STILL

still1

n sakitlik, sükut, səssizlik; in the ~ of the night gecənin sakitliyində / sükutunda

still2

adj 1. sakit, tərpənməz; ~ water of the lake gölün sakit suyu; a ~ rain sakit yağış (küləksiz); to keep / to stay ~ sakit dayanmaq / durmaq; 2. köpüklənməyən (şərab haq.);

◊ (as) ~ as death / as the grave ölü / qəbir kimi sakit; to keep a ~ tongue in one’s head dilini sakit saxlamaq, susmaq; Still waters run deep at. söz. ≅ Suyun lal axam, adamın yerə baxanı

still3

v I sakitləşdirmək, susdurmaq, sakit / təskin etmək; The food stilled the baby Yemək uşağı sakitləşdirdi

v II distillə etmək, saflaşdırmaq

still4

adv 1. sakit, hərəkətsiz; to stand ~ sakit dayanmaq; Sit still! Sakit otur! / oturun!; 2. hələ de, əvvəlki kimi; They are still working Onlar hələ də işləyirlər; 3. yenə de, bununla belə; Though she felt ill, she still went to work Özünü xəstə hiss etməyinə baxmayaraq, yenə də o, işə getdi

still5

conj lakin, ancaq, amma, bununla belə; The pain was bad, still he did not complain Ağrı bərk idi, ancaq o, şikayət etmədi; He has many faults, still I love him Onun nöqsanları çoxdur, bununla belə mən onu sevirəm

STILE
STILLBORN
OBASTAN VİKİ
Still xəstəliyi
Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.
Ben Stiller
Bencamin Edvard Mira Stiller (30 noyabr 1965[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor, komediyaçı və rejissor. O, komediya ustaları Cerri Stiller və Enn Miranın oğludur. Stiller "Frat Pack" kimi tanınan məşhur komediya aktyorlarından ibarət olan qrupdandır. Stillerin çəkildiyi filmlər Kanada və ABŞ-dən 2,6 milyard dollardan çox gəlir əldə edib, hər filmi orta hesabla 79 milyon dollar gəlir gətirib. Uğurlu karyerası boyunca o, "Emmi", çoxsaylı "MTV Film" mükafatları, "Britanniya" və "Yeniyetmələrin Seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür. == Həyatı == Bencamin Edvard Mira Stiller 30 noyabr 1965-ci ildə Nyu-York şəhərində doğulub. O, şəhərin Yuxarı Qərb tərəfində (ing. Upper West Side) böyüyüb. Onun atası komediyaçı Cerri Stillerin valideynləri Polşa və Qalisiyadan ABŞ-ə köçmüş yəhudilərdir. Stillerin anası Enn Mira İrlandiya katoliklərindədir və onun atası ilə evləndikdən sonra İudazim dinini qəbul etmişdir.
Coreopsis stillmanii
Coreopsis stillmanii (lat. Coreopsis stillmanii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Stillərin kaskad cədvəlləri
CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər. HTML sənədlərini yaradarkən veb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar: müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi; mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi; mətnin və ya fonun rənginin dəyişdirilməsi; müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s. Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar. CSS kodları, HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir.