Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuzma Abramov
Kuzma Qriqoriyeviç Abramov (rus. Кузьма́ Григо́рьевич Абра́мов; 30 oktyabr (12 noyabr) 1914, Starıe Naymanı[d], Simbirsk quberniyası[d] – 4 avqust 2008, Saransk) — Rusiya və SSRİ yazıçısı, dramaturqu, redaktoru. O, Mordoviya mədəniyyətinə, o cümlədən erzyan ədəbiyyatına verdiyi töhfələr ilə tanınır. Abramov Mordoviya Əməkdar (1964) və Xalq (1985) yazıçısıdır, Mordoviyanın fəxri vətəndaşıdır (2000). == Həyat və fəaliyyəti == Kuzma Qriqoriyeviç Abramov 30 oktyabr 1914-cü ildə Rusiya imperiyasının Starıe Naymanı kəndində qarışıq etnik tərkibli bir kəndli ailəsində anadan olmuşdur. Atası milliyyətcə mordva və erzyan olan Qriqori Stepanoviç idi. Stepanoviç miqrant işçi və Birinci Dünya müharibəsinin iştirakçısı idi. Anası Anastasiya Maksimovna rus əsilli bir evdar qadın idi.1920-ci ildə Abramovlar ailəsi Molniya kəndinə köçmüşdür. Abramov uşaq ikən "həm rus, həm də mordov dillərində eyni dərəcədə pis idi" və kəndinin ucqar olduğu üçün sistemli şəkildə məktəbə gedə bilməmişdir. O, doqquz yaşına çatanda oxumağa, yazmağa və şeir yazmağa başlamışdır.
Kuzma Andrianov
Kuzma Andrianov – rus kimyaçısı, SSRİ EA akademiki (1964), Sosialist Əməyi Qəhrəmanı (1969), SSRİ Dövlət mükafatı (1943, 1946, 1950, 1953) və Lenin mükafatı laureatı (1963). Moskva Dövlət Universitetini bitirmişdir (1930). Ümumittifaq Elektronika İnstitutunda (1929–1954), Ümumittifaq Aviasiya Materialları İnstitutunda (1946–1953), SSRİ EA Element- Üzvi Birləşmələr İnstitutunda (1954-cü ildən) və Zərif Kimya Texnologiyası İnstitutunda (1959-cu ildən) işləmişdir. Tədqiqatları yeni sinif polimerlər – poliüzvi siloksanlar kimyasına aiddir. Andrianov silisium (IV) xloridin sənaye üsulu ilə sintezi metodunu, poliüzvi siloksanlar əsasında materialların alınma üsullarını işləyib hazırlamışdır.
Kuzma Kovaçiç
Kuzma Kovaçiç (d. 6 iyun, 1952, Hvar adası, Xorvatiya) — Xorvat mənşəli akademik heykəltaraş və professor. == Haqqında == Kuzma Kovaçiç 1952-ci il, iyun ayının 6-da Xorvatiyada, Hvar adasında anadan olub. Orada gimnaziyada təhsil alıb. 1976-cı ildə isə Zaqrebdə İncəsənət Akademiyasını bitirib. O Hvar Kafedralında altarın müəllifidir. Papa II Con Paulun Braç adasında Selcada inşa edilən heykəlinin müəllifidir. Şkabrinya və Zaqrebdəki Franyo Tucman, Omiş yaxınlığında Qatedə Antun Mihanoviç, Prozor-Rama yaxınlığındakı Diva Qrabovçeva heykəlləri də onun əsərləridir. Kovaçiç Xorvatiya kunalarını (1, 2, 5, 10, 20, 50 lipa və 1,2,̥ 5 və 25 kuna) da dizayn edib. Beynəlxalq səviyyədə əsərləri Zaqrebdəki Müasir Qalereyada və Splitdə İncəsənət qalereyasında sərgilənir.
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. == Coğrafiya == Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. == Əhali == 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Kəmax
Kəmax — Ərzincanın 9 ilçəsindən biridir. == Əhalisi == 2016-cı ilin məlumatına görə ilçədə 7.125 nəfər yaşayır.
Sumax
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. == Ümumi məlumat == Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları - yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Fyodor Kuzmin
Fyodor Kuzmin (17 aprel 1983) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fyodor Kuzmin Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Kazmaş (Əbyəlil)
Kazmaş kəndi (başq. Ишҡол) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Amangildə kənd sovetliyinə daxil olan kənd. Kənd Böyük Kızıl çayının Böyük Kazmaş çayına birləşdiyi yerdə yerləşir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kazmaş kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 22 km., kənd sovetliyindən (Amangildə): 3 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 74 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Luis Guzman
Luis Quzman isp. {{{1}}} Luis Guzmán - Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Luis Quzman
Luis Quzman isp. {{{1}}} Luis Guzmán - Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Rayan Quzman
Rayan Quzman (ing. Ryan Guzman); d. 21 sentyabr 1987, Eybilin) — ABŞ modeli və aktyor. Aktrisa Ketrin MakKormiklə birgə 2012-ci ildə Step Up Revolution adlı 3D formatlı filmdə baş rolda çəkilib. Aktyorluq peşəsindən əvvəl o model biznesində işləyib. == Həyatı == Rayan atası meksikalı, anası isə Avropa kökənli bir amerikan ailəsində anadan olub. Hələ cavan yaşlarında Rayan anasının doğma şəhərinə, Kaliforniya ştatında yerləşən Sakramentoya köçdü. O Roklində yerləşən „Sierra College“inə daxil olur. Aktyorluq peşəsində debüt rol ona Bir addım irəli 4 dans filmi gətirdi. Aktyor peşəsindən əvvəl o model biznesində çalışıb.
Rodriqo Quzman
İosif Kuzmin
İosif İosifoviç Kuzmin (19 may (1 iyun) 1910, Həştərxan – 12 yanvar 1996, Moskva) — sovet dövlət xadimi. SSRİ Ali Sovetinin 4-cü (Azərbaycan SSR-dən) və 5-ci çağırış deputatı. == Həyatı == 1926—1927 — Həştərxan xarrat fabrikinin işçisi 1929—1931 — Həştərxan elektrostansiyanın çilingəri 1937—1938 — Moskva projektor zavodunun mühəndisi 1938—1939 — Moskva projektor zavodunun partiya təşkilatçısı. 1939—1940 — Kuybışev vilayətinin Sov.İKP MK PKK-də nümayəndəsi . 1940—1947 — Sov.İKP MK PKK sədrin müavini. 1947—1952 — SSRİ Nazirlər Soveti Bürosunun sədr müavini. 1952—1957 — Sov.İKP MK şöbə müdiri. 1957—1959 — SSRİ Dövlət Plan Komitəsinin sədri 1959—1960 — SSRİ Nazirlər Sovetinin Dövlət Elmi-iqtisadi Şurasının sədri. 1960—1963 — İsveçrədə SSRİ səfiri. 1963—1972 — SSRİ XİN şöbəsinin müdiri1972 ildən ittifaq pensiyaçısı.
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. == Həyatı == Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Kurax rayonu
Qürah rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 740 km², inzibati mərkəzi Qürah kəndidir. == Əhalisi == Rayonun əhalisi 15.139 nəfərdir (2015-ci il).
Leonid Kuçma
Leonid Daniloviç Kuçma (ukr. Леонід Данилович Кучма; 9 avqust 1938, Çaykino[d], Çerniqov vilayəti) — Ukrayna Respublikasının 2-ci Prezidenti. == Həyatı == Leonid Kuçma 9 avqust 1938-ci ildə Ukraynanın Chaikyne şəhərində (Çerniqov vilayəti) anadan olmuşdur. 19 iyul 1994-cü ildən 23 yanvar 2005-ci ilə kimi Ukrayna Respublikasının 2-ci Prezidenti olmuşdur.
Palendra Kumar
Racendra Kumar
Racendra Kumar Tuli (20 iyul 1929, Sialkot, Britaniya Hindistanı – 12 iyul 1999 və ya 29 iyul 1999, Mumbay) — hind kino aktyoru. Bollivudun kino ulduzu. Padma Şri mükafatı laureatı (1969). == Həyatı == Racendra Kumar 20 iyul 1929-cu ildə Pəncabda anadan olub. Kino fəaliyyətinə 1949-cu ildə başlayıb və 80-dən artıq filmə çəkilib. Toz içində çiçək, Sanqam və s. kimi filmlərdə baş rola çəkilib. Racendra Kumar 1999-cu ildə Mumbay şəhərində vəfat etmişdir. == Filmoqrafiya == === 1990-cı illər === Andaz (1995) TV series Vansh (1995) TV series Phool (1993) …. Dharamraaj Insaaf Ka Khoon (1991) ….
Ronald Kuman
Ronald Kuman (21 mart 1963) — Niderlandlı futbol məşqçisi.
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. == Həyatı == Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Sumax xalçaları
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. == Ümumi məlumat == Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları - yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Sumax xalçası

Şuniçi Kumay
Şuniçi Kumay — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kuman dili
Kuman dili, həmçinin polovets dili və ya qıpçaq-polovets dili — XI–XIV əsrlərdə Dunay və Volqa arasındakı çöldə yaşamış kumanların danışdığı dil. Hazırda istifadə olunmayan kuman dili bu günkü Krım tatar və Qaraçay-balkar dillərinə yaxınlığı ilə diqqət çəkir. Kumanlar Şərqi Avropada istifadə olunan türk ləhcələrindən birində danışırdılar. == Adlandırması == Elmi nəşrlərdə bu dil Kuman və Kuman türkcəsi kimi göstərilmişdir. == Tarixi == Kumanlar XIII-XIV əsrlərdə Şərqi Avropada yaşamış türk tayfasıdır. Kumanlar tarix boyu qıpçaqlarla eyni birlikdə olduqlarından, müəyyən zaman sonra onları qıpçaqlarla eyni hesab etmişlər. Kuman türkcəsində Şərqi Avropada, Qara dənizin şimalında və qismən də Balkanlarda danışılmışdır. Kodeks Kumanikus türklər tərəfindən yazılmayan amma kuman dilinin danışıq xüsusiyyətlərini əks etdirən, öz dövründəki türk dilinin quruluşunu əks etdirən mühüm bir əsərdir. == Əsərlər == Atamız kim köktesiñ. Alğışlı bolsun seniñ atıñ, kelsin seniñ xanlığıñ, bolsun seniñ tilemekiñ – neçikkim kökte, alay [da] yerde.
El Çapo Quzman
Xoakin Arçivaldo Quzman Loera (İspaniya dilində. Jonah Archivaldo Guzmán Loera), ancaq El Çapo (El Chapo) ləqəbi ilə tanınan Meksikanın narkotik qaçaqçılıq kartellərınin ən böyük başçılarındandır. 25 dekabr 1954, ya 4 aprel 1957-ci ildə Meksikanın Sınaola vilayətinin Badiraquato bölgəsində doğulmuşdur. 2014 ilində saxlanılmış ancaq 14 avqust 2014-ci ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçdı. Amerika hökuməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdilər. dekabr 2015-ci ildə narkotik alverini sabotaj etdikləri nədəni ilə, İŞİD başçısı Əbubəkr Bəğədadını təhdid etmişdir. 8 yanvar 2016-cı il tarixində yenidən həbs edilmişdir. 19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradasiya edilib.
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Kürmüx kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310-1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825-1918) təyin edilib.
Kürmüx məbədi