AVESTA

Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Bəzi tədqiqatlara görə bu kitab Makedoniyalı İsgəndərin səfəri əsna-sında onun tərəfindən yararlı hesab edilməmiş və yandırılmışdır. Tarixçilər Avestanın inək dərilərinə yazıldığını iddia edirlər. Lakin sonrada onun vedalar adlanan müxtəlif parçaları bərpa edilmişdir.
AVERROİZM
AVROPASENTRİZM
OBASTAN VİKİ
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünya görüşlüdür. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir == Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Avesta dili
Avesta dili Avestanın yazıldığı dil. Hindistan və İran ərazisində Allaha sitayişdə istifadə olunan dil. Avesta dilini iki dialektə bölürlər: qat dialekti (əsasən nəğmələrdən ibarətdir, Zərdüştə məxsus olduğu göstərilir) və sonrakı avesta dialekti.
Xurda Avesta
Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yəsnanın bəzi digər bölmələrini də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin sonrakı təhrifi hesab etmək olmaz. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra, Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər.

Digər lüğətlərdə

беллетристи́ческий огу́рчик Пенело́па реалисти́чно утопле́ние шажо́чек шумя́щий асфальтобето́н верхогля́дский двули́стный диагона́левый кодифика́тор откопа́ться соотве́тчик тверди́ться кохра bagwork decumbence emperorship lightish matzoth reflow settler заговорщик повестись