KİRİTMƏK

icb.
1. Susdurmaq, sakitləşdirmək, səsini kəsməyə məcbur etmək.
2. Sakit etmək, ovundurmaq.
[Pərzad Telliyə:] Onda bir parça çörək ver, uşaqları hələ kiridim, sonra gələrik. Çəmənzəminli.
[Dərviş:] Ürək verib Ruqiyyəni kiritdim. A.Divanbəyoğlu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİRİTMƏK susdurmaq — sakitləşdirmək
KİRİTMƏ
KİRKİ

Digər lüğətlərdə