kriminologiya

is. hüq. criminologie f

kriminalistika
kriminoloq
OBASTAN VİKİ
Kriminologiya
Kriminologiya ("cinayət" haqqında elm, lat. crimen — cinayət və q.yun. λογος — öyrənmək sözlərindən yaranmışdır) — individual və cəmiyyət səviyyəsində cinayətin səbəblərini, nəticəsini, dərəcəsini və onun həll yollarını öyrənən humanitar elmdir. == Tarixi == Kriminologiya sözünün özü isə 1885-ci ildə italyan hüquq professoru *Raffaele Garofalo tərəfindən yaradılıb. Kriminologiya elmi ayrıca elm kimi mövcud olsa və tədris edilsə də, inkişaf etmiş ölkələrin ali tədris və təhsil müəssisələrində sosiologiya elminin bir qolu kimi də tədris olunur. Təsadüfi deyil ki, bir çox sosioloqlar kriminoloji mövzular barədə də genişmiqyaslı tədqiqatlar aparır və bu barədə dərs deyir. Kriminologiya elminin özü isə müxtəlif sahələrin nümayəndələrinin apardığı tədqiqatları da özündə cəmləşdirir. Bu digər sahələrə əsasən sosiologiya, psixologiya və davranış elmlərinin tədqiqatları aiddir. Məhz bu səbəbə görə də kriminologiya multi-dissiplin elm adlanır. Həqiqətən də, cinayəti və onun növlərini, nəticələrini və cinayətə qarşı aparılan mübarizəni, habelə cinayət məsələsi ilə məşğul sosial və leqal institutları öyrənmək və onları tam dərk etmək üçün təkcə sosiologiya və kriminologiya yox, qanunvericilik, hüquq, təşkilati davranış, sahibkarlıq, tarix və coğrafiya və digər bənzər sahələri az da olsa öyrənmək gərəkdir.
Marksist kriminologiyası
Marksist kriminologiyası Karl Marksın idealarından yaranan və davamçıları tərəfindən inkişaf etdirilən kriminoloji nəzəriyədir. Bu nəzəriyyəni digərlərindən fərqləndirən başlıca cəhətlər onun kapitalist sistemini bütövlükdə cinayətkar sistem adlandırması və əsasən güclü təbəqənin cinayətlərinə fikir verməsidir. Kriminologiya və sosiologiya yaranandan bəri bütün nəzəriyyələr yalnız küçə cinayətlərini tədqiq edirdi. Lakin, 1949-cu ildə Amerikan *Edwin Sutherland güclü təbəqənin cinayətlərini tədqiq edərək bu elmdə yeni bir yolun fundamentini qoydu. Ancaq, Sutherland-a kimi Karl Marks qeyri-bərabərlik üzərində qurulan kapitalist sistemində güclülərin cinayətkar olduğu halda cəzalandırılmadığını qələmə almışdır. Baxmayaraq ki Marksın özü cinayət mövzuzu barədə elə də dərindən yazmayıb, onun davamçıları olan Willem Bonger, Taylor və onun yoldaşları və Bill Chambliss kimi tanınmış şəxslər onun idealarını genişləndirib və günümüzün aktual məsələlərindən olan korporat cinayət, dövlət cinayəti və hegemon təbəqənin cinayətini dərindən araşdırmışlar. == Statistik göstəricilər == Tarixən, statistik göstəricilər yalnız küçə cinayətləri olan təcavüz, oğurluq, qətl və vandalizm kimi aktları qeydə alıblar. Nəticədə də ortaya birtərəfli və olduqca subyektiv göstəricilər ortaya çıxırdı. Sanki cinayət deyilən məfhum imkanlı təbəqəyə uzaq bir məfhum idi. Buna görə də Marks və onun tərəfdarları statistik göstəriciləri hakim sinfin idarəetmə alətlərindən biri olaraq görürdülər.

Digər lüğətlərdə