabr 1975-ci ildə Kosovonun cənub-qərbindəki Cyakovitsa şəhərində ziyalı ailəsində anadan olmuşdur: atası pulmonoloq, anası məktəbdə alban dili və ədəbiyyatı müəllimi idi. Bir müddət ailə Kosovo Peç şəhərində yaşayır, sonra 1980-ci illərin ortalarında Cyarkovisaya qayıdır. «Hajdar Dushi» gimnaziyasını bitirdikdən sonra Priştina Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur (universitet 1999-cu ildə fəaliyyətini dayandırır), İdarəetmə və İnformasiya Sistemləri ixtisası üzrə məzun olarkən təhsilini ödəmək üçün işləyir. 1998-1999-cu illərdə Kosovoda münaqişə baş verəndə, Sərhədsiz Həkimlər və ATƏT-də işləmişdir. O, həmçinin ABŞ-də MBA təhsilini davam etdirmək üçün ABŞ Dövlət Departamentindən nüfuzlu Ron Braun Təqaüdü alaraq Makedoniyadakı qaçqın düşərgəsində işləmişdir. ABŞ-də olarkən Kusari-Lilya, İqtisadiyyat İnstitutunda, Kolorado Universitetində və Pittsburqdakı Dyukeyn Universitetində elektron biznes sahəsində magistr dərəcəsi ilə təhsilini davam etdirir. Amerikada liderlik keyfiyyətlərini göstərən tələbə icmalarının təşkili və işində fəallıq göstərir. Dyukeyn Universitetinin İşadamı Qadınlar Assosiasiyasının təsisçisi, ilk prezidenti olur və Vaşinqtonda Beynəlxalq Təhsil Həftəsini qeyd etmək üçün Dövlət katibi Madlen Olbraytın dəvət etdiyi Şərqi Avropadan gələn üç Ron Braun təqaüdçülərindən biri idi.
İzəş-Kuskar (Əbyəlil)
İskak kəndi (başq. Исҡаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Burqanqol kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İskak kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Burqanqol): 3 km., ən yaxın dəmiryol stansiyasından (Murakayev stansiyası): 92 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Tarixi == Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə qoyulmuşdu. Yaradılması ideyası Fevral inqilabına (1917) qədər də mövcud olmuş, lakin 1916-cı ildə çar hökuməti tərəfindən qəbul edilməmişdi. İttifaqın sədri Nəcəfqulu Vəliyev, idarə heyətinin üzvləri Mirzağa Atababayev, Orucəli Babayev, Səfər Mir Mövsümov, Yevsey Tatarenko idilər. Əsas məqsədi neft hasilatına olan ehtiyacları, kustar neft istehsalını qanunvericilik əsasındaqaydaya salmaq haqqında müvafiq müraciətlər edilməsi, neft bazarının vəziyyətinin öyrənilməsi, əməyin təhlükəsizliyini təmin edən müvafıq tədbirlərin və texniki qaydalann işlənib hazırlanması, ittifaqın fəaliyyət göstərdiyi ərazidə nəqliyyat yollarının çəkilişi, üzvlərə hüquqi yardımm təşkili, istehsal ehtiyaclan üçün lazımi materiallann alınmasına güzəştli kreditlərin açılmasını və s. təmin etmək olmuşdur. Bakı mədən rayonunda neftin əl ilə çıxarıldığı sahələrin icarəyə verilməsi üçün "xüsusi qaydalar" layihəsinin işlənib hazırlanması ilə əlaqədar ittifaq 1920-ci ilin əvvəllərində öz hesabatını Azərbaycan Xalq Cümhuriyyəti Ticarət və Sənaye Nazirliyinə təqdim etmişdi. Dövlət xəzinəsinin mənafeyini müdafiə etmək məqsədilə tərtib edilmiş "Xüsusi qaydalar" kustar neft istehsalçılarının maraqlarım nəzərə almırdı. Buna görə də ittifaq "Xüsusi qaydalar"ı iqtisadi cəhətdən məqsədəuyğun saymamışdı. İttifaq Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.