Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arçinlər
Arçinlər (arç. аршишттиб, arşishttib, rus. арчинцы, arçinsı) – Rusiyada, Cənubi Dağıstanın səkkiz kəndində yaşayan etnik qrupdur. Arçib bunların içərisindəki əsas kənd hesab olunur, çünki ilin üç ayı arçinlər kommunal işlə məşğul olmaq üçün Arçibdə toplaşırdı. Onların mədəniyyəti Dağıstanın bütün mədəniyyətləri içərisində ən fərqli və ən yaxşı qorunanlardan birisidir.Arçilərin cəmi 1200 nəfər əhalisi var və öz dillərində danışırlar. Onların yaşayış yeri Qafqaz sıra dağlarının ərazisindəki Qara-Göysu hövzəsində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdədir. == Tarixi == Arçin xalqının mənşəyi məlum deyil. Onların adı ilk dəfə 13-cü və ya 14-cü əsrdə Məhəmməd Rəfinin Şirvandan yazdığı tarixi salnamələrdə qeyd edilmişdir. Avar icması olan Dursax (və ya Rissib) bir hissəsi idilər və zaman-zaman Qazıqumux xanlığına xərac verirdilər. 1813-cü ildə Dağıstan Rusiya tərəfindən ilhaq edildikdən sonra onlar da Rusiya imperiyasının subyektləri oldular.
Qavçinlər
Qavçinlər ;kauçinlər —Özbəklərin soy-kökündə iştirak edən Monqol tayfası. == Tarixi == Qavçin ulusu monqolların tərkibində Orta Asiyaya gəlmişdi. Çingiz xan oğlu Cığatay xana verdiyi tümən əsasən qavçinlərdən, cəlairlərdən, arlatlardan və barlaslardan ibarət idi. Qavçinlər Amudəryanın yuxarı hövzəsinə yerləşdilər. Onlar əsasən yarımoturaq vəziyyətdə güzəran keçirirdilər. Maldarlıq və əkinçiliklə məşğul idilər. Qavçinlər bir neçə oymağa bölünmüşdülər. Bunlardan ən böyükləri bequzuv, bəlxi, körpəçuviş, buzçi, kəşmiri, süleyman, imam, buyin, tuqal, pula, şirəli tuyabuyindir. 1920-ci illərdə Özbəkistan hüdudunda 25 min nəfərə yaxın Qavçin yaşayırdı. Əsasən Qaşqadərya vilayətində məskunlaşmışdılar.
Sabinlər
Sabinlər — İtalik xalqlardan biri, Sabina regionunun yerliləri. == Tarixi == Plutarx romalıların qonşuluğunda yaşayan sabinlər haqqında хeyli məlumat verir. O, yazır ki, sabinlər böyük və döyüşkən bir хalqdır... heç nədən qorхmurlar... istehkam olmayan yerlərdə yaşayırlar. O, göstərir ki, alban çarı Romulun ana tərəfdən babası olduğu kimi, onlar sabinlərlə də qohum idilər... Sabinlər Antik İtaliyda, Romanın yaranmasından əvvəl yaşayırdılar. Özlərinə məxsus dilləri vardı.
Şahinlər
Şahinlər (isp. Halcones) Çili Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Extra EA-300 təyyarələri istifadə olunur. Komandada 9 pilot var. Komanda mürəkkəb, yüksək riskli manevrlərin oxşarlığına görə Kral Hərbi Hava Qüvvələrinin Qırmızı Oxlarına bənzədilə bilər. Eskadron Argentina, Ekvador, Braziliya, Birləşmiş Krallıq, Belçika, ABŞ, Kanada, İsrail, Fransa, Peru, Uruqvay və Boliviyada uçuşlar həyata keçiriblər.
Aminlər
Aminlər – üzvi birləşmələr olub, molekulunda bir, iki və ya üç hidrogen atomunun karbohidrogenlə əvəz olunmuş amonium törəmələridir. CH3NH2 - metilamin (birli) (CH3)2NH - dimetilamin (ikili) (CH3)3N - trimetilamin (üçlü) == Növləri == Azotla əlaqəli olan üzvi qrupun xassələrinə görə aminlər üç yerə bölünür: Alifatik aminlər - CH3-N< Aromatik aminlər - C6H5-N< Yağlı aromatik aminlər (tərkibində aromatik və alifatik radikallar vardır)NH2-qrupun sayına görə aminlər monoaminlər,diaminlər və triaminlərə və s. bölünürlər. == Aminlərin quruluşlarının özünəməxsusluğu == Azot atomunun elektron konfiqurasiyasından 1s22s22p3 göründüyü kimi o, məsələn hidrogen atomu ilə üç kovalent rabitəni (NH3) əmələ gətirə bilir. Bundan başqa azot 2s-elektronları hesabına digər hissəciyin (məsələn H+) vakant orbitləri hesabına donor-akseptor mexanizminə uyğun dördüncü kovalent rabitə əmələ gətirə bilir. Ammonyak molekulunda olduğu kimi aminlərdə (NR1R2R3) də azot atomu tetraedrik piramidanın təpələrində yerləşmişdir. Rabitələrin bucaqları tetraedrik (~108o) olmaqla azot atomunun daha bir çütləşmiş sərbəst elektronları vardır. Tetraedrik rabitə bəzən pozulur, məsələn üçüzvlü etilamində bananabənzər qövsvari rabitə əmələ gəlir. Azot atomunda heç olmazsa bir aromatik əvəzləyici varsa (məsələn, anilində) rabitə bucağı güclü dıyişir. Bu bucaqları 120o -yə yaxın olan piramida daha çox müstəvi xarakterlidir.
Keçilər
Keçilər (lat. Caprinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Çinlər
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Gümüşü Şahinlər
Gümüşü Şahinlər Cənubi Afrika Respublikası Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Pilatus PC-7 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1953-cı ildə Bumbling Bees adı altında yaradılmışdır. 20-cu əsrin 50-ci illərində isə ləğv olunmuşdur.1966-cı ildə komanda yenidən quruldu. Bu komanda uçuşlar üçün Aermacchi MB-326 təyyarəsi istifadə edirdi. 1986-cı ildə şoudakı təyyarələrin sayı 5-ə qədər artırıldı. Təyyarə o vaxtkı Cənubi Afrika bayrağını təmsil etmək üçün narıncı, ağ və mavi rənglərə boyanmışdı. 1994-cü ildə yeni dövlət bayrağı qəbul olunduğuna görə təyyarələr CAR Hərbi Hava Qüvvələrinin rənglərini təmsil etmək üçün yenidən rəngləndi: mavi, açıq mavi və ağ. 1998-ci ildə təyyarələrin sayı yenidən 4-ə endirildi. Doqquz il ərzində komanda Astra donanmasının standart qırmızı və ağ boya sxemində uçdu.
Qara Şahinlər
Black Falcons (azərb. Qara Şahinlər‎) — Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. == Yaradılması == Komanda 2000-ci ildə yaradılmışdır. Uçuşlar üçün 5 ədəd Aermacchi MB-339 istifadə olunurdu. Təqribən 1 ildən sonra komanda ləğv olunmuşdur. == Bərpası == 2016-cı ilin yanvarında Qırmızı Damalar eskadronunun ləğvi ilə Black Falcons yenidən bərpa olundu. Yeni komanda uçuşlar üçün Beechcraft T-6 Texan II təyyarəsi istifadə edir.
Xainlər qəbiristanlığı
Xainlər Qəbiristanlığı — İstanbulun Pendik mahalında, Ballıca kəndinin yaxınlığında, Təpəörəndə yerləşən qəbiristanlıq. 15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd edərkən həyatını itirən əsgərlərin dəfn edilməsi məqsədiylə qurulmuşdur. Qəbiristanlığa ilk dəfn adam Acıbadem Mahalle muhtarını öldürən Kapitan Mehmet Karabekir'e.
Laçınlar
Laçınlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xəlfəli kənd Sovetindən Laçınlar kəndi Qeybalı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini qonşu Xəlfəli kəndindən köçüb gəlmiş Laçın adlı şəxs saldığı üçün belə adlanmışdır. Kənd sakinlərinin dediklərindən məlum olur ki, XIX əsrdə burada Laçın Məmməd adlı şəxs yaşamışdır. Kənd laçınlar nəslinin adını daşıyır. Nəslin adı isə Azərbaycan dilində "vuran, tutan", "dəliqanlı, qoçaq" mənalarında işlənən Laçın sözundəndir. Dilimizdəki Laçın oğlan ifadəsi də bu mənalarla bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Xəlfəliçayın sahilində yerləşir.
Taciklər
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. == Məskunlaşma və sayları == === Əfqanıstanda === 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. === Tacikistanda === 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Sacilər
Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Azərbaycan dövlətlərindən biri. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş Azərbaycanın varisi olduğu dövlətdir. Dövlətin əsasını 898-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur. == Sülalənin mənşəyi == Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi. Bu dövlətin meydana gəlməsi, tərəqqisi və süqutu tarixi tədqiqatçıların diqqətindən yayınmışdır.Professor P.K.Juze qeyd edir ki, "Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar vedən türk sülaləsindən idilər. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir.
Tuvan-Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvan - Tocinlər

Sacilər dövləti
Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Azərbaycan dövlətlərindən biri. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş Azərbaycanın varisi olduğu dövlətdir. Dövlətin əsasını 898-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur. == Sülalənin mənşəyi == Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi. Bu dövlətin meydana gəlməsi, tərəqqisi və süqutu tarixi tədqiqatçıların diqqətindən yayınmışdır.Professor P.K.Juze qeyd edir ki, "Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar vedən türk sülaləsindən idilər. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir.
Cinlər (roman)
Cinlər (rus. Бесы) — Fyodor Dostoyevskinin 1872-ci ildə nəşr olunmuş romanı. Siyasi bir roman olan Cinlər XIX əsrin ikinci yarısında ateizm, nihilizm və sosializm kimi ideologiyalarla birlikdə Qərb düşüncəsinin Rusiya və rus insanı üzərindəki təsirlərini ələ alır və də tənqid edir. Dostoyevski kitabı 1870-1872-ci illər arasında Sibir sürgünündən döndükdən sonrakı dövrdə yazmışdır. Bu səbəblə Dostoyevskinin son illərindəki mühafizəkar fikirləri kitabda çox hiss olunur. Kitabda sosializm və nihilizm kimi radikal ideologiyaların ictimai quruluş üzərindəki təxribatlarını ortaya qoymağa çalışır.
Qərib cinlər diyarında
== Məzmun == Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası Qərib (Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad (Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını (Firəngiz Şərifova), sevgilisini (Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz. Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Hikmət Ziya Quruluşçu rejissor: Əlisəttar Atakişiyev Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim rəssamı: Əlisəttar Atakişiyev Bəstəkar: Arif Məlikov Səs operatoru: Vladimir Savin Mahnıların mətni: Hikmət Ziya Rejissor: Arif Həbibi Rejissor assistenti: Y.Əhmədov, Fərid Hümbətov Rəqslərin quruluşçusu: Rəfiqə Axundova, Maqsud Məmmədov Dekor rəssamı: Fikrət Ələkbərov, Gennadi Tişşenko Qrim rəssamı: N.Veselova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Operator assistenti: A.Əliyev, Vaqif Bağırov, Ələkbər Muradov (titrlərdə yoxdur) Rəssam assistenti: E.Muradova, R.Xanukayeva Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Radio və Televiziyasının Elektromusiqi Alətləri Ansamblı Dirijor: V.Meşşerin Filmin direktoru: Əli Məmmədov Mahnıları ifa edən: Akif İslamzadə Kadrarxası mətn: Həsənağa Turabov (titrlərdə yoxdur) === Rollarda === Bəxtiyar Xanızadə — Qərib; Sahib Muxtar Maniyev — Akşad Amaliya Pənahova — Zərri Ağahüseyn Cavadov — Qaraşad Hamlet Xanızadə — Raki Gülnarə Əfəndiyeva — Zərəngiz Firəngiz Şərifova — Tükəz Ələsgər Məmmədoğlu — Əsra Mübariz Əlixanoğlu — Kəsra Əhməd Əhmədov — Riqdas Gündüz Abbasov — iblis Yusif Yulduz — falçı Sadıq Hüseynov — əsir qoca Gümrah Rəhimov — kəndli S.Əliyev-Cəllad Ramiz Əzizbəyli — Əxras Rəşid Mahmudzadə — cin Cəmilə Atayeva — cin Fərəc Fərəcov — qara cin (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Pərviz Bağırov — Qərib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Sahib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Səməndər Rzayev — Akşad (Muxtar Maniyev) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Qərib cinlər diyarında (film, 1977)