Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güllələnmiş heykəllər
Güllələnmiş heykəllər — Şuşa şəhərində yerləşən abidə. == Tarixi == 1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilmişdir.2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir. 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.
Güllələnmiş heykəllər (Şuşa)

Güllələnmiş heykəllər (film, 2002)
== Məzmun == Film-tamaşada Güllələnmiş Heykəllər dilə gəlib danışır və fəryad edir. Şuşanın keçmişi və bugünü müqayisə edilir və nəticələr çıxarılır. Şuşa həsrəti güllələnmiş heykəlləri belə dirildir. Film-tamaşada "Şuşanın Dağları", "Xarı Bülbül" mahnılarından istifadə edilmişdir. == Filmin heyəti == Ssenari müəllifi: Hüseynbala Mirələmov Quruluşçu Rejissor: Nadir Diridağlı Quruluşçu Operator: Əlövsət Cəlilov Quruluşçu Rəssam: Rafael Əsədov Səs Rejissoru: Vaqif İmanquliyev Musiqi Tərtibatçısı: Teymur Abdullayev Montaj Rejissoru: Əhməd Məcidov Redaktor: Sadıq Elcanlı Operator Assistenti: Fuad Muxtarzadə Rejissor Assistenti: Qərənfil Cəlilova Qrim Ustası: Solmaz Hüseynova, Məqsud Məhərrəmov Geyim Ustası: Elmira Quliyeva Rekvizit: Dilarə Əzimova,Tərlan Qafarov Kompüter: Riyad Qasımov Videomühəndis: Elçin Manafov, Canpolad Abbasov Pirotexnik :Vaqif Qurbanov STS Qrupu: Ağazər Həşimov, Samir İzzətov, Soltan Əliyev(Soltan Oqtayoğlu kimi), Sənan Cəfərov, Mürsəl Zəkiyev, Təbiət Məmmədov İşıqçı: Həsən İsmayılov, İlham Axundov, Vova Kaleşnikov Dekorçu: Fərhad Mayılov, Əliağa Xəlilov, Eldar İmanov, Şamil İbrahimov, İsfəndiyar İsmayılov Quraşdırıcı: Ələkbər Rəsulov, Vüqar Əliyev, Ənvər Hüseynov, Mehdi Abdullayev, Ruslan Hüseynov, Cavid Əliyev (III), Elnur Quliyev, Nazim Qafarov Rəqs edir Xəzər universiteti nin oğlanlardan ibarət rəqs ansamblı Ansamblın Bədii Rəhbəri: Xanlar Bəşirov Quruluş Hissə Müdiri: İlyas İsmayılov Direktor: Mirzə Əliyev ROLLARDA: Əliabbas Qədirov — Üzeyir Hacıbəyov İlham Əsgərov — Bülbül Nurəddin Mehdixanlı — Vaqif Məleykə Əsədova — Natəvan Bəsti Cəfərova — Ağabəyim ağa Sevil Xəlilova — Gövhər ağa Abbas Qəhrəmanov — İbrahim xan Əli Nurzadə — Nəvvab Firəngiz Mütəllimova— Əli məşəlli qadın Sabir Məmmədov — Əli məşəlli kişi Həlimət Məmmədova Aygün Bayramova — Xanəndə Nəzakət Teymurova — Xanəndə Mənsum İbrahimov — Xanəndə Cabir Abdullayev Elçin Həşimov Elnur Əhmədov == Mənbə == Mükərrəmoğlu, M. “"Güllələnmiş heykəllər" film-tamaşasına ictimai baxış” //Xalq.- 2002.- 24 dekabr.
Güllələnmiş qərənfillər (film, 2012)
=== Film haqqında === Film 2013-cü ildə rus və ingilis dillərinə tərcümə olunmuşdur.
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. == Haqqında == Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.