Səyavuş Hümbət oğlu Kəlbalıyev (16 oktyabr 1987; Horovlu, Cəbrayıl rayonu, Azərbaycan — 29 sentyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
Səyavuş Kəlbalıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Horovlu, Cəbrayıl rayonu, Azərbaycan |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Dəfn yeri | Bakıxanov qəsəbəsi Şəhidlər məzarlığı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2008-2020 |
Rütbəsi | Mayor |
Vəzifəsi | kəşfiyyat rəisi |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Səyavuş Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur.[1] İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almışdır. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təhsilini davam etdirmişdir. Ailəli idi. 2 övladı yadigar qaldı.
2009-cu ildə ali hərbi məktəbi bitirən Səyavuş Kəlbalıyev leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 2009-2010-cu illərdə Sərhəd Qoşunlarının Təlim Tədris Mərkəzində ixtisasartırma kursunu keçdikdən sonra hərbi vəzifəsinə başlamışdır. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçmişdir, xidmətini xüsusi hərbi hissədə davam etdirmişdir.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Başlayan döyüşlər zamanı Səyavuş Kəlbalıyev kəşfiyyat rəisi olaraq Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kərbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kərbalıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kəlbalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kəlbalıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]