Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazerta
Kazerta (it. Caserta) — İtaliyanın Kampaniya regionunda şəhər.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. == Tarixi == 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. == İstinadlar == == Ədəbiyyat == Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Luici Kapuana
Luici Kapuana (it. Luigi Capuana; 28 may 1839[…], Mineo[d], İki Siciliya krallığı[d] – 29 noyabr 1915[…], Kataniya, Kataniya əyaləti[d], İtaliya krallığı) — italyan yazıçısı və jurnalisti. == Həyatı == Luici Kapuana 28 may 1839-cu ildə Siciliyanın Mineo Şəhərində, varlı torpaq sahiblərinin birinin ailəsində anadan olmuşdur. Covanni Verqa (1840–1922) ilə birlikdə verizm ədəbi cərəyanının başçılarının biri sayılır. Gənc yaşlarından Siciliya dialektində şeirlər yazmağa başlamış, hayatının sonuna qədər poeziya və folklorla maraqlanmışdır. Kataniya Universitetinin hüquq fakültəsinə daxil olan gələcək yazıçı təhsilini yarımçıq qoyaraq dünya ədəbiyyatı, fəlsəfə və tarixlə maraqlanmağa başlayır. Siyasi baxışlarına görə əqidəli demokrat olan Luici Kapuana İtaliyanın birləşməsi uğrunda gələn Milli Azadlıq hərəkatının fəal iştirakçısı Cüzeppe Haribaldinin (1807–1882) mənəvi silahdaşı idi. 1864-cü ildə Firentseyə köçən gənc yazıçı siyasi və ədəbi salonlarda o dövrün aparıçı jurnalistləri, yazıçı və şairləri ilə tanış olur. Firentsenin liberal- antiklerikal mühiti onu həmin illərdə geniş vüsət tapmış pozitivizm fəlsəfə ilə yaxınlaşdırır. Yazıçıda bel bir əqidə formalaşır ki, milli azdlıq və sosial təqqi ideyası siyasi mübarizə yolu ilə deyil, elmin və mədəniyyətin inkişafı nəticəsində mümkündür.
Xuan Laporta
Xuan Laporta (29 iyun 1962, Barselona) — Barselona FK-nın hazırkı prezidenti. Xuan Laporta Barselonanın prezident seçkilərində dörd dəfə namizəd olub. Bunlardan üçündə qalib gəlib. O, yalnız 2015-ci ildə Xosep Bartomeuya uduzmuşdu.Laportanın 2003–2010-cu illərdə Barselona FK-ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblenib. 2009-cu ildə isə Barselona il ərzində altı kubok qazanıb və rekorda imza atıb. Laporta böyük uğurlara imza atıb.
Helix aperta
Cantareus apertus (lat. Cantareus apertus) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin cantareus cinsinə aid heyvan növü.
Ivesia aperta
Ivesia aperta (lat. Ivesia aperta) — gülçiçəyikimilər fəsiləsinin ivesia cinsinə aid bitki növü.
Japura çayı
Japura (port. Japurá, isp. Yapurá) — Kolumbiya ərazisindən başlayan çay Kaketa (isp. Caquetá) adlanır. Braziliya ərazisindən axaraq Amazon çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 1930 km, hövzəsinin sahəsi 282000 km² təşkil edir. Başlanğıcını Mərkəzi And silsiləsindən götürür. Yuxarı axarlarda Andlarda və qərb hissədə Qvineya öndağlığından Amazon düzənliyinə keçir. Düzənlikdə eni getdikcə artır. Amazonun mənsəbindən 600 km qərbdə Amazona birləşir.
Kaçura Taro
Phytoseius kapuri
Phytoseius kapuri (lat. Phytoseius kapuri) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius kapuri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Kral sarayı (Kazerta)
Kral Sarayı Kazertada (it. Reggia di Caserta) — Neapol Krallığının Burbones üçün keçmiş kral iqamətgahı idi. XVIII əsrdə Avropada yüksələn ən geniş saray və bəlkə də ən geniş quruluş hesab edilirdi. 1996-cı ildə Caserta Sarayı Ümumdünya İrs Siyahısına daxil edildi. == Tarixi == Sarayın inşasına 1752-ci ildə Napoli kralı VII Çarlz (İspaniyanın kralı III Çarlz) üçün başlanılıb. Kral binanın memarı Luigi Vanvitelli ilə yaxından əməkdaşlıq edirdi. Ancaq heç vaxt Krallıq Sarayında yatmazdı. Çünki 1759-cu ildə İspaniya kralı olmaq üçün tacından istefa etmişdi. Layihə sarayın inşasını bitirməsi üçün kralın üçüncü oğlu və varisi IV Ferdinand təhvil verildi. Memar Vanvitelli 1773-cü ildə vəfat etdi.
Anil Kapur
Anil Kapoor (hind. : अनिल कपूर , pəncab : ਅਨਿਲ ਕਪੂਰ; 24 dekabr 1959, Bombey) — məşhur hind aktyoru və prodüseridir.
Canuario Karta
Canuario Karta (it. Gianuario Carta; 1 yanvar 1931, Bitti, Sardiniya – 14 fevral 2017, Kalyari) — İtaliyalı siyasətçi, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. == Həyatı == 1931-ci ildə Bittidə anadan olmuşdur. 1968–1983-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olmuşdur. 1983–1992-ci illərdə İtaliya Senatlar Palatasının üzvü olmuşdur. 1983–1986-cı illərdə İtaliyada Tacir donanmasının başçısı olmuşdur.
Kaput (Xoy)
Kaput (fars. كاپوت‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Karina Kapur
Karina Kapur - Hindistan kino aktrisası. == Həyatı == Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır .
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Maqna Karta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bugünədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Qazı-Karta
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir. == Tarixi == At əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir. Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir.
Rac Kapur
Ranbir Rac Kapur (ing. Raj Kapoor; 14 dekabr 1924, Pişəvər, Britaniya Hindistanı – 2 iyun 1988, Yeni Dehli) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor. == Həyatı == Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.
Rişi Kapur
Rişi Kapur (4 sentyabr 1952, Bombey – 30 aprel 2020, Mumbay) — hind aktyor. == Həyatı == 4 sentyabr 1952-ci ildə Bombeydə doğulub. 30 aprel 2020-ci ildə Mumbayda vəfat edib.Rishi Raj Kapur Hindistanın Bombay şəhərində anadan olub və ailəsi Hind-Punjabi icmasına mənsubdur. Kapoor Bollivud sülaləsinin bir hissəsi olaraq, o, əfsanəvi aktyor-rejissor Raj Kapoor və Krishna Raj Kapoorun (Niée Malhotra) ikinci oğlu idi. Eyni şəkildə, ailəsi, qardaşları Randhir və Rajiv Kapoor da daxil olmaqla müvəffəqiyyətli bir aktyor dəstini əhatə edir; baba Prithviraj Kapur; ana əmiləri Prem, Rajendra və Narendra Nath, həmçinin Prem Chopra; və ata əmiləri Şashi və Şammi Kapur. Digər tərəfdən Rishi Kapoorun iki bacısına sığorta agenti olan mərhum Ritu Nanda və Rima Jain daxildir. Kapoor ailəsinin də Pakistanın Peşəvərdə yerləşən 'Kapoor Haveli' adı ilə bir əcdad evi var idi. Kapur Campion School, Mumbay və Mayo Kollecində, Ajmer'də iştirak etdi. Sonradan həyat Kapoor, həyat yoldaşı Neetu Singh və oğlu Ranbir Kapoor ilə Kapur 1980-ci ildə bir neçə filmdə işlədiyi aktrisa Neetu Singh ilə evləndi. Cütlüyün iki övladı var - oğul, aktyor Ranbir Kapur və qızı Riddhima Kapur Sahani.
Şahid Kapur
Şahid Kapur (25 fevral 1981) — tanınmış Bollivud aktyoru. Şahid Kapur karyerasına Taal (Ritm) adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlamışdır. 4 il sonra iştirak etdiyi Ishq Vishk (Romantik Sevgi) filminə görə Filmfare mükafatına layiq görülmüşdür. Ən uğurlu rolları Jab We Met (Görüşdüyümüz vaxt) və Kaminey (Əclaf) filmlərində olmuşdur. Məhz bu filmlərə görə yenidən Filmfare mükafatına layiq görülmüşdur. == Həyatı == Kapur 25 fevral 1981-ci ildə anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqas kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Onun atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olmuşdur.
Şami Kapur
Şami Kapur — Məşhur hind aktyoru. == Həyatı == O, 50-60-cı illərdə Bollivudun ən populyar aktoylarından idi. Qardaşlar Rac və Şaşi ilə tanınmış "Kapur qardaşları üçlüyü"nü təşkil etmişdilər. Şammi Kapur 14 avqust 2011-ci ildə 79 yaşında vəfat edib. Onun iştirakı ilə keçmiş SSRİ-də məşhur olan "Betaab" ("Məhəbbətin gücü") və "Vidhaata" ("Qüdrətli) filmləri çəkilib. == Həmçinin bax == Şammi Kapur görkəmli kinematoqrafiya klanının banisi, aktyor, rejissor və prodüsser Pritxviraja Kapurun oğlu və məşhur aktyor Rac Kapurun qardaşıdır.
Şammi Kapur
Şammi Kapur (21 oktyabr 1930, Bombey, Britaniya Hindistanı – 14 avqust 2011, Mumbay) bir Hindistan aktyoru və rejissorudur. Aktyorluq fəaliyyətinə 1948-ci ildən başlamışdır. Məşhur hind aktyoru Rac Kapurun qardaşı olan sənətçi 14 avqust 2011-ci ildə 79 yaşında Mumbayda böyrək çatışmazlığı səbəbiylə öldü.
Şaşi Kapur
Şaşi Kapur (Balbir Raj Prithviraj Kapoor; 18 mart 1938, Kəlkətə, Britaniya Hindistanı – 4 dekabr 2017, Mumbay) — məşhur hind aktyoru və kinorejissorudur. Baş rollarında oynadığı Junoon, Kabhie Kabhie, Deewaar, Siddhartha, Ajooba, Xəyali səadət və s. filmləri ilə tanınır. Məşhur Hind aktyoru və kinorejissoru Şaşi Kapur 2017-ci il dekabrın 4-də 79 yaşında sirrozdan müalicə aldığı Mumbayda xəstəxanada vəfat etmişdir.