Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kopirayt işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Kopiraytinq
Kopiraytinq — ingilis sözü olub (copy — əl yazısı, write — yazmaq) mənası reklam və ya təqdimat mətnlərinin yazılması üzrə peşəkar fəaliyyət növü. Bu fəaliyyt növü ilə məşğul olan şəxslər kopirayter adlanır. Daha çox texnologiya və ticarət sahələrinə yönələn kopiraytinq fəaliyyəti təqdimat və ya məlumatlandırıcı xüsusiyyətlərə sahibdir və əsas məqsədi müştəri cəlb etməkdir. Mətnlər potensial alıcıları məhsul və ya xidmətləri əldə etmək üçün təşviq etməlidir. Kopiraytinqdə aydın və qısa mesaj, emosional müraciət, unikal bildiriş tonu, diqqət çəkən başlıqlar, hərəkətə çağırış və s. kimi üsullardan geniş istifadə olunur. == Kopiraytinq məhsulu == Hər hansı bir məhsul və ya xidməti, eləcə də şirkət, qurum, şəxs və s. reklam edən və ya tanıdıb məşhurlaşdıran bütün növ mətnlər kopiraytinq məhsulu hesab edilir. Kopiraytiqn məhsuluna bunlar aid ola bilər: bloq yazıları, sosial meda yenilənmələri, çap reklamları və s. M'tn bwtwn qrammatik normalara uyğun qurulması, konkret açar sözləri əhatə etməli və özünə məxsus olmalıdır.