Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalamin
Kalamin - mineral, Zn4[(OH)2ïSi2O7]× H2O. == Haqqında == Kalamin - rombik. Habitus lövhəvari, prizmatik. Ayrılma {110} üzrə mükəmməl, {101} üzrə orta, {001} üzrə qeyri-mükəmməl. Aqreqat: druzlar, stalaktitlər, salxımvari, lifli, sal, dənəvər. Rəngsiz, ağ, mavidən qonuradək. Parıltısı şüşəli, bəzən almazı. Sərtliyi 4,5-5. Xüsusi çəkisi 3,5. Çox vaxt smitsonit, limonitlə oksidləşmə zonasında. Sinonim: Hemimorfit, Qalmey.
Kalamit
Kalamitlər (Calamitales) - paleozoyda mövcud olmuş qatırquyruğuna oxşar ağac bitkiləri qrupunu əhatə edir. Kalamitlər hündürlüyü 20 m-ə çatırdı. Xarici görünüşünə (gövdənin bu­ğum­lu quruluşu, buğum və yarpaqların çiçək göbə düzülüşü) görə onlar nəhəng qatırquyruğuları xatırladır. Gövdənin səthi hamar və ya uzununa şırımlarla örtülü olub. Qazıntı halında ən çox özəyin izlərinə rast gəlinir. Neştərəoxşar yarpaqlarının sayı çiçək köbəsində adətən 20-dən çox olur. Nisbətən erkən kalamitlər yarpaqları dəfələrlə şaxələnən sapşəkilli elementlər seriyasını xatırladır. Kalamitlər sporongiləri bərabər- və müxtəlifsporlu olub adətən kompakt strobillərdə (qozalar) toplanmışdır. Üst devon – alt perm. == Həmçinin bax == Paleozoy Qatırquyruğu Bitkilər Devon dövrü Perm dövrü == İstinadlar == Geologiya terminlərinin izahlı lüğəti.
Salamin
Salamin (yun. Σαλαμίνα və ya Σαλαμίς) — Yunanıstanın Afina yaxınlığındakı Saronikos körfəzinin eyni adlı adalarının ən böyüyü. Adanın sahəsi 91,503 kvadrat kilometrdir. 2011-ci il siyahıyaalmasına görə, əhalisi 39,283 nəfərdir. Attika periferiyasının Adalar adlı periferiya vahidində eyni adlı cəmiyyətə aiddir. Cəmiyyətin inzibati mərkəzi Salamin şəhəridir. == Tarixi == Eramızdan əvvəl VII-VI əsrlərdə adanın sahibi olmaq üçün Afina və Meqara arasında uzun mübarizə gedirdi. Salamin yaxınlığında antik dövrün ən məşhur döyüşlərindən biri baş vermişdir və burada yunanlar Femistoklun komandanlığı altında eramızdan əvvəl 480-ci ildə İran donanmasını məğlub etmişdilər. Salamin həmçinin Troya müharibəsi zamanı salaminlərə başçılıq edən Ayaksın adası kimi tanınır. == İqtisadiyyatı == Perama — Pirey bölgəsinin işçi əhalisi üçün bağ zonasıdır, xarici turistlərə burada nadir qarşılaşmaq olar.
Kalamian adaları
Kalamian adaları (taqal Calamian) — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus adalar qrupu. == Coğrafiyası == Adalar qrupuna 128 ada daxildir. Adaların ümumi sahəsi 1753 km²-dir. Mindoro və Palavan adalrı arasında yerləşir. Ən iri adaları — Busuanqa, Kunlon, Koron. adaların relyefi dağlıqdır. Tropik meşələrlə örtülüdür. == Əhalisi == Adalar 4 inzibati vahidliyə bölünüe və burada 98 022 nəfər yaşayır. Busuanqa (Busuanga) — 21 358 nəf. Koron (Coron) — 42 941 nəf.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Salamin (Kipr)
Salamin (yun. Σαλαμίς və ya yun. Σαλαμίνα της Κύπρου) — Kipr adası, Şimali Kipr Türk Respublikasının Famaqusta şəhərinin 6 km qədər şimalında yerləşən antik şəhər. Şəhər Trodos dağından qaynaqlanan Pedios (Qanlıdərə) çayının dənizə tökülən hövzəsinə yaxın bir yerdə salınmışdır. XIX əsrin sonlarında, ağaclarla və torpaq təbəqəsiylə örtülmüş bir halda kəşf edilmiş və 1952-1974-cü illər arasında edilən qazıntılar nəticəsində şəhərin böyük bir hissəsi ortaya çıxarılmışdı. 1974-cü ildə ara verilən qazıntılar 1998-ci ildə Ankara Universiteti tərəfindən təkrar başlanmışdır. İncildə də adı çəkilən şəhər, həvari Barnaba və həvari Pavelin vəəzlərinə şahid olmuşdur. == Quruluşu və İlk dövr == Tunc dövrünün sonlarındakı köçlərlə Anadoludan gələn qövmlər və Yunanıstandan gələn axeylər tərəfindən qurulmuşdur. Bir başqa rəvayətə görə, Troya müharibəsinə qatılan və Salamin adası kralı Telamonun oğlu Tefkros şəhərin qurucusu olaraq bilinməkdədir. Antik şəhərdə tapılan ən qədim tapıntılar, şəhərin nekropolundan əldə edilən mənbələrə görə eramızdan əvvəl XI əsrə aiddir.
Salamin döyüşü
Salamin dəniz döyüşü e.ə 500-449-cu illər Yunan-İran müharibəsi əsnasında, e.ə 27 sentyabr 480-ci ildə Eqey dənizindəki Salamin adası yaxınlığında yunan(350-380 gəmi, komandan Evribid) və pers(1000 yaxın gəmi, komandan Kserks) donanmaları arasında baş verib. Afinalı strateq Femistoklun fəndinə görə yunan donanması iki cərgəyə düzüldü. Kserks gəmiləri 3 cərgəyə düzdü, bu isə onların manevr imkanını dar sahədə xeyli məhdudlaşdırdı. Döyüş əməliyatını yunanlar başladı. Onların gəmiləri daha çevik və yüngül idi. Qəti hucuma dözməyən perslər geri çəkilməyə başladı; sıralarının sıxlığına görə hərəkət azadlığından məhrum oldular və yunanların gəmilərinin qoçlarının zərbələrindən və bir biriləri ilə toğğuşmaları səbəbindən xeyli itki verdilər. Nəticədə perslər məğlub oldular. Onlar 200 gəmi itirdilər, yunanlar -40. Salamin döyüşündəki qələbə Yunan-İran müharibəsinin gedişini yunanların xeyrinə dəyişdi. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 8 səh.
Karantinnı burnu (Kalamit körfəzi)
Karantinnı burnu (ukr. Карантінний) — Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə daxil olan Kalamit körfəzinə daxil olur. Ərazisində Mirmek antik şəhəri yerləşir. Kalamit körfəzinə doğru uzanan burun Evpatoriya buxrtası ilə əhatələnir. Ərazisində Kerkinitida antik yunan şəhəri yerləşir. Burunun şimalında Evpatoriya dəniz limanı, şərqində isə çimərlik vardır. Sahilləri isə su altı və üstü daşlarla sahibdire. şimal hissəsində isə Evpatoriyaya aid yaşayış binaları vardır.
İbn Salamın elçiliyi
İbn Salamın elçiliyi və ya Məcnunun atasının elçiliyi — Nizami Gəncəvinin "Leyli və Məcnun" əlyazmasına Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Əvvəl L. Qartnerin kolleksiyasına daxil olan iki hissəli miniatür hazırda Harvard Universitetinin Artur M. Sakler muzeyində saxlanılır. == Təsvir == Miniatürdə ədəbi süjet lövhənin aşağı hissəsində - birinci planda təsvir olunur, yuxarıda isə əsas epizodla bilavasitə əlaqəsi olmayan köçərilərin həyatına aid müxtəlif məişət səhnələri verilir. Zəngin ornamentli xalçalarla bəzədilmiş yarımaçılı geniş çadırda Leylinin atası ilə İbn Salamın atası əyləşmişdir. Bu mərasimdə onların yaxın adamları da iştirak edirlər. Sol tərəfdə yemək-içmək gətirən ev xidmətçiləri, sağda isə əmrə müntəzir vəziyyətdə duran qonaq xidmətçiləri verilmişdir. Miniatürün əsas kompozisiya mərkəzini təşkil edən bu çadırın arxasında daha iki çadır görünür. İçərisi fantastik quş təsvirləri və orqament motivləri ilə bəzədilmiş çadırlardan birində Leyli və yaşlı bir qadın əyləşmişdir.Miniatürün ön planında on iki adam təsvir edilmişdir. Bütün fiqurların təfsirində canlılıq, ifadəlilik nəzəri cəlb edir. Burada bir-birindən hər tərəfli fərqlənən (mimika, hərəkət və sair) surətlərin açılması və ümumiyyətlə, elçilik səhnəsinin belə real təsviri rəssamın nə qədər istedadlı sənətkar olmasını göstərir.
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Balmain
Pierre Balmain — 1945-ci ildə Parisdə moda dizayneri Pyer Balmen tərəfindən təsis edilən Fransız moda evi. 1987-ci ildən etibarən eyni etiketlə (2001-ci ildən - Balmain kimi) Swatch Group İsveçrə qol saatı hazırlayır. == Tarix == 1945-ci ildə Fransız kutyurei Pierre Balmen Parisdə ilk butikini açdı. Yüksək moda evinin müştəriləri arasında Vivien Leigh, Jean-Paul Belmondo, Catherine Hepburn, Marlene Dietrich, Brigitte Bardot, Sophia Loren, Jennifer Jones idi. 1970-ci illərdən etibarən şirkət parfüm və aksesuar istehsal etməyə başladı. 1993-2002-ci illərdə evin dizayneri Amerika Oscar de la Renta idi. 2005-ci ildə Christophe Decarnin uğur qazanmışdı. Moda başçısı olaraq marka üçün ilk kolleksiyasında işləyən Christophe Decarnin, daha asan tələffüz üçün Balmain markasını dəyişməyə qərar verdi. 1969-cu ildə müğənni/bəstəkar Peter Sarstedt "Where Do You Go To (My Lovely)?" mahnısı ilə ilk 40 ən çox dinlənilən mahnı siyahısına daxil oldu.Birinci sətirdə Balmeyn haqqında oxuyur: "Sən Marlen Ditrix kimi danışırsan və Zizi Janmaire kimi rəqs edirsən. Paltarların hamısı Balmain tərəfindən tikilib və saçlarında brilyant və mirvarilər var .” === İndiki Tarixi === 2013-cü ildə Balmain saç baxım və qulluq məhsulları təqdim etdi.
Kalamus
Kalamus (lat. Calamus) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Kalaqain
Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. == Toponimkası == Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. Azərbaycanda Qalayın (Sabirabad rayonu), Gürcüstanda Kain Turkobo və Qain - Kort, Ermənistanda Katar-Kain, Kar əyalətində Kaindərə, Qazaxıstanda üç Kaindi və Kain. Qırğızıstanda Boston Kain, İranda Kain və b. toponimlərlə bir sıradandır. Bu toponimlərlə əlaqədar mülahizə; 1. Toponimlərdə türk dillərində Kayın (qayın) ağac növünün adı əksini tapmışdır. 2. Türkmənşəli Kain (yaxud Qain) tayfa adındandır. Başqırdlarda və Şorlarda Qain adlı tayfa vardır (yenə orada).
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Kalyazin
Kalyazin — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Karabin
Karabin- (frans. carabine, ərəb. carab-yarağ,silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Valasin
Valasin — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik. Ayrılma: {101} üzrə -mükəmməl, {010} üzrə - qeyri-mükəm­məl. Aqreqat: - kristallik qabıqcıqlar. Rəng­siz, bənövşəyi, yaşıl. Parıltı şüşəli. Sərtlik 3,5. Xüsusi çəkisi 4,48 . Zn və As-lə zəngin olan yataqların oksidləşmə zonasında tapılır.
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır. Bin sözü Azərb.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Kalmon
Kalmon (port. Calmon) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4069 nəfərdir. Ərazisi 639,528 кm²-dir. Əhalinin sıxlığı 6,4 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 9 yanvardır.
Karmin
Karmin (qida qatqısı)
Kelami
Kelami — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kelami Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 113 nəfər əhali yaşayır.
Halabın
Halabın — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 33 nəfərdir.
Adi balzamin
Adi xınagülü (lat. Impatiens noli-tangere) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinin xınagülü cinsinə aid bitki növü.