Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kallistefus
Callistephus (lat. Callistephus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yunancadan növün adı "gözəl bitki" kimi tərcümə edilir. Bu, gülün sarı mərkəz hissəsinin ağ ləçəklərlə əhatə edilməsi ilə izah olunur.Azərbaycanda dekorativ gülçülükdə onun bir növü- Çin kallistefusu (C.chinensis).Bunun çoxsaylı hibrid formaları vardır.Hazırda yabanı halda bitən bu növdən gülçülükdə istifadə olunmur.Çin astrası bir neçə qrupa bölünür:boruşəkilli astralar yığcamlığı ilə fərqlənirlər.Kürəşəkilli hamaşçiçəklilər yalnız boruşəkilli çiçəklərdən ibarətdir.Bu bitkilər qollu-budaqlı kol formasında olub,hamaşçiçəkləri ilə fərqlənirlər.Çin kallistefusunun hamaşçiçəkləri iri, sadə kürəşəkillidir.Birillik astralar fuzarioz xəstəliyinə yoluxa bilərlər.Xəstəliyin qarşısını almaq üçün toxumlarını əkindən əvvəl kimyəvi üsulla təmizləmək lazımdır.Qollu-budaqlı olması və iyunda yaxşı çiçəkləməsi üçün bitkiyə gübrə verməlidir.Astra olan əkin sahəsi vaxtaşırı alaqlardan təmizlənməlidir. == Sinonimləri == Amellus speciosus Gaterau Aster chinensis L. Aster lacinians Borbás Aster regalis Salisb. Asteriscodes chinense (L.) Kuntze Brachyactis chinensis (L.) Bureau & Franch. Callistemma chinensis (L.) Skeels Callistemma hortense Cass. Callistephus hortensis (Cass.) Cass.