Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.