KUM
KUMAŞ
OBASTAN VİKİ
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. == Həyatı == Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Palendra Kumar
Racendra Kumar
Racendra Kumar Tuli (20 iyul 1929, Sialkot, Britaniya Hindistanı – 12 iyul 1999 və ya 29 iyul 1999, Mumbay) — hind kino aktyoru. Bollivudun kino ulduzu. Padma Şri mükafatı laureatı (1969). == Həyatı == Racendra Kumar 20 iyul 1929-cu ildə Pəncabda anadan olub. Kino fəaliyyətinə 1949-cu ildə başlayıb və 80-dən artıq filmə çəkilib. Toz içində çiçək, Sanqam və s. kimi filmlərdə baş rola çəkilib. Racendra Kumar 1999-cu ildə Mumbay şəhərində vəfat etmişdir. == Filmoqrafiya == === 1990-cı illər === Andaz (1995) TV series Vansh (1995) TV series Phool (1993) …. Dharamraaj Insaaf Ka Khoon (1991) ….
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. == Həyatı == Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Acoy Kumar Qhoş
Acoy Kumar Qhoş(benq. অজয়কুমার ঘোষ; 20 fevral 1909 - 13 yanvar 1962)—Hindistan kommunisti, HKP-nın baş katibi. == Həyatı == Qhoş 1909-cu il fevralın 20-də Mihidcam qəsəbəsində həkim Saçindranat Qhoşun ailəsində anadan olmuşdur. Oğlana verilən Açoy adı–sahilində Mihidcam qəsəbəsi yerləşən Acoy («məğlubedilməz») çayının adından götürülmüşdür. Qhoşun uşaqlığı və gəncliyi Kanpurda keçmişdir. Onun həyatının bu dövrü haqqında məlumat azdır. Acoy on beş yaşında ikən inqilab haqqında düşünmüş, Britaniya hökmranlığına qarşı silahlı çıxış təşkil etməyə cəhd göstərən 1915–1916-cı illərin qəhrəmanlarına valeh qalmışdı. 1923–cü ildə Qhoş Bhaqat Sinqhlə tanış oldu. Müstəmləkəçilərə bəslədikləri nifrət onları bir-birinə yaxınlaşdırdı. Onların hər ikisi başa düşürdü ki, vətəni azad etmək üçün xalqı oyatmaq lazımdır.
Brahma Kumaris
Brahma Kumaris — Hind dilindən tərcümədə adı "Brahmanın qızları" mənasını ifadə edən qeyri-ənənəvi dini cərəyan "Brahma Kumaris Ümumdünya ruhani universiteti" kimi də tanınmışdır. Cərəyanın banisi Dada Lehrac (1876-1969) hindli müəllim ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarından Heydərabad şəhərində zərgərlik mallarının satışı ilə məşğul olmuşdur. Altmış yaşında ikən Varanasi şəhərindəki dostlarından birinin evində meditasiya zamanı iki dəfə xəyal gördüyünü bildirmişdir. Birinci dəfə, tanrı – Şivanı qırmızıya çalan qızılı rəngdə gördüyünü, ikinci dəfə isə ona dünyanın tezliklə məhv ediləcəyi və "qızıl əsr"in gələcəyi haqqında vəhyin göndərildiyini iddia etmişdir. Gözəgörünmələrdən sonra Lehrac ticarəti buraxmışdır. Dünyanı yenidən quracaq böyük tanrı – Şivanın ruhunun Lehracın bədənində zühur etməsinə ilk dəfə onun həyat yoldaşı, qızları və gəlini inanmışlar. 1937-ci ildə Lehrac "Şri Prajapita Brahma" ("Tanrılar atası və dünyanın yaradıcısı") adını götürərək, yalnız qadınlardan ibarət "Brahma Kumaris"i yaratmışdır. O, 1938-ci ildə Kəraçi şəhərində cərəyanın "Om Mandali" adlı ilk mərkəzini təsis etmişdir. Lakin yarandığı ilk illərdən Lehraca sadiqlik andı içmiş qadınların ailələrində sabitlik pozulmağa başladığından, ictimaiyyətdə cərəyan rəhbərinə qarşı etirazlar baş qaldırmış, Lehrac əxlaqsızlıq, cadugərlik, hətta insanları hipnoz vasitəsilə təsir altında saxlamaqda ittiham edilmişdir.
Feliks Kumaritaşvili
Feliks Kumaritaşvili — Gürcüstanlı kirşəsürən. == Həyatı == Feliks Kumaritaşvili 1970–1980-ci illərdə dəfələrlə Gürcüstan çempionu, müxtəlif ümumittifaq və beynəlxalq turnirlərin qalibi olub. O, 2001-ci ildən Gürcüstan yığmasının baş məşqçisidir. 2010-cu ildə Vankuverdə keçirilmiş Qış Olimpiadasında Nodarın dünyasını dəyişdiyi son məşqinin canlı şahidi olub. O, Nodar Kumaritaşvilinin əmisidir.
Kumari
Kumari və ya Kumari Devi (nepal dilindən tərcümədə "qız" deməkdir) — Nepalda canlı hinduizm tanrısı. Kumari olmaq üçün nevari xalqının Şakya kastasından həddi-büluğa çatmamış qız seçilir. Kumarinin hinduizm tanrısı hesab edilməsinə baxmayaraq, ölkədə hinduistlərlə yanaşı buddistlər də ona sitayiş edir. Nepalda bir neçə Kumari olsa da, onlardan ən əsası Katmanduda yaşayan Krallıq Kumarisidir. Krallıq Kumarisinin seçilməsi xüsusi sərt ritualların keçirilməsini tələb edilir. Bu rituallardan sonra o, şəhərin mərkəzində yerləşən Kumari Qxar sarayına yollanır. Hazırkı Krallıq Kumarisi sayılan Matani Şakya 2008-ci ildə 3 yaşında Kumari seçilmişdir. Kumari - krala tilaka (mərasim zamanı alına qoyulan qırmızı nöqtə) qoya bilən və kralın ona sitayiş etdiyi yeganə şəxsdir. Bu ildə bir dəfə Kumadricatra bayramı zamanı baş verir. Bu gündə kral məbədə pucini yerinə yetirmək (hinduizm ritualıdır) üçün baş çəkir.
Kumarin
Kumarin (2H-chromene-2one ya 2H-1-benzopyranon-2) — lactone o-hydroxycinnamic turşusu. == Xüsusiyyətləri == Yeni kəsilmiş otların qoxusunu verən rəngsiz kristallardır; ərimə temperaturu 70 ° C, qaynama temperaturu 291 ° C-dir. Kumarin spirt və efirdə yaxşı, suda zəif həll olur ,4-hidroksillə yüngül turşu xassəsi göstərdiyi üçün, bir qədər qələvi mühitdə həll edilə bilər. == Kimyəvi xassələr == Kumarin benzoldan fərqli olaraq doymamış laktonlar və ya benzoləvəzləyicilərlə daha az reaksiya qabiliyyətinə malikdir. A == Təbiətdə olması == Kumarin glikosidlər şəklində bir çox bitkilərin tərkibində aşkar edilmişdir - onların nümayəndələri arasında Astrov ailə ( gerbera, chamomile, civanperçemi ), eləcə də yonca, bizon, darçını göstərmək olar. == Alınması == Sənayedə coumarin salisilik aldehid və asatik anhidritdən əldə edilir (bax) Perkin reaksiya ). == Tətbiqi == Kumarindən tütün məhsullarının istehsalında və ətir sənayesində istifadə olunur. Törəmələridən (coumarins) boya lazerlərində istifadə olunur. Qalvanika sənayesində də güclü parlayıcı kimi istifadə olunur. Kumarinin bir insana fizioloji təsiri çox zəifdir.
Meena Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Mina Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Nodar Kumaritaşvili
Nodar Kumaritaşvili (25 noyabr 1988 - 12 fevral 2010) — Gürcüstan idmançısı Kirşə idmanı üzrə Gürcüstan milli komandasının üzvü Nodar Kumaritaşvili 2010-cu ilin fevralında məşq zamanı dünyasını dəyişib. Faciə Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə 5 saat qalmış baş verib. 21 yaşlı idmançı məşq zamanı ikinci yürüşün sonuncu 270 dərəcəlik döngəsində kirşəyə nəzarəti itirib. Saatda 144 kilometr sürətlə hərəkət edən kirşə divara dəyərək kənara atılıb. Həkimlər özlərini idmançıya yetirib ilkin yardım göstərməyə çalışıblar. Qəzadan 8 dəqiqə sonra vertolyotda olan Nodar xəstəxanaya çatdırılıb. Cəmi iki saat sonra isə gürcü vəfat edib. Mütəxəssislər faciəni yolun sürətli olması ilə izah edirlər. Böyük təcrübəsi olmayan idmançıların kirşənin həddən artıq sürət yığması ilə bacara bilmədiyindən ciddi çətinliklərlə üzləşəcəyi isə əvvəlcədən ehtimal olunurdu. Nodar Kumaritaşvili ölümündən sonra Beynəlxalq Olimpiya Komitəsinin (İOC) ali ordeni ilə mükafatlandırılıb.
вы́кание обыдёнкою подсоса́ться снопови́дный старо́ засекре́чиваться отстрани́ться переднева́ть пережелти́ть помрачи́ться сокры́ться туберкули́н угрыза́ть лях рай pentahedron preciosity restaurateur upheaval whirlabout wineshop люстрин отварной подогреватель темперировать