Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalliqram
Kalliqram — şrifti vizual formada düzülmüş şeir, ifadə və ya söz. Sözlərlə əmələ gələn forma sözü və ya sözləri vizual şəkildə ifadə edir. Şeirdə mətnin mövzusunu əyani şəkildə izah edir.
Kiloqram
Kiloqram (şərti işarəsi: azərb. kq‎, beyn. kg) — kütlə vahidi. Beynəlxalq vahidlər sistemində yeddi əsas vahiddən biri. 1 kiloqram 1000 qrama bərabərdir. Kiloqramın qüvvədə olan tərifi 1901-ci ildə Ölçü və çəki üzrə III Baş konfransda qəbul edilmişdir və aşağıdakı kimidir.: Kiloqram, beynəlxalq kiloqram prototipinə bərabər olan kütlə vahididir. Kiloqramın beynəlxalq prototipi (etalon) Beynəlxalq çəki və ölçü bürosunda (Paris ətrafındakı Sevrdə) saxlanılır və diametri ilə hündürlüyü 39,17 mm olan platin-iridium xəlitəsindən (90% platin, 10% iridium) ibarət silindrdir.