Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kulgani (Urmiya)
Kulgani (fars. ‎‎‎كولگني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 437 nəfər yaşayır (79 ailə).
M10 by PashaPay (Elektron pulqabı)
Tüklü külbaba
Tüklü külbaba - (lat. Leontodon hispidus) == Qısa morfoloji təsviri == Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5- 2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından alp qurşağına kimi yayılmışdır.
Aşıq Gülabı
Vəliyev Gülabı Məmməd oğlu (5 sentyabr 1950, Böyük Muğanlı, Marneuli rayonu – 8 iyun 2012, Bakı) — gürcüstanlı aşıq. == Həyatı == Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Borçalı mahalının Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, O təhsil aldığı Azərbaycan Politexnik İnstitutunada təhsilini ataraq Borçalıya qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır. O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir. Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi. Onu tamaşaçılara ən çox sevdirən isə Onun məlahətli səsi idi.
Kalqari
Kalqari (ing., fr. Calgary) - Alberta əyalətində şəhər, Kanada.
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. == Tarixi == 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artileriya və 40 qayıqda hücum təşkil edilir.
Kulab
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. == Tarixi == Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Cek kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Kukaş kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Külvari evkalipt
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Külvari söyüd
== Sinonimləri == Capraea cinerea Opiz Salix aurita var. cinerea (L.) Fiori Salix australis Schleich. ex J.Forbes Salix carinthiaca Host Salix deserticola Goerz ex Pavl. Salix discolor Host Salix geminata J. Forbes Salix incanescens Schleich. ex J.Forbes Salix polymorpha Host == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır.
Qasıq kurqanı
İnsan vücudunda və əsasən məməlilərdə qasıq kurqanı, yuvarlaq şəkildə olan bir yağ kütləsidir və qasıq sümüklərinin qasıq simptomunun üzərində olan yağ mübadiləsidir.Qadınlar üçün qasıq kurqanı, vulvanın ön hissəsini formalaşdırır. Böyük dodaqlar, klitor, üretra, vaginal bucaq və vulval vestibülün digər ətraflarını əhatə edən, pudental yarıq kimi tanınan şırımın hər iki tərəfində, kiçik dodaqlara (sözün əsl mənasında “böyük dodaqlar”) ayrılır. == Qadın qasıq kurqanı == Yetkinlik yaşına çatmayan qızlarda qasıq tükləri yoxdur. Yetkinlik dövrünün başlanmasından sonra (12-14 yaşa qədər), qasıq əsasən təxminən böyük dodaqlara gedə bilən qasıq tükü ilə örtülü olur . Qasıq tez-tez Veneranın tüberküli (Latınca: Mons veneris ) adlanır. Bu sahədə sinir sonları vardır və toxunma və ya azacıq təzyiq, yaxud qıcıqlanma cinsi oyanışa səbəb ola bilər. Yetkin qadınlarda, çanaq üfüqi bir üst sərhədi olan tüklə örtülmüşdür - buna qadın tipli tük örtüyü deyilir. Yaşlı qadınlarda, menstruasiya dayandıqdan sonra, qasıq tüklənməsi azalır. Göstərilən qasıq tüklənməsi yumurtalıqların işləməsi ilə əlaqələndirilir. == Kişinin qasıq kurqanı == Kişinin qasıq kurqanının tükləri, cinsi yetkinlik dövrünün başlanğıcından, 10 yaşından böyüməyə başlayır və 15 yaşına qədər böyüyür.
Qüllabi ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Sarıçoban kurqanı
Sarıçoban kurqanı — e.ə XII-XI əsirlərə aid kurqan. Azərbaycanın e.ə III-I minilliklər dövrü tarixinin öyrənilməsində kurqanların böyük əhəmiyyəti var.Onların tədqiqi qədim tarixin bir çox mürəkkəb və qaranlıq məsələlərinin vəhtət halında öyrənilməsinə imkan yaradır. Döğrudur məişət qəbir abidələrinin kompleks araşdırılması əldə olunan nəticələrin elmi dəyərini daha da artırır. Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında yerləşən Sarıçoban kurqanında aparılmış tədqiqatların nəticələri bunu bir daha sübut edir. Sarıçoban abidəsi Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü möhtəşəm tayfa başçısı kurqanıdır.Maraqlıdır ki, hər üç abidə qısa tarixi dövrün-e.ə XIII-X əsrlərin yadigarıdır. Hündürlüyü 5 diametri 45–50 m olan konusvari torpaq kurqan örtüyü altında aşkar edilmiş qəbir kamerası qeyri-adi qurluşu ilə indiyənə məlum olan abidələrdən tamamilə fərqlənir. Dörd cəhətə istiqamətlənmiş iki kəsişən kameradan ibarət qəbir abidəsi xaç şəklindədir.Bu tip başqa abidənin varlığı hələlik məlum deyil. Qəbir kamerası üç-dörd qat nəhəng ağac tirlərlə örtülmüş , onların üstü isə ağac budaqları ilə səliqəli bağlanmışdır. Kameranın mərkəzi hissəsində, tunc lövhələrlə bəzədilmiş taxt üzərində tayfa başçısı dəfn olunmuşdur.Qərb və şimal kameralarında isə onun silah daşıyanı və şəxsi mühafizəçisi bükülü vəziyyətdə basdırılmışdır.Tayfa başçısının ətrafında və başqa kameralarda 16 at skeletinin qalıqları aşkar edilmişdir ki, onlardan yeddisi cilovlanmış halda qalmışdır. Təəssüf ki,hələ qədim zamanlarda qəbir abidəsi talan olunmuş, yalnız təsadüf üzündən şərq kamerasının bir hissəsinə və cənub kamerasına toxunulmamışdır.Qəbir kamerasının şimal hissəsində qazılmış, uzunluğu 20, diametri 1,5m olan dairəvi planlı oğru yolu bu günədək yaxşı qalmışdır.Diqqəti cəlb edən cəhətlərdən biri qəbir kamerasının və oğru yolunun divarlarında saxlanılmış alət izlərinin eyni olmasıdır.Görünür talançılar hökmdarın “axirət evinin” yaradılmasında iştirak etmiş,qəbirin qurluşu və buradakı avadanlığın yerləşməsinə yaxşı bələd olmuşlar.Talan vaxtı qəbir ortüyünə od düşdüyündən oğrular qəbri vaxtından əvvəl tərk etmişlər.Yanğın nəticəsində qərb hissədəki örtük tamamilə aşağı çökmüş, buna görə də yanğın başqa kameralara keçməmişdir.
Zanqar kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Zurnabad kurqanı
Zurnabad kurqanı — Azərbaycan ərazisində arxeoloji abidə Zurnabad kurqanı Gəncəçay vadisində, Xanlar şəhəri yaxınlığında, Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları və obsidian qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə imkan verir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. ⅦAzərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait).
Şatriya kurqanı
Şatriya (lit. Šatrija) — Litvanın Jemaytiya regionunda tarixi kurqan. Jemayt təpəsindəki Luoke kəndindən cənub-şərqdə yerləşir. Təpənin üzərində daha əvvəllər taxta bir qala olduğu deyilir. Kurqan Jemaytiyanın ən yüksək təpələrindən birində, 228.7 metr (750 ft) hündürlükdə yerləşir. Şatriya təxminən 50 metr nisbi hündürlüyü ilə Litvada birinci yerdədir. Təpədən digər hündür dağları da görmək mümkündür. Təpədə bir qurbangah var. Şatriya və ətrafındakı 813 hektar ərazi eyni adlı təbiət qoruğuna aiddir. Kurqanın qərb və şərq yamacları olduqca dikdir və hündürlüyü 25 m-dən çoxdur.
Şuşa kurqanı
Şuşa kurqanı - Azərbaycanın Şuşa şəhərinin şimal-qərbində yerləşən və tunc dövrünə aid arxeoloji abidə. Ölkə əhəmiyyətli arxeoloji abidə statusunu daşıyır. Kurqanda 1892-1893-cü illərdə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar Sankt-Peterburqun Ermitaj muzeyində sərgilənir. № 1770. Şuşa ətrafında Daşaltı, Çanaxçı, Mehdikənd, Ağdam rayonunun Gülablı kəndi ya-xınlığında, Xaçınçay hövzəsinin orta axarında, Dovşanlı, Ballıqaya-Sırxavənd, Axmaxı, Xoca-lı nekropolunda qazıntı işləri aparmışdır.
Hacı Abbas xan Külali
Hacı Abbas xan Əmir Əsədulla xan oğlu Külali (?-?) — Xorasan qiyamının iştirakçısı. == Həyatı == Hacı Abbas xan Xorasanda anadan olmuşdu. Əmir Əsədulla xan Şövkətüddövlənin oğludur. Seyid Əmir Külali həzrətlərinin nəslindəndir. Salari-Şüca ləqəbini daşıyırdı. == Ailəsi == Hacı Abbas xanın Teymur xan adlı oğlu vardı.
Müslüm ibn Səid əl-Kilabi
Müslüm ibn Səid bin Əslam ibn Zurə ibn Əmr ibn Xüveylid əl-Səiq əl-Kilabi (ərəb. مسلم بن سعيد بن أسلم بن زرعة بن عمرو بن خويلد الكلابي‎) — Əməvilər xilafətinin sərkərdəsi, 723–724-cü illərdə Xorasan valisi. O, daha çox Mavəraünnəhrin yerli əhalisinin sədaqətini qazanmaq səyləri və "Susuzluq günü"ndə Türgiş xaqanlığına məğlub olması ilə tanınır. == Mənbə == Blankinşip. The End of the Jihâd State: The Reign of Hishām ibn ʻAbd al-Malik and the Collapse of the Umayyads (ingilis). Albani, Nyu-York: State University of New York Press. 1994. ISBN 978-0-7914-1827-7. Pauers, Stefan. The History of al-Ṭabarī, Volume XXIV: The Empire in Transition: The Caliphates of Sulaymān, ʿUmar, and Yazīd, A.D. 715–724/A.H. 96–105.