Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kserofitlər
Kserofitlər — rütubət qıtlığı şəraitində bitən bitkilər. Kserofitlər susuz şəraitə uyğunlaşmağa imkan verən bir sıra xüsusiyyətlərə malikdir. Bunlardan bəziləri (sukkulentlər) ilin əlverişli vaxtlarında rütubət ehtiyatı toplayır, digərlərində (saksaullar) isə uzunluğu 20–25 m-ə çatan və dərin sulu horizontlarından su sormağa imkan verən güclü kök sistemi inkişaf edir. Kserofitlər əksəriyyətində buxarlanmanı yavaşıdan sistem olur: xırda yarpaqlar (bəzən tikan şəkilli, məsələn: kaktuslarda), qalınlaşmış yarpaq kutikulaları, intensiv büzüşmə, mum qaysağı, yarpaqların til tərəfinin günəşə doğru çevrilmə qabiliyyəti, içəri batmış ağızcıq və b. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ksenofillər
Ksenofillər — quraqlığa uyğunlaşan orqanizmlər. == İstinadlar == == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" (Dərs vəsaiti). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2004, s. 379 – 424.
Sklerofitlər
Sklerofitlər (lat. skkeros – quru, bərk) — güclü inkişaf etmiş mexaniki toxumaları (sklerenxim, libriform) olan skleromorf bitkilər. Sklerofitlər sərtyarpaqlara, bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura aiddir: sklerohiqrofitlər (məs. probka (mantar) palıdı, daş palıd), bir çox sklerokserofitlər (məs. saqqızağacı), xüsusilə yarımkollar (boyalıcı ebelek).