CALM

calm1

n 1. sakitlik, küləksizlik; 2. dən. tam sakitlik (dənizdə, göldə); There was a calm on the sea Dənizdə bir sakitlik vardı; ~ before the storm tufandan əvvəl sakitlik; 3. sükut, səssizlik, dinclik, rahatlıq; 4. asayiş, əmin-amanlıq

calm2

adj 1. küləksiz, sakit (hava və s. haq.); 2. sakit (dəniz haq.); The sea was calm Dəniz sakit idi; 3. rəvan, normal (nəbz haq.); 4. sakit, soyuqqanlı, təmkinli (insan haq ); Pray, be calm! Yalvarıram, sakitləşin / sakit olun!

calm3

v sakitləşdirmək, sakit / rahat / təskin etmək; to ~ oneself sakitləşmək; to ~ a child uşağı sakitləşdirmək; Calm yourself! Sakitləş!, Sakitləşin!

CALLOWNESS
CALM DOWN
OBASTAN VİKİ
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Keep calm and carry on
Keep Calm and Carry On (azərb. Sakit qalın və davam edin‎) — Böyük Britaniyada 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində hazırlanan təbliğat plakatı. == Tarixi == Plakat ilk olaraq 1939-cu ildə II Dünya Müharibəsinin əvvəlində Britaniya İnformasiya Nazirliyin (ing. Ministry of Information) tərəfindən düzəldilmişdir. İki milyon yarım nüsxə çap edilmişdi, lakin plakat geniş yayılmamışdı. Bu seriyada daha iki plakat mövcuddur — 400 min nüsxəsi olan "Freedom Is In Peril. Defend It With All Your Might" (ing. "Azadlıq təhlükədədir. Bütün gücünüzlə onu müdafiə edin"), və 800 min nüsxəsi olan " Your Courage, Your Cheerfulness, Your Resolution Will Bring Us Victory " (ing."Sizin qıvraqlığınız, cəsarətiniz, qətiyyətiniz bizə qələbə qazandıracaqdır"). == Müasir mədəniyyətdə == 2000-ci ildə Barter Books ikinci əl kitab dükanında plakatın bir nüsxəsi tapılmışdır.
Capsella calmariensis
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Jeanne Calment
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.