Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kriminologiya
Kriminologiya ("cinayət" haqqında elm, lat. crimen — cinayət və q.yun. λογος — öyrənmək sözlərindən yaranmışdır) — individual və cəmiyyət səviyyəsində cinayətin səbəblərini, nəticəsini, dərəcəsini və onun həll yollarını öyrənən humanitar elmdir. == Tarixi == Kriminologiya sözünün özü isə 1885-ci ildə italyan hüquq professoru *Raffaele Garofalo tərəfindən yaradılıb. Kriminologiya elmi ayrıca elm kimi mövcud olsa və tədris edilsə də, inkişaf etmiş ölkələrin ali tədris və təhsil müəssisələrində sosiologiya elminin bir qolu kimi də tədris olunur. Təsadüfi deyil ki, bir çox sosioloqlar kriminoloji mövzular barədə də genişmiqyaslı tədqiqatlar aparır və bu barədə dərs deyir. Kriminologiya elminin özü isə müxtəlif sahələrin nümayəndələrinin apardığı tədqiqatları da özündə cəmləşdirir. Bu digər sahələrə əsasən sosiologiya, psixologiya və davranış elmlərinin tədqiqatları aiddir. Məhz bu səbəbə görə də kriminologiya multi-dissiplin elm adlanır. Həqiqətən də, cinayəti və onun növlərini, nəticələrini və cinayətə qarşı aparılan mübarizəni, habelə cinayət məsələsi ilə məşğul sosial və leqal institutları öyrənmək və onları tam dərk etmək üçün təkcə sosiologiya və kriminologiya yox, qanunvericilik, hüquq, təşkilati davranış, sahibkarlıq, tarix və coğrafiya və digər bənzər sahələri az da olsa öyrənmək gərəkdir.
Marksist kriminologiyası
Marksist kriminologiyası Karl Marksın idealarından yaranan və davamçıları tərəfindən inkişaf etdirilən kriminoloji nəzəriyədir. Bu nəzəriyyəni digərlərindən fərqləndirən başlıca cəhətlər onun kapitalist sistemini bütövlükdə cinayətkar sistem adlandırması və əsasən güclü təbəqənin cinayətlərinə fikir verməsidir. Kriminologiya və sosiologiya yaranandan bəri bütün nəzəriyyələr yalnız küçə cinayətlərini tədqiq edirdi. Lakin, 1949-cu ildə Amerikan *Edwin Sutherland güclü təbəqənin cinayətlərini tədqiq edərək bu elmdə yeni bir yolun fundamentini qoydu. Ancaq, Sutherland-a kimi Karl Marks qeyri-bərabərlik üzərində qurulan kapitalist sistemində güclülərin cinayətkar olduğu halda cəzalandırılmadığını qələmə almışdır. Baxmayaraq ki Marksın özü cinayət mövzuzu barədə elə də dərindən yazmayıb, onun davamçıları olan Willem Bonger, Taylor və onun yoldaşları və Bill Chambliss kimi tanınmış şəxslər onun idealarını genişləndirib və günümüzün aktual məsələlərindən olan korporat cinayət, dövlət cinayəti və hegemon təbəqənin cinayətini dərindən araşdırmışlar. == Statistik göstəricilər == Tarixən, statistik göstəricilər yalnız küçə cinayətləri olan təcavüz, oğurluq, qətl və vandalizm kimi aktları qeydə alıblar. Nəticədə də ortaya birtərəfli və olduqca subyektiv göstəricilər ortaya çıxırdı. Sanki cinayət deyilən məfhum imkanlı təbəqəyə uzaq bir məfhum idi. Buna görə də Marks və onun tərəfdarları statistik göstəriciləri hakim sinfin idarəetmə alətlərindən biri olaraq görürdülər.
Kremlinologiya
Sovetologiya (rus. Советология) və ya kremlinologiya (ing. Kremlinology) — Sovet İttifaqını və sistemini, cəmiyyətini, iqtisadiyyatını və mədəniyyətini öyrənən hərtərəfli sosial elm tədqiqatlarının fənlərarası sahəsi. Soyuq müharibə dövründə (SSRİ ilə qarşıdurma) ABŞ-də və Qərbi Avropada meydana gəldi. Aleksandr Zinovyev sovetologiyanın qurucusu hesab olunur. == Xüsusiyyətləri == Sovetologiyanın vacib və vacib bir xüsusiyyəti cəmiyyət, iqtisadiyyat və milli iqtisadiyyat, SSRİ dövləti və siyasi sisteminin quruluşu və işləməsi haqqında açıq və etibarlı həm empirik, həm də ümumiləşdirilmiş məlumatların olmaması idi. SSRİ-nin daxili və xarici informasiya dövlət siyasəti mərkəzləşdirilmiş sistem senzurasının, məxfiliyin və məqsədyönlü dezinformasiyanın olması ilə xarakterizə olunurdu. Sov.İKP Mərkəzi Komitəsinin və SSRİ Hökümətinin hakim aparatının qərarlarının əksəriyyəti "gizli" (və ya "çox gizli") kimi təsnif edilmiş, Dövlət Plan Komissiyası, Mərkəzi Statistika İdarəsi və digər şöbələr kimi dövlət orqanlarının statistik məlumatları ən azı "rəsmi istifadə üçün" idi. Mövcud arxiv fondları həm xarici tədqiqatçılar, həm də yerli alimlərin əksəriyyəti üçün qapalı qaldı. Buna görə də sovetologiyada məlumat əldə etmək üçün əsas kanallar jurnalistika (açıq çap versiyaları) və zəka idi və məlumatların elmi təhlilində ikincil məlumatların təhlili, "iştirak müşahidəsi" metodu, ekspert qiymətləndirməsi metodu və s.-də böyük əhəmiyyət kəsb edirdi.Bənzər bir yanaşma digər ölkələrin tədqiqatında da tətbiq olunur.