Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • KEYKAVUS

    hökmdar Kavus, padşah Kavus

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • SƏYAVUŞ

    qara atlı, qara ata minmiş

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • QAZANCLI

    ...Gəlirli, mədaxilli, faydalı, istifadəli, mənfəətli. Qazanclı iş. – Keykavusun din xadimlərinə münasibəti də qəribədir. O, din xadimi olmağı ən faydal

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • EDAM

    ...cəza olaraq öldürmək, yox etmək, ölüm cəzasını yerinə yetirmək. [Vəzir Keykavusa:] Bəli, hərəmdir, əvət, edam etsəniz; Müztərib olacaq bundan ölkəmiz

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞAN₁

    ...şöhrətin; Bir de, qoç Koroğlu, nədən məlulsan? “Koroğlu”. [Cəngavər:] Səyavuş bu yurdun fəxri, şanıdır. H.Cavid.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DİLƏK

    ...biz kimi ürəyi; Bir arzusu, bir eşqi, bir diləyi. A.Səhhət. [Südabə Səyavuş haqqında:] Bir diləyim varsa, – onun vüsalı. H.Cavid. [Xədicənin] hansı x

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • FƏXR

    ...Övlad atanın fəxridir. Doğma Vətənin fəxri. – [1-ci cəngavər:] Səyavuş bu yurdun fəxri, şanıdır. H.Cavid. Kazımın … üzündə bir fəxr duyğusu ifadə olu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ELÇİ

    ...yoxdur. (Ata. sözü). Çindən gələn elçiyiz; Gətirmişiz xaqandan; Keykavusa ərməğan. H.Cavid. 4. Ümumiyyətlə, nümayəndə mənasında. Qabaq cərgələrdə əmi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏYRİ

    ...əşar yazım; Bədi bəd, əyrini əyri, düzü həmvar yazım. M.Ə.Sabir. [Keykavus şah:] Çarə bul, seçilsin doğru əyridən. H.Cavid. [Vəzir:] Belə olar əyyar

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜSTÜN

    ...qalib. □ Üstün gəlmək – qalib gəlmək, qələbə çalmaq. [2-ci cariyə Səyavuş haqqında:] Qəhrəmandır, üstün gəlir aslana! H.Cavid. Kərim baba sükutla baş

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • YERSİZ

    ...Xeyr, şahım, aldırma! Yersizdir bu iztirab; Rüstəm dursun, onlara; Səyavuş verir cavab. H.Cavid. [Soltan:] Sənin atan da, əmilərin də yersiz inadkarl

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KƏLLƏ

    ...Bir böyük quş qonaraq bürcünə gördüm Tusun; Süzərək kəlləsini pəncədə Keykavusun. H.Cavid. [Həyat:] Sən lap filosof olmusan. Hamlet kimi çürümüş kəll

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İÇ

    ...şeyin həqiqi mahiyyəti, batini, gözə görünməyən daxili cəhəti, halı. [Səyavuş:] Heç yalan deyilmiş anamın sözü; Başqa imiş sarayların iç üzü. H.Cavid

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DURMAQ

    ...Tanımaq bir yana dursun, heç adını eşitməmişəm. – Rüstəm dursun, onlara Səyavuş verir cavab. H.Cavid. 29. İnkar şəklində: durmamaq – dayanmamaq, qalm

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏL

    ...Çəmənzəminli. Əla salma daha bir bunca əvamı, mən ölüm; Nəql edib Rüstəmü Keykavusü Sami. mən ölüm. Ə.Nəzmi. Ələ tapşırmaq – əmanət vermək, saxlamaq

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
I Keykavus
I Keykavus – Şirvanşahlar dövlətinin otuzuncu hökmdarı, Şirvanşah III Axsitanın oğlu. == Fəaliyyəti == III Axsitanın ölümündən sonra Şirvanda, onun oğlu Keykavus ibn III Axsitan hökmranlıq etmişdir. Akademik Dorn özünün yol qeydlərində Pir Hüseyin xanəgahındakı h.693 (1293/4)-cü ilə aid kitabədəki aşağıdakı adların çəkildiyini xatırlayır: Məlik Keykavus ibn Güştəsb ibn Axsitan, rəcəb 693 (iyun, 1294)-cü il. Dorn kitabənin məzmununu vermir və "məlikin adının oxunmasında xeyli tərəddüd edir". Minarənin şərq tərəfindəki bu ikisətirlik kitabəni oxuyan Ə.Ə.Səidzadə yazır: "Nəticə olaraq xanəgahdakı Pirhüseyn Şirvaninin (Şirvanın) adı çəkilən bir kitabəyə diqqət yetirək. Bu, minarənin şərq tərəfindəki ikisətirlik kitabədir. 1. "Be-name-Allah dər əhdi şahi-adil Keykavus, qədri-zeydə adilə, in imarəti-minarəra dər xaneqahi şeyxi pir Şirvanan Pirhüseyn, qüds ül-Allahi rühə". "Allahın adı ilə. Adil şah Keykavus (Allah onun ədalətini daha da artırsın) zamanında pir Şirvanının şeyxi Pirhüseyn xanəgahında (Allah onun ruhunu müqəddəsləşdirsin) bu minarənin tikilməsini..." "İkinci sətir bir neçə söz istisna olmaqla tam oxunmamışdır".
II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu. 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur. == Həyatı == II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir.
I İzzəddin Keykavus
I İzəddin Keykavus (bilinmir – 1220) — Hakimiyyəti dövründə ölkə ərazisini dənizlərə açıb ticarətini genişləndirmiş, Kilikiya Erməni Çarlığını, Trabzon İmperiyasını Artuqlu bəyliyinə birləşdirib. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === I Qiyasəddin Keyxosrovin böyük oğludur.
Səyavuş (pyes)
Səyavuş — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1932–1933-cü illərdə yazdığı, "Şahnamə" poemasının süjetlərindən birinin təsvir edildiyi əfsanəvi-tarixi (xalq-qəhrəmanı), beş pərdəli faciə (şeirlə-dram). Əsər böyük fars şairi Firdovsinin 1000 illiyinə həsr edilib. 1934-cü ildə pyes nəşr olunub. Bu əsərlə özünü peşəkar rejissor kimi göstərən İsmayıl Hidayətzadə tərəfindən səhnəyə qoyulub. == Süjeti == Hüseyn Cavid "Səyavuş" faciəsini Firdovsinin "Şahnamə" eposundakı "Səyavuş və Südabə" dastanının motivləri əsasında qələmə alıb. Pyesin baş qəhrəmanı Siyavuşdur. Tamaşanın mərkəzində insanın son məqsədi, xoşbəxtlik, həyatın mənası haqqında dərin fəlsəfi düşüncələrə sadiq olan gənc Siyavuşun taleyi dayanır. Əsərdə H.Cavidin məqsədi Firdovsinin "Səyavuş və Südabə" dastanında qələmə aldığı bütün epizodları başqa bir şəkildə verib. O, şahların zülmü, Südabənin qeyri-əxlaqi eşqi, Gərsivəzin hiyləğərliyi, şahların cəmiyyətdəki zalım mövqeyi və s. məsələləri qabartmaq, öz bəşəri ideyalarını qabarıq bir şəkildə ifadə edib.
Səyavuş Aslan
Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı. == Həyatı == Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Səyavuş Aslanov
Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı. == Həyatı == Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Səyavuş Hüseynli
Hüseynli Səyavuş Kərim oğlu (2 sentyabr 1971, Kirovabad) — Azərbaycan aktyoru, teleaparıcısı, rejissoru; "SOY production"nın bədii rəhbəri və həmtəsisçisi. "BİZ+" jurnalının baş redaktoru (2007–2011). == Həyatı == Səyavuş Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultasinə daxil olub, 1992-ci ildə universiteti bitirib. 1993–1996-cı illərdə hərbi xidmətdə olub. === Ailəsi === Ailəlidir. 2 övladı var. == Yaradıcılığı == İlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub. 1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" teatrında aktyor kimi fəaliyyətə başlayıb (1989–1992). Teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb.
Səyavuş Həsənov
Səyavuş Həsən oğlu Həsənov (20 yanvar 1964, Yengicə, Noraşen rayonu – 25 iyun 1992, Qırmızıkənd, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirir. Daha sonra hərbi xidmətə çağırılır və Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedir. 1990-cı il 20 Yanvar hadisələrini eşidən kimi o Bakıya qayıdaraq Xalq Hərəkatına qoşulur. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olur. == Döyüşlərdə iştirakı == Səyavuş Goranboyda, Şuşada, Gədəbəydə uğurla vuruşaraq düşmənə öz gücünü göstərmişdi. 1992-ci il onun tərkibində olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd (Tərtər) düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi ki güclü atəş səsləri eşidildi erməni tankı lap yaxında idi Səyavuş qumbaraatanla tankı vurur və ermənilərin tankını döyüş meydanında alov bürüyür, döyüşün gedişində onun silahı və mərmisi tükənir döyüşün qızğın bir vaxtında silahsız qalan Səyavuş qəfildən yerə sərilir vətənimizin cəsur övladı sonuncu dəfə doğma Qarabağın səmasına baxdı. Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.
Səyavuş Kəlbalıyev
Səyavuş Hümbət oğlu Kəlbalıyev (16 oktyabr 1987; Horovlu, Cəbrayıl rayonu, Azərbaycan — 29 sentyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyavuş Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almışdır. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təhsilini davam etdirmişdir. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == 2009-cu ildə ali hərbi məktəbi bitirən Səyavuş Kəlbalıyev leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 2009-2010-cu illərdə Sərhəd Qoşunlarının Təlim Tədris Mərkəzində ixtisasartırma kursunu keçdikdən sonra hərbi vəzifəsinə başlamışdır. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçmişdir, xidmətini xüsusi hərbi hissədə davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.
Səyavuş Kərbalıyev
Səyavuş Hümbət oğlu Kəlbalıyev (16 oktyabr 1987; Horovlu, Cəbrayıl rayonu, Azərbaycan — 29 sentyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyavuş Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almışdır. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təhsilini davam etdirmişdir. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == 2009-cu ildə ali hərbi məktəbi bitirən Səyavuş Kəlbalıyev leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 2009-2010-cu illərdə Sərhəd Qoşunlarının Təlim Tədris Mərkəzində ixtisasartırma kursunu keçdikdən sonra hərbi vəzifəsinə başlamışdır. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçmişdir, xidmətini xüsusi hərbi hissədə davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.
Səyavuş Kərimi
Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatoriyasının rektoru. == Həyatı == Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib. S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s.
Səyavuş Kərimov
Səyavuş Məmmədov
Səyavuş Məmmədov — Əməkdar telejurnalist, "Azərbaycantelefilm" yaradıcılıq birliyinin direktoru (2003-2019). == Həyatı == Əməkdar jurnalist Səyavuş Məmmədov «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin direktoru idi (2003-2019). == Mükafatları == Əməkdar Jurnalist — 23.12.1976 == Filmoqrafiya == Dəvətnamə (film, 2003) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Qəmbər Hüseynli (film, 2007) Rənglərdə yaşayan kino (veriliş, 2009) Silinməyən izlər... (film, 2011) Hər filmimdə özümü görürəm. Eldar Quliyev (film) Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012) Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012) Kinoya böyük sevgilərlə...
Səyavuş Məmmədzadə
Məmmədzadə Səyavuş İmran oğlu (2 oktyabr 1935, Bakı – 3 sentyabr 2022) — şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1964). "Əməkdar incəsənət xadimi" (27.01.2003). == Həyatı == Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953–1958). Ədəbi fəaliyyətə tələbəlik illərindən başlamışdır. "Sınaq" adlı ilk şeiri və A. Əlizadənin şeirinin rus dilinə tərcüməsi 1956-cı ildə universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi işləmişdir. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirmişdir (1959–1966). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri (1967–1976), Azərbaycan Yazıçılar Birliyində referent-məsləhətçi (1977–1995) vəzifəsində işləmişdir.
Səyavuş Sərxanlı
Səyavuş Sərxanlı — Şair, publisist, 1971-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1977–1985), "Məmməd Araz" (1991), "Nəcəf Nəcəfov" (2000), Ümumittifaq N.Ostrovski (1980) mükafatları laureatı. == Həyatı == Sərxanlı Səyavuş Əli oğlu 1942-ci il fevralın 28-də Şəmkir rayonunun Sərxan kəndində (indiki Şəmkir şəhəri salınan ərazidə) dəmirçi ailəsində anadan olmuşdur. Nizami adına Şamxor şəhər orta məktəbini qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutuna daxil olmuşdur. Lakin öz arzusu ilə təhsili yarımçıq buraxıb istehsalat və mədəniyyət sahələrində çalışmışdır: taun əleyhinə səyyar mübarizə dəstəsində (Şamxor-Ağcabədi), 23 saylı Yevlax tikinti idarəsində fəhlə, Nizami adına Şamxor şəhər orta məktəbində çilingər-montyor, Şamxor şəhər pionerlər evi uşaq xorunun dirijoru, mədəniyyət evi dram dərnəyinin rəhbəri, "Ulduz" rayon qəzetində korrektor olmuşdur. ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1962–1967). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, ilk qələm təcrübələrini "Qırmızı Şamxor" rayon qəzetində çap etdirmişdir. Lakin 1961-ci ildə "Azərbaycan gəncləri" qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdi-matı ilə "Cığır" və "Səslədi məni" şeirlərinin dərc olunması onun poetik yaradıcılığında dönüş yaratmışdır. Poetik tərcümə ilə də məşğuldur. "Ulduz" jurnalında ədəbi işçi, nəsr, poeziya şöbəsinin müdiri işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin göndərişi ilə Moskvaya – SSRİ Yazıçılar Birliyinin M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ali ədəbiyyat kurslanna təhsil almağa getmişdir (1980).
Səyavuş Şəfiyev
Səyavuş Məmməd oğlu Şəfiyev (1 sentyabr 1937, Qaryagin – 24 noyabr 2001, Moskva) — Azərbaycan aktyoru, sirk ustası, Azərbaycan SSR əməkdar artisti (1979). == Həyatı == Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr 1937-ci ildə anadan olmuşdur. Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edir. Moskvaya gəzməyə gələn S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar. 1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populayrlıq qazanır.