Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiçilmə
Kiçilmə (fr. décroissance; ing. degrowth) — uzunmüddətli perspektivdə sosial rifahı təmin etmək üçün iqtisadiyyatın həcminin azaldılması zərurətini irəli sürən sosial-iqtisadi konsepsiya. Böyümə yönümlü bir iqtisadiyyatdakı tənəzzüldən fərqli olaraq, böyümə əleyhinə, vaxtın boşaldıldığı üçün xoşbəxtlik və rifah səviyyəsini maksimuma çatdırmaq məqsədi ilə hədəfli bir iqtisadi və sosial dönüşüm nəzərdə tutulur. Fərdi istehlakın azaldılması və ictimai əməyin səmərəli təşkili ilə sənət, musiqi, ailə, mədəniyyət və cəmiyyətə həsr olunur. == Tarixi == Kiçilmə konsepsiyası (fr. décroissance) ilk dəfə Fransız filosofu Andre Qorts tərəfindən 1972-ci ildə formalaşdırılmışdır; digər Fransız müəlliflər tərəfindən, Roma Klubunun "İnkişafın sərhədi" hesabatının eyni 1972-ci ildə yayımlanmasından sonra istifadə olunmağa başladı. Qortsun özü, 1971-ci ildə böyük bir işi olan Entropiya Qanunu və İqtisadi Prosesini nəşr etdirən Nikolas Corcesku-Reqenin əsərlərindən ilham almışdır. == Fiziki əsaslar == Mövcud emissiya səviyyəsini qoruyarkən CO2 emissiya büdcəsinin tükənmə vaxtı. Artım əleyhinə müdafiəçilər üçün əsas məqam iqtisadi fəaliyyət miqyasını məhdudlaşdıran ekoloji məhdudiyyətlərin mövcudluğunun tanınmasıdır.
Dirilmə (roman)
Dirilmə (rus. Воскресение) — Lev Tolstoyun ilk dəfə 1899 – cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığında nəşr edilmiş sonuncu böyük əsəridir. Əsər ilk dəfə Niva həftəlik jurnalında hissələr şəklində nəşr edilmişdir. Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. == Məzmunu == Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur.
Matris: Dirilmə
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — ABŞ elmi fantastika filmi. Matris: Çevriliş (2003) filminin davam filmidir.
Dirilmə (Lev Tolstoy)

Corco de Kiriko
Corco de Kiriko (it. Giorgio de Chirico) — italyan boyakarı, qrafik, heykəltaraş, səhnəqraf və yazıçı, metafizik rəngkarlığın banisi. == Yaradıcılığı == 1905-ci ilədək Afina Politexnikumunda, sonra Münhendə Rəssamlıq Akademiyasında (1906-1909) təhsil almışdır. Yaradıcılığına M.Böklin, M.Klinger sənətinin güclü təsiri ("Lapiflərin kentavrlarla döyüşü", 1909, Müasir İncəsənət Qalereyası, Roma) olmuşdur. == Sərgilərin kataloqu == Giorgio de Chirico: Catalogo generale/Claudio Bruni Sakraischik, Isabella Far, eds. Milano: Electa, 1971—1983 Giorgio De Chirico, 1888—1978: Galleria nazionale d’arte moderna, Roma, 11 novembre 1981-3 gennaio 1982/ Pia Vivarelli, ed. Roma: De Luca, 1981 Giorgio de Chirico: post-metaphysical & baroque paintings, 1920—1970/ Claudio Bruni Sakraischik a.o., eds. New York: Robert Miller, 1984. == Ədəbiyyat == Baldacci, Paolo & Fagiolo Dell’Arco, Maurizio (1982), Giorgio de Chirico Parigi 1924-1930, Galleria Philippe Daverio, Milano Brandani, Edoarto (a cura di), Di Genova, Giorgio, Bonfiglioli, Patrizia (1999), Giorgio de Chirico, catalogo dell'opera grafica 1969-1977, Edizioni Bora, Bologna Bruni, C., Cat. generale di opere di Giorgio de Chirico, Milano 1971-74 Ciranna, A., Giorgio de Chirico.
Girişmə, öldürər! (film, 1990)
== Məzmun == Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə "Azərbaycan" gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib "Şimşimə" kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Fətəliyev, Pavel Kotorobay Quruluşçu rejissor: Cahangir Mehdiyev Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Quruluşçu rəssam: Fikrət Ələkbərov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Mahnıların mətni: Ramiz Rövşən Montaj edən: Tamilla Muxtarova Kaskadyor: Əli Məmmədov === Rollarda === Həsənağa Turabov — Həsən Rasim Balayev — kapitan Rasim Səyavuş Aslan — Səyavuş Zemfira Nərimanova — Zemfira Lətifə Əliyeva — falçı Tələt Rəhmanov — Tələt Əjdər Həmidov — Əjdər Mirzə Babayev — general Rövşən Məmmədov — Qreqo Saleh Sadıqov — sərnişin Nizami Mirsalayev — sürücü Nizami İsmayılov — kapitan köməkçisi Mamuka Kikaleyşvili (Mamuka Kikaleşvili kimi) — sərnişin Əli Məmmədov === Filmi səsləndirən === Yaşar Nuri — general (Mirzə Babayev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Girişmə, öldürər! (film, 1991)

Hellouin: Dirilmə (film, 2002)
Hellovin: Dirilmə (ing. Halloween: Resurrection) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmi. == Məzmun == Hellovin gecəsində yerli psixiatrik xəstəxanada bir neçə qətl hadisəsi baş vermişdir. Zərər çəkmişlər sırasında iyirmi dörd il əvvəl qardaşı Maykl Mayers tərəfindən təşkil edilmiş qətllərdən sağ çıxan Lori Strouddur. Hadisələrdən məlum olmuşdur ki, Maykl Mayers polisin üzərinə hücum edən zaman ona maskasını taxmışdır. Bu zaman Lori həmin polisi Maykl Mayers zənn edərək onu öldürmüşdür. Maykl bu hadisədən uzun müddət sonra yenə də Hellovin gecəsində qətl bayramını keçirmək niyyətindədir. Altı student müsabiqənin qalibi olmuş və iştirakçı kimi ekstremal realiti şouya qatılmışlar. Şounun qaydasına görə iştirakçılar Hellovin gecəsində məşhur seriyalı qatil Maykl Mayersin evində qalmalıdırlar. Onlar qaldığı müddətdə isə kamera evdə baş verən hadisələri müşahidə edəcəkdir.
Hellovin: Dirilmə (film, 2002)

Matris: Dirilmə (film, 2021)
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — ABŞ elmi fantastika filmi. Matris: Çevriliş (2003) filminin davam filmidir.
İkrimə ibn Əbu Cəhl
İkrimə ibn Əbu Cəhl (ərəb. عكرمة بن أبي جهل‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Əbu Cəhlin oğlu olaraq İkrimə Məkkədə Məhəmməd peyğəmbərin əsas əleyhdarlarından biri idi. 630-cu ildə Məhəmmədin Məkkəni fəth etməsindən sonra İkrimə İslamı qəbul edir və gənc müsəlman dövlətinin görkəmli simalarından biri olur. Mürtədlərlə döyüşlər zamanı Əbu Bəkr İkriməni yalançı peyğəmbər Müseylimə əleyhinə Yəmamə göndərir. 636-cı ildə Yərmuq döyüşündə Suriyanın fəthi zamanı vəfat etmişdir. == Bioqrafiyası == İkrimə Məhəmməd peyğəmbərin barışmaz rəqibi Əbu Cəhlin oğlu idi. Məhəmməd İkrim peyğəmbərliyin ilk illərində atası ilə birlikdə onu və Məkkə müsəlmanlarını təhqir edir, məsxərəyə qoyurdu. Bədr döyüşündə Əbu Cəhlin ölümündən sonra İkrimə düşmənçiliyi qisas xarakteri alır. O, Məhəmmədə və onun tərəfdarlarına zərər vermək üçün bütün səylərini cəm edir. == Məkkənin fəthi == İkrimə Məkkənin fəthi günü bir dəstə Məkkəli ilə Xalid ibn Vəlidin ordusuna qarşı vuruşur, lakin məğlub olur.
Sağ qalmaq 2: Dirilmə (film, 2008)
Sağ qalmaq 2: Dirilmə (norv. Fritt Vilt 2) Norveç istehsalı olan qorxu və kriminal janrlı filmdir. Rejissorunun Mats Stenberq olduğu bu film 2008-ci ildə işıq üzü görüb. == Məzmun == Bu filmdə hadisələr qaldığı yerdən davam edir. Oteldə ikən hamını öldürməyə müvəffəq olan qatilin əlindən yalnız Yannike xilas olaraq xəstəxanaya gəlir. Eyni zamanda onu öldürdüyünü düşünən Yannike həqiqətdən xəbərsizdir. Çünki öldürdüyünü fərz etdiyi həmin qatil sağdı və qisas üçün yenidən yeni terrora başlayacaq. == Rollarda == İngrid Bolso Berdal / Yannike Marthe Snorresdotter Rovik / Kamilla Kim Wifladt / Ole Fridtjov Saheim / Herman Cohanna Mork / Audlild Mats Eldoen / Sverre Run Melbi / Dağda yaşayan adam (qatil) == Ev üçün buraxılış == Bu filmin DVD versiyası Shout! Factory tərəfindən 23 aprel 2013-cü ildə satışa çıxarıldı.
Kırım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osm. قريم, Qırım) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır. == Tarixi == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir.
Böyük Kvirike
Böyük Kvirike (gürc. კვირიკე დიდი); I Kvirike (Şəki/Eretidə); III Kvirike (Kaxetidə) – ən geci 1032/1038-ci ildən Şəki-Kaxeti hökmdarı. 1010-cu ildən Kaxeti xorepiskopu. 1011-1014/15-vi illərdə III Baqratın əsiri olmuş, sonra yenidən Kaxetidə hakimiyyətini bərpa etmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qaqikin hakimiyyətə gəldiyini göstərir. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi. Tarixi mənbələrdə ilk dəfə olaraq 1032 – 1037/38-ci illər arasında baş vermiş hadisənin təsvirində Kaxeti xorepiskopu III Kvirike “ranların və kaxların çarı” və “Böyük Kvirike” kimi təqdim olunur. Erməni tarixçisi Vardan Arevelsi (Böyük Vardan) III Kvirikeni Albaniya çarı kimi tanıyır. Tianetidə məşhur Bodoci sarayını tikdirmişdir. “Kartli salnaməsi”nə görə o, ov zamanı hansısa osetin qul tərəfindən qətlə yetirilmişdir, səbəbi də bu imiş ki, hansısa döyüşdə osetin çarını öldürmüşdür.
Kvirike məscidi
Kvirike məscidi (gürc. კვირიკეს ჯამე) — Gürcüstanın cənub-qərbində yerləşən Acarıstan Muxtar Respublikasındakı camaat məscididir. 1861-ci ilə aid olan bina müasir məscidlər arasında Acarıstanın ən qədim məscidlərindən biridir. Bina çoxlu dekorativ ağac oymaları ilə bəzədilmişdir. Məscid Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilib.Kvirike məscidi Qara dənizin Acarıstan sahillərində Kobuleti bələdiyyəsində, adını aldığı Kvirike kəndinin mərkəzində yerləşir. Məscid 1861-ci ildə Arhavidən olan laz ustaları tərəfindən tikilmişdir. Məscidin tikildiyi vaxt ərazi Osmanlı imperiyasının nəzarəti altında idi. Acarıstanda tikilmiş digər köhnə məscidlər kimi, Kvirikenin planı da Osmanlı təsirlərini gürcü kəndlərinin yerli memarlıq elementləri ilə birləşdirir. Məscidin minarəsi və mədrəsəsi olmuş, lakin bu minarə və mədrəsə 1920-ci illərdə Gürcüstanda yaradılmış olan sovet hakimiyyəti tərəfindən dağıdılmışdır. Həm eksteryer, həm də interyer divarlar, eləcə də mehrab, minbər, sütunlar və eyvanlar mükəmməl kəsiklərlə kəsilmiş orijinal ağac işi ilə hazırlanmışdır.
Kırım Muxtar Respublikası
{{Dövlət |orijinal_adı = rus. Автономная Республика Крымukr. Автономна Республіка Кримkrımtat. Qırım Muhtar Cumhuriyeti |rəsmi_adı = Krım Muxtar Respublikası |adı = Krım |milli_şüarı = |himni = Krım Muxtar Respublikası himni |bayrağı = Flag of Crimea.svg |gerbi = Emblem of Crimea.svg |xəritəsi = Crimea in Ukraine.svg |rəsmi_dilləri = rusca,ukraynaca,Krım tatarcası |dini = Xristianlıq, İslam |paytaxtı = Simferopol |ən_böyük_şəhəri = SimferopolKerçEvpatoriya |etnik_qrupları = Ruslar,Ukraynalılar,Krım Tatarları |idarəetmə_forması = |rəhbərin_titulu1 = |rəhbərin_titulu2 = |rəhbərin_adı1 = |rəhbərin_adı2 = |quruluş_növü = |quruluş = |quruluş_hadisəsi1 = |quruluş_tarixi1 = |quruluş_hadisəsi2 = |quruluş_tarixi2 = |ərazisi = 26081 |ərazi_sırası = |su_ərazisi_faizi = |təxmini_əhalisi = 1 965 538 |təxmini_əhalisi_il = 2013 |təxmini_əhali_sırası = |əhalisinin_siyahıya_alınması = 2 024 056 |əhalisinin_siyahıya_alınması_il = 2001 |əhalisinin_sıxlığı = 77,61 |əhalisinin_sıxlığı_sırası = |valyutası = Ukrayna qrivnası, Rusiya rublu |valyutası_kodu = UAH |saat_qurşağı = UTC+2 |üv_fərq = +2 |yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = [[UTC|yay_vaxtı_saat_qurşağı = UTC+3 |üv_fərq = +3 |internet_domeni = .ua |telefon_kodu = 380-65 |qeydlər = }} Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. == Əhalisi == 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir.
II Kvirike (Şəki-Kaxeti hökmdarı)
II Kvirike (Şəki/Eretidə); IV Kvirike (Kaxetidə (gürc. კვირიკე IV )) – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1082-ci ildə çəkilir və 1104-cü ildə vəfat etməsi göstərilir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi isə səhvən II Kvirikenin 1084-сü ildən 1102-ci ilə qədər hakimiyyətdə olduğunu və 1102-ci ildə vəfat etdiyini göstərir. ХII əsr erməni tarixçisi Samuel Anesi(ru) 1082-ci il üçün Şəki çarı Kverikenin adını çəkir. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə “Çarlar-çarı Davidin həyatı”na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etmişdir. Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və “Kartlis tsxovreba”nın XVI əsr redaktəsində (“Çariça Annanın siyahısı”) çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir. == İstinadlar == == Ədəbiyyat == Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.