Cənubi Qafqaz kərtənkələciyi
Cənubi Qafqaz kərtənkələciyi (lat. Eremias pleskei) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü.
== Xariçi görünüş ==
Kiçik ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 6 sm təşkil edir. Quyrunun yuxarı nahiyəsinin pulcuqları hamardır. Yuxarı hissəsində parlaq-sarı və ya parlaq-qəhvəyi 7 zolaq vardır. Arxa ayaqlarında ağ və sarı airəvi gözçüklər vardır.
== Həyat tərzi ==
Onlar əsasən gilli və daşlı yarımsəhralarda kolluqların arasında yaşayırlar. Onlara hətta 1800 metr yüksəkliklərdə belə rast gəlinir. Qışlamadan mart-aprel aylarında qayıdırlar.