Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konveyer
Konveyer — toz, bütöv hissə halında olan yüklərin və məmulların fasiləsiz hərəkəti üçün tətbiq olunan nəqledicidir. Konveyerlər yükdaşıyıcı üzv və dartıcının növünə görə fərqlənirlər. Onlar lentli, zəncirli, kanatlı və dartıcı elementsiz (qravitasiya, ətalət, vintli) olaraq qruplaşırlar. Dartıcı üzv yükaparıcının növündən asılı olaraq lentli, lövhəli, çalovlu və s. olur. Belə konveyerlər yükün hərəkəti üçün lazım olan üzvə malik olması səciyyəvidir. Dartıcı qüvvə ya yükdaşıyıcı elementlə, ya da yükü boru, lövhə və s. üzrə dartan (və ya itələyən) elementlə ötürülür. Dartıcı elementsiz konveyerlərdə fırlanan (diyircıkli, vintli) və ya irəli-geri hərəkət edən (məsələn: ətalətlə işləyən konveyerlər) işçi orqanların və yükün nəqlinin fərqləndirilməsi lazımdır. Konveyerlər elektrik və ya pnevmatik ötürmə ilə işləyirlər.
Diqqət, Konsertə Başlayırıq! (1969)
Diqqət, konsertə başlayırıq! (film, 1969)