Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Böyük Karlın tacı
Böyük Karlın tacı və ya Müqəddəs Roma İmperiyasının tacı (alm. Reichskrone‎) — Müqəddəs Roma imperatorlarının 11-ci əsrdən 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləvğinə qədər taxdığı tac. Tac, Roma kralları, seçildikdən dərhal sonra isə İmperator tərəfindən istifadə edildi. X əsrin sonu və ya XI əsrin əvvəllərində hazırlanmışdır. Bir çox digər taclardan fərqli olaraq, dairəvi bir formada deyil, səkkizbucaqlıdır və səkkiz menteşəli löhədən hazırlanmışdır. Tacın ön hissəsindən başlayan və arxasına qədər dəvam edən hisssənin önündə xaç yerləşir. Tac Avstriyanın Vyana, Hofburqdakı İmperiya Xəzinəsində saxlanılır. == Tarix == Tacın 10-cu əsrin sonlarında və erkən 11-ci əsrdə Qərbi Almanyada, I Otto, I Konrad və III Konradın hakimiyyəti zamanı hazırlandığı düşünülür. Bu barədə ilk qorunan qeydlərin XII əsrdən bəri eyni tac haqqında olduğunu düşünsək bunun həqiqətə uyğun olduğu düşünülür. Müqəddəs Roma İmperiyası Krallarının əksəriyyət bu tacı taxmışdır.
I Karlın atlı portreti
I Karlın atlı portreti (fr. Charles Ier à cheval avec Monsieur de Saint Antoine) - Flomand rəssam Antonio Van Deyk tərəfindən 1637-1638-ci illər ərzində çəkilmiş rəsm əsəri. Kralın bu əzəmətli portreti bizə I Karlın bütün döyüş yaraq-sursatları ilə birlikdə gözəl at belində təsvirini verir. Burada kral millətin əzmli və mənəvi öndəri kimi təqdim olunmuşdur. Kralın görünüşü qəsbkar hökmdarın Böyük ingilis möhüründəki surətindən götürülmüşdür ki, həmin möhürlə də bütün mühüm sənədlər təsdiqlənirdi, lakin portret də Bağlantı ordeni ilə təsvir olunur ki, bu da van Deykə Kralı cəngavərlər sərkərdəsi və ədalət müdafiəçisi kimi təqdim etmək imkanı verir. Atlı portret kralın mədhinə xidmət etməli idi və Uaytholl sarayının divarlarından birinin bəzədilməsi üçün nəzərdə tutulmuşdu.
III Karl (İngiltərə kralı)
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu. == Həyatı == Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
III Karl (İspaniya kralı)
III Karl (isp. Carlos Sebastián de Borbón y Farnesio) (20 yanvar 1716[…], Madrid – 14 dekabr 1788[…], Madrid) — İspaniya, Neapol və Siciliya kralı. Mütləqiyyətçi fraksiyadan olan Karl, sonsuz olan ögey qardaşı VI Ferdinandın vəfatının ardından 1759-cu ildə İspaniya taxtına əyləşdi. 1731-ci ildə 15 yaşlı Karl anasının dayısı olan Antonio Farnesinin varissiz vəfatının ardından Parma və Pyaçentsa hersoqu elan edildi. 1738-ci ildə Polşa kralı III Avqustun qızı Mariya Amaliya ilə evləndi. 19 il boyunca Neapolda yaşayan cütlüyün bu nigahdan 13 övladı dünyaya gəlsə də, bunlardan beşi uşaq yaşlarında vəfat etdi. İspaniya kralı olaraq III Karl saray gəlirlərini artıraraq ölkədəki xarici qüvvələrə qarşı güclü islahatlar apardı. Maliyyə və ticarət münasibətlərini nizama salaraq dövlətin kilsə üzərindəki nüfuzunu artırdı. Yezuitlər imperiya torpaqlarından sürgün edildi. İspaniya ordusu və donanması böyüdüldü.
II Karl (İngiltərə kralı)
II Karl (ing. Charles II of England) (d. 29 may 1630 – ö. 6 fevral 1685) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, I Karlın oğlu olaraq Sent-Ceyms sarayında dünyaya gəldi. Atasının edamından bir neçə gün sonra 5 fevral 1649-cu ildə Şotlandiya parlamenti tərəfindən Şotlandiya kralı elan olundu. Buna baxmayaraq İngiltərə artıq Kromvel tərəfindən respublika olaraq idarə edilirdi və bu səbəblə taxta çıxdıqdan sonra atasının parlamentlə olan mübarizəsini davam etdirdi. 3 sentyabr 1651-ci ildə baş tutan son döyüşdə məğlub olan II Karl Avropaya qaçdı və növbəti 9 ili Fransa və Hollandiyada keçirdi. Şotlandiya isə Kromvelin diktaturası altına keçdi. 1658-ci ildə Kromvelin ölümünün ardından başlayan siyasi qarışıqlıq İngiltərədə monarxiyanın bərpası ilə nəticələndi və II Karl vətənə dəvət olundu.
II Karl (İspaniya kralı)
II Karl (isp. Carlos II) və ya Ovsunlu Karl (isp. Carlos el Hechizado) (6 noyabr 1661[…], Madrid – 1 noyabr 1700[…], Madrid) — Habsburq sülaləsinə mənsub son İspaniya kralı. Fiziki qüsurları və ölümünün ardından başlayan taxt mübarizəsi ilə İspaniya tarixində məşhurlaşmışdır. 2 dəfə evlənməsinə baxmayaraq övladı olmamış, 1700-cü ildə vəfatının ardından bacısı Mariya Tereza və Fransa kralı XIV Lüdovikin şəcərəsindən Anjulu Filipp İspaniya taxtına gətirildi. == Hakimiyyət illəri == İspaniyada II Karlosun səltənət illəri çox iztirablı keçmişdi. İqtisadiyyat pisləşdi, qıtlıqlar başladı və monarxiyanın gücü zəiflədi. Karlosun ölkəyi idarə edə bilməməsi ciddiyə alınmamasına səbəb oldu. Ölkə əsasən Fransanın təsiri altında qaldı. Hökmdarlığı, İspaniyanın gücünü və prestijini bir xeyli sarsmışdı.
IV Karl (İspaniya kralı)
IV Karl (isp. Carlos Antonio Pascual Francisco Javier Juan Nepomuceno José Januario Serafín Diego de Borbón y Sajonia) (11 noyabr 1748, Portiçi, Kampaniya – 20 yanvar 1819, Roma) — İspaniya kralı. Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Atasının ikinci oğlu olmasına baxmayaraq İspaniya taxtının varisi — infant elan edildi. Çünki III Karlın ilk oğlu Antonio əqli xəstə idi və taxt sırasından çıxarılmışdı. 1788-ci ildə atasının vəfatının ardından İspaniya taxtına əyləşən Karlın səltənəti İspaniya tarixi üçün dönüm nöqtəsi oldu. Belə ki, böyük oğlu və varisi olan İnfant Ferdinand 1807-ci ildə tərtib etdiyi saray çevrilişi ilə atasını hakimiyyətdən devirdi. 1808-ci ilin martında tərəflər arasında bağlanan sazişə əsasən IV Karl öz istəyilə taxtdan çəkildi və oğlu VII Ferdinand adıyla taxta çıxdı. Üstəlik ata-oğul arasında vasitəçi olan, dövrün hegemon qüvvəsi Napoleon Bonapart qardaşı Jozefi də İspaniya taxtının varisliyinə gətirtdi.
I Karl (İngiltərə kralı)
I Karl (ing. Charles I of England) (19 (29) noyabr 1600[…], Danfermlin sarayı[d], Fayf[d] – 30 yanvar (9 fevral) 1649[…], London) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, Şotlandiya kralı VI Ceymsin oğlu olaraq Danfermlin sarayında dünyaya gəldi. 1603-cü ildə atasının taxta çıxmasıyla İngiltərəyə gətirildi və bundan sonrakı həyatını burada yaşadı. Uels şahzadəsi olan qardaşı Henri Frederikin tifus xəstəliyi səbəbilə vəfatının ardından 1612-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya taxtlarının varisi elan olundu. 1623-cü ildə baş tutan və 8 ay davam edən İspaniya səyahəti əsnasında kralın bacısı Mariya Anna ilə evlənməsi müzakirə edilsə də, bu cəhd nəticəsiz qaldı. Səyahətdən 2 il sonra Burbon ailəsindən Henretta Mariya ilə evləndirildi. 1625-ci ildə taxta keçdikdən sonra monarxın səlahiyyətlərini məhdudlaşdıran İngiltərə parlamenti ilə münasibətləri pisləşdi. I Karl ölkəni öz vicdanıyla idarə etmək arzusunda idi və bu səbəblə ölkəni ikiyə ayırdı. Katolik bir xanımla evlənməsi və katolik məzhəbinə bəzi dini azadlıqlar verməsi ölkədəki digər dini qrupları qorxuya saldı.
VIII Karl (Fransa kralı)
VIII Çarlz (fr. Charles VIII) və ya Gülərüz Çarlz (fr. Charles l'Affable; 30 iyun 1470 və ya 1470, Ambuaz[d] – 7 aprel 1498 və ya 1498, Ambuaz[d]) — Fransa kralı. Atası XI Lüdovikin ölümünün ardından 1483-cü ildə hələ 13 yaşında ikən taxta çıxdı. Azyaşlı olduğu üçün böyük bacısı Anna və əri Burbon hersoqu Pyotr kral naibi olaraq 8 il boyunca ölkəni idarə etdi. Onların naibliyi dövründə ölkənin güclü zadəganları mərkəzi hakimiyyətə qarşı ayaqlandı və Dəlisov müharibə olaraq adlanan çatışmada monarxiya birlikləri qalib gəldi. == Həyatı == Çarlz 1491-ci ildə Avropanı alt-üst edən bir addım atdı və Bretanlı Annayla gizlicə evləndi. Skandala səbəb isə Annanın Müqəddəs Roma imperatoru I Maksimilyanla 1490-cı ildə vəkalətən nigahlanmış olması idi. Ancaq o əsnada gəlinin 13 yaşı olduğu üçün imperatorun yanına göndərilməmişdi. Bu səbəblə ilk nigahı tamamlanmamış hesab olundu.
VII Karl (Fransa kralı)
VII Çarlz (fr. Charles VII) və ya Müzəffər Çarlz (fr. Charles le Victorieux) (d. 22 fevral 1403 - ö. 22 iyul 1461) — Fransa kralı. Çarlz Yüzillik müharibənin ortasında Fransa üçün olduqca çətin bir dönəmdə taxta çıxdı. İngiltərə kralı və Burqundiya hersoqunun müttəfiq birlikləri paytaxt Paris və Fransa krallarının ənənəvi tacqoyma mərasimlərini keçirdiyi Reyms şəhəri də daxil olmaqla, bütün şimali Fransanı işğal etmişdi. Bundan başqa atası VI Çarlz 1420-ci ildə onu varislikdən çıxarmış, onun yerinə İngiltərə kralı V Henri və onun şəcərəsini Fransa taxtının varisi elan etmişdi. Digər tərəfdən ölkənin daxilində də yerli zadəganlar arasında siyasi mübarizə və silahlı çatışmalar davam edirdi. Paytaxt ələ keçirildiyi üçün kral sarayı Luara çayı sahilindəki Burj şəhərinə köçürüldü və bu səbəblə onu Burj kralı adlandırdılar.
VI Karl (Fransa kralı)
VI Çarlz (fr. Charles VI) və ya Dəli Çarlz (fr. Charles le Fol) (d. 3 dekabr 1368 - ö. 21 oktyabr 1422) — Fransa kralı. Öz əqli zəifliyi və bəzi psixiatrik tutmaları ilə iqtidar gücü zəifləməyə başladı. Azenkur döyüşündəki ağır məğlubiyyətinin ardından İngiltərə kralı və kürəkəni olan V Henrini öz varisi elan etməyə məcbur oldu. Üstəlik onu kral naibi edərək krallığı bilavasitə ingilislərə təslim etdi. Buna baxmayaraq V Henri ondan bir neçə ay öncə vəfat etmiş, bu səbəblə ölkədəki Valualılar ingilislərə qarşı siyasi mübarizəni davam etdirdilər. == Həyatı == == Mənbə == Potter, Philip J., Kings of the Seine: The French Rulers from Pippin III to Jacques Chirac, 2006, PublishAmerica, Baltimore, ISBN 978-1-4137-8857-0 William W. Kibler; Grover A. Zinn (1995).
V Karl (Fransa kralı)
V Şarl (fr. Charles V Fransızca tələffüz: [ʃaʁl sɛ̃k]) və ya Müdrik Şarl (fr. Charles le Sage Fransızca tələffüz: [ʃaʁl lə saʒ]) (d. 21 yanvar 1338 - ö. 16 sentyabr 1380) — Fransa kralı. Onun səltənəti Yüzillik müharibənin əvvəllərində uğurlu bir fransız qələbəsi ilə fərqlənir. Onun hərbi əməliyyatları nəticəsində ingilislər tərəfindən ələ keçirilən bir çox bölgə geri alındı və sələflərinin bəzi hərbi itkilərini uğurla bərpa etdi. Atası II Conun 1356-cı ildə Puatye döyüşündə əsir düşməsinin ardından Şarl Fransa kral naibi təyin edildi. Krallığın düşdüyü siyasi və iqtisadi çətin vəziyyətdə Şarl ilk öncə vergiləri artırdı. Nəticədə Navarra kralı Qəddar Şarlın rəhbərlik etdiyi zadəgan qrupu, fransız burjuaziyası və kəndli üsyanlarıyla qarşılaşdı.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Varlı
Varlı (Salyan)Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Karl
Karl — kişi adı. Karl Qulbrandsen — Norveçli kişi velosipedçi. Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Karl Llevellin — Amerika mülki hüquq mütəxəssisi. Karl Lundquist — İsveçli kişi velosipedçi. Karl Manneim — Macarıstan filosofu və siyasətçisi. Karl Olsen — Norveçli kişi velosipedçi. Karl Rayner — ABŞ aktyoru. Karl Rulye — Bioloq, tibb elmləri doktoru, Moskva Universitetinin professoru. Karl Veyerştrass — Məşhur alman riyaziyyatçısı Karl Vilhelm Şeyele — isveç kimyaçısı.
Almanların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Barlı bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bavariya kralı
Bavariya kralı — krallığın ləğv edildiyi 1805-ci ildən 1918-ci ilə qədər Bavariya Krallığı kimi tanınan regionda Bavariyanın irsi Vittelsbax sülaləsi hökmdarlarına məxsus bir titul idi. == Tarixi == Napoleon ilə Müqəddəs Roma İmperatoru II Frans arasında 26 dekabr 1805-ci ildə bağlanmış Pressburq müqaviləsinin şərtlərinə əsasən, Napoleona müttəfiq olan bir neçə hersoqluq krallıq statusuna yüksəlmişdi. Bunlardan ən güclülərindən biri Bavariya hersoqu IV Maksimilian İosif idi və bu müqavilədən sonra 1 yanvar 1806-cı ildə o, rəsmi olaraq Bavariya kralı I Maksimilian İosif titulunu aldı. O, Vittelsbax sülaləsinin Pfalz-Birkenfeld qolunun üzvü idi. Maksimilianın varisləri alman millətçiliyinə müqavimət göstərdilər və Bavariya rəhbərləri tədricən Almaniya ittifaqında Prussiya və ya Avstriya tərəfindən təhlükə hiss edən kiçik dövlətlərin himayədarına çevrildi. Dini əlaqələr və cənubi alman dili Avstriya-Prussiya müharibəsində məğlub olana qədər dövləti daha çox Avstriya ilə əlaqələndirdi. Kral II Lüdviq 22 avqust 1866-cı ildə Prussiya ilə ittifaq imzaladı və faktiki olaraq Bavariyanın müstəqilliyindən imtina etdi. 23 noyabr 1870-ci il tarixli müqavilə ilə Bavariya yeni Alman İmperiyasına birləşdirildi, lakin nisbətən böyük dərəcədə öz muxtariyyətini qorudu. Bavariya kralları titullarını qoruyub saxladılar, ayrıca diplomatik və hərbi korpuslar saxladılar. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra 1918-ci ilin noyabrında Almaniya İmperiyası ləğv edildikdə, Bavariyanın sonuncu kralı III Lüdviq də taxtdan salındı.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Carlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Dəniz kralı
Dəniz kralı (Qədim skan. Sækonung) - Qədim Skandinaviyada güclü dəniz qulduru vikinqlərə verilən ad. Dəniz kralları əsasən ya hökmdarların övladları ya da "torpaqsız hökmdarlar" olurdu. Torpaqsız hökmdarlar bəzən o qədər güclənirdi ki, dənizdən başqa ölkələri işğal edib özlərini kral elan edə bilirdilər. İsveç kralı Östeni yandıraraq hökmdar olan dəniz kralı Sölve yaxud «Danların əməlləri» əsərində adı keçən İsveç kralı Huqleiki öldürən dəniz kralı Haki buna nümunə göstərilə bilər. Snorri Sturlusonun Nəzm Eddasında bəzi dəniz krallarının adları keçir.
Futbol kralı
Futbol kralı (türk. Gol kralı) — Türk yazıçı Əziz Nesinin satirik romanıdır. Əsərdə sadəlövh, utancaq bir gəncin - Səidin həyatından, məhəbbətindən bəhs edilir. O, öz məhəbbətinə qovuşmaq naminə futbol ulduzu olmağa çalışır və məqsədinə çatır. Romanda idman dünyasındakı çirkli işlər, "futbol xəstəliyi" satirik qələmlə təsvir olunmuşdur. == Qısa məzmunu == == Personajlar == Səid Kürənoğlu (orijinalda Səid Sarıoğlu) Sevim Atəşfəşan Divar Əhməd Doktor Rəfiq Bərrin xanım Madmuazel Anjel Hasib Atəşfəşan Məchurə Atəşfəşan Çərənçi Dündar Kəmənd Erol Tompson İspan Aysel == Maraqlı məlumatlar == Əsərin türk dilindəki orijinal adı "Qol kralı"dır (Bəzi nəşrlərdə "Qol kralı Səid Hopsəid" də qeyd olunur). Əsər Azərbaycan dilinə İsmayıl Şıxlı və Elçin Şıxlı tərəfindən tərcümə olunmuş, 1988-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Roman əsasında 1980-ci ildə "Qol kralı" komediya filmi çəkilmiş, baş rolu Kamal Sunal ifa etmişdir.
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Karbi
Karpi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd birləşdirilmiş və Karpi kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim türk dilində "şəhər", "qala", "möhkəmləndirilmiş yer" mənasında işlənən kar sözünə -pi şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. "…pi Bisitun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi "p", "ap", "pe", "pi" şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənıniş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını ifadə etmişdir. Relyef əsasında yaranan düzəltmə sözdür. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Ehtimal ki, Karbi mahalından çıxmış ailələrin özləri ilə apardıqları addır.
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Karri
Karri - Pakistan mətbəxdə Karri adətən ətirli ədviyyat qarışığı ilə qarışdırılır və bir qayda olaraq süfrəyə düyü ilə verilir. Karriyə əlavə olunan qarışıqlar da karri adlanır. Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Kartli
Kartli (gürcücə: ქართლი) – Gürcüstanın şərq hissəsində yerləşən tarixi bölgəsidir. XV əsrdə Gürcüstan Krallığı parçalanmışdır. Bu parçalanmadan sonra, Kartli bölgəsi paytaxt şəhəri Tbilisi olmaqla ayrıca bir krallıq olmuşdur. Kartli vilayətinin mərkəzi şəhəri Tbilisi hesab olunur.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Aşağı Kartli
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir. == İnzibati bölgü == İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı == Əhalisi == 01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.