Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İxtiyarati-qəvaidi-külliyyə
Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiya və astrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir. Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur.
Kullinan
"Kullinan" — Dünyanın ən böyük almazı. == Tarixi == "Kullinan" adlı almaz 26 yanvar 1905-ci ildə Pretoriyada aşkarlanmışdır. Transvaal hökuməti 1907-ci ildə "Kullinan" almazını 750 min dollara alaraq Britaniya kralı VIII Eduarda doğulduğu gün münasibətilə hədiyyə etmişdir. == Ölçüsü == Tapıldığı zaman bu almazın çəkisi 3160 karat və ya 621,2 qram təşkil etmişdir.